23.06.2018 02:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
“Qarabağ” - Çempionlar Liqasını arzulayan şəhərsiz komanda

 
 



BBCL DEPORTES, Çili
26.09.2017


Müəllif: Felipe Santibanyes

Əynində qara rəngli forma olan onlarla futbolçu ot üzərində diz çökərək, əllərini göyə qaldırır. Məşqçi öz köməkçilərini qucaqlayır, onlar sevinc içərisində meydana qaçır. Hər kəsin üzündə xoşbəxtlik hiss olunur. Səbəb?

“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmiş ilk Azərbaycan klubu adını qazanır. İlk oyunda onlar “Kopenhagen”i minimal hesabla məğlub edir, Danimarkada isə 2:1 məğlub olsalar da, səfərdə vurduqları qol hesabına Avropa elitasına bilet əldə edir. Bu, müharibənin istisindən az qala əriyib yox olmuş, yaşamaq uğrunda mübarizə üçün öz evini tərk etmək məcburiyyətində qalmış bir klub üçün yeni mərhələdir.

Azərbaycanın “Qarabağ” Futbol Klubu 1951-ci ildə, Ermənistanla Azərbaycan arasında münaqişəyə səbəb olan Dağlıq Qarabağ regionundakı Ağdam şəhərində yaradılıb. 1922-ci ildə Sovet İttifaqı impaeriyasının yaranması tərəflər arasında etnik və dini zəmindəki münqaişəyə son qoyub. Bu gərgin sakitlik təqribən 60 ildən çox davam edib.

O dövrdə “Qarabağ” öz regionunun çempionatında əsas komandaya, onun rəmzinə çevrilib. Lakin SSRİ-nin süqutundan sonra ermənilərlə azərbaycanlılar arasındakı gizli münaqişə yenidən alovlanıb və 1988-ci ildə 2 ölkə arasında 6 il davam edən müharibə başlayıb. Müharibədə məhz Ağdam yaraqlıların əsas hədəflərindən biri idi. Nəhayət, 1993-cü ilin iyulunda bu rayon separatçılar tərəfindən işğal olunub. Ermənilər qərbə doğru irəlilədikcə, azərbaycanılar daha təhlükəsiz yer axtarmaq məcburiyyətində qalıb. Artıq bu şəhərin küçələrində şütüyən avtomobillərin, həyətdə oyanayan uşaqların səsi, “İmarət” stadionunun tərəfdar səsi eşidilməyəcəkdi. Beləliklə, “ruhlar şəhəri”ni sükut bürüyüb. Şəhər bu gün də Avropanın ən hərbləşmiş yerlərindən biridir.

Hazırda baş məşqçi Qurban Qurbanovun köməkçilərindən olan Müşfiq Hüseynov bir zamanlar komandanın bombardiri idi. O, “The Independent” nəşrinə müsahibəsində deyir: “Ağdamda biz futbolu çox sevirdik. Hətta müharibə vaxtı belə, tərəfdarlara futbol bəxş edirdik. Amma sakit dövr bitdi. Biz oynamağa davam edirdik. Lakin hər an mərmi həyatımıza son qoya bilərdi”.

Ağdamın işğalından cəmi 10 gün sonra “Qarabağ”, “Xəzər” komandasını məğlub etməklə, Sovet İttifaqının süqutundan sonra yaradılmış Azərbaycan çempionatının qalibi olur. Həmin mövsüm Azərbaycan Kubokunu da qazanan komanda tarixinin ən məşəqqətli dövründə “qızıl dubl”a imza atır.

İndi, “Qarabağ” irəli baxmalı idi. Amma təssüf ki, oyunçular, komandanın liderləri çantalarını toplayaraq, çıxıb gedir. Komandanın keçmiş futbolçusu, o dövrdəki məşqçisi də klubdan ayrılaraq, Azərbaycanın könüllü özünümüdafiə dəstəsinə qoşulur. 1992-ci ilin iyulunda cəbhədən qayıdan zaman onun da içərisində olduğu maşın minaya düşür və məşqçi həlak olur. O, milli qəhrəmana çevrilir. Lakin Ağdamı işğal olunur. Deyilənə görə, onun dul qalmış həyat yoldaşı Azərbaycanın ən böyük şəhəri olan paytaxt Bakıda yaşayır.

Qısa müddət Quzanlıda oynadıqdan sonra komanda Bakı ətrafında məskən salır. 90-cı illər klub üçün ən çətin dövr olur. Komanda iqtisadi çətinliklər içərisində yox olmaq təhlükəsilə üz-üzə qalır. O, bir də Azərbaycanın aqrar sənayə şirkəti olan “Azersun”un 2001-ci ildə kluba sponsorluğa başlaması ilə aydınlığa çıxır.

Maliyyə sıxıntısı aradan qalxdıqdan sonra ilk məqsəd yendiən rəqabət qabiliyyətli komandaya çevrilmək idi. Lakin Ağdam klubu hələ ki, “Neftçi”, “Şəmkir”, “Bakı” və “İnter”in uğurlarını seyr edirdi. Nəhayət, 2008-ci ildə Qurban Qurbanovun komandaya baş məşqçi gətirilməsilə “Qarabağ”da növbəti sıçrayış baş verir. Milli komandanın bombardiri olmuş Qurbanov “Qarabağ”ı keçilməz rəqibə çevirir. İndi, komanda rəqibləri özündən çıxaran çoxötürməli futbol oynayırdı. İlk mövsümündə o, ölkə Kubokunu qazanır. Əsas hədəf isə çempionluq idi. 2013\2014-cü illər mövsümündən, komanda çempionluqları ard-arda düzməyə başlayır. Eyni zamanda, “Qarabağ” gücünü kubok yarışlarında da göstərir. Son 3 Azərbaycan Kubokunu məhz ağdamlılar qazanıb. “Qarabağ”, həm də Avropa Liqasının qrup mərhələsində ardıcıl iki dəfə çıxış edə bilmiş ilk Azərbaycan klubudur.

Nəhayət, komanda Çempionlar Liqasındadır. Doğrudur, bu turnirdə onun debütü darmadağınla yadda qalıb. Ağdamlılar “Stemford Bric”də “Çelsi”yə 6:0 hesabı ilə məğlub olub. Bu həftə isə “Qarabağ” yenə də öz doğma şəhərindən uzaqda – Bakıda “Roma”nı qəbul edəcək.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: BBCL DEPORTES


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az