20.10.2017 03:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Azərbaycan hökuməti ölkədəki yəhudi icmasının inkişafı üçün heç bir problem görmür

 
 



THE JERUSALEM POST, İsrail
28.09.2017


Müəllif: Səid Musayev

- Zəhmət olmasa, özünüzü təqdim edin.

- Mən Dr.Vladimir Zeev Xaninəm. İsraildə yaşayan rus yəhudi icması və diaspor sahəsində ekspertəm. İsraildə fəaliyyət göstərən Bar-İlan Universitetində politologiya elmini tədris edirəm. Mən burada, yəni Oksford Universitetində olduğum üçün xoşbəxtəm.

- Biz hazırda Antisemitizmin Disiplinlərarası Tədqiqi üçün dərs vəsaitlərinin hazırlanması üzrə Yay İnstitutunun təşkilatçılığı ilə Qlobal Antisemitizm və Siyasətin Tədqiqi İnstitutunda birgə çalışırıq. Siz Rusiya və Ukraynadakı antisemitizm problemlərilə bağlı gözəl mühazirə ilə çıxış etdiniz. Hazırda dünyada və postsovet dövlətlərində yaşayan yəhudilərə qarşı antisemitizmlə bağlı, o cümlədən İsrailə münasibətdə hansı problemlər var?

- Mən əslində bu vacib seminarın iştirakçılarına yəhudi, yaxud daha dəqiq desək semit/antisemit məsələsinin müasir dövlətlərarası münaqişələrdə təzahürü və onun postsovet dövlətlərlə əlaqəsi haqda danışmağa çalışdım. Görürük ki, bu məsələ Rusiya-Ukrayna münaqişəsində çox böyük əhəmiyyətə malikdir. Lakin o, Rusiya ilə Gürcüstan, o cümlədən Ermənistanla Azərbaycan arasındakı münaqişədə demək olar ki, minimal səviyyədə təzahür edir. Beləliklə, xoşbəxtlikdən, yəhudilər deyə bilər ki, onlar yuxarıda qeyd olunan sonuncu münaqişənin, yəni Ermənistanla Azərbaycan arasındakı münaqişəsinin bir hissəsinə çevrilməyiblər.

Məlumdur ki, İsrailin Azərbaycan və Ermənistanla müsbət əlaqələri var. Lakin bilirik ki, Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Digər tərəfdən, Ermənistan İranla strateji tərəfdaşdır. Hazırkı postmodern maraqlı dünyada hesab edilir ki, müsəlman dövləti ilə yəhudi dövləti müttəfiq ola bilər.

Digər tərəfdən, xristian dövləti ilə əhalisinin əksəriyyəti şiə müsəlmanı olan ölkə – qeyd edək ki, Azərbaycan da əhalisinin əksəriyyəti şiə müsəlmanı olan ölkədir –  Azərbaycan və İsraillə həm əməkdaşlıq edə, həm də onlara qarşı çıxa bilər. Bu məsələdə din böyük rol oynamır. Hesab edirəm ki, tərəflər burada dediyimiz kimi, keçmişin kabusu ilə yaşamamalıdır. Əksinə, onlar modern və postmodern tərəqqiyə, demokratiyaya və inkişafa hazır olmalıdır.

Beləliklə, bu nöqteyi-nəzərdən bilirik ki, İsrail Azərbaycanda olan ab-havanı yüksək qiymətləndirir. Bu o deməkdir ki, Azərbaycan multikultural dövlətdir və o, addım-addım, yavaş-yavaş da olsa, vətəndaş cəmiyyətində genişmiqyaslı demokratiyanın qurulması yolunda inamla irəliləyir.

İsrail beynəlxalq münasibətlərə qarışmaqda maraqlı deyil. Azərbaycan, o cümlədən azərbaycanlılar israillilərə dövlətlərini necə inkişaf etdirməklə bağlı heç nə demir. Düşünürəm ki, bu məsələ iki ölkə arasında əməkdaşlığın təməlini təşkil edir. Bir məqamı da əlavə etmək istərdim: hesab edirəm ki, İsrailin tərəfdaşları ilə başqa dövlətlər arasındakı münaqişədə iştirak etməməsi gələcək üçün bəzi ümidlər yaradır. Çünki biz seminarda bir çox ekspertlərdən belə bir fikir eşidirik ki, bəzi dövlətlər yəhudi məsələsindən istifadə edir. Belə ki, antisemitizm məsələsi bəzi dövlətlərin siyasi maraqlarının təmin edilməsində vacib elementə çevrilib. Həmin ölkələrə misal olaraq İranı göstərmək olar. İnanıram ki, Cənubi Qafqazda gördüyümüz vəziyyət daha səmərəlidir və bu, gələcəyə ümidlə baxmağa imkan verir. Bundan başqa, hesab edirəm ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə bir gün həll ediləcək. Çünki Cənubi Qafqaz regionunun inkişafı üçün başqa yol yoxdur.

Hamı kimi mən də düşünürəm ki, iki xalq arasında yaxınlıq yaranacaq. Çox ümid edirəm ki, bu yanaşma Yaxın Şərqdəki münaqişələrin həllində də tətbiq olunacaq. Qeyd etmək istərdim ki, heç kəs bizə qonşularımızla əlaqələrimizi necə qurmalı, yaxud problemlərimizi necə həll etməli olduğumuzu başa salmağa çalışmamalıdır.

- Sizcə azərbaycanlılarla Azərbaycan yəhudilərinin eyni cəmiyyətdə birgə yaşayışı mümkündürmü? Və bu məsələ Qərb ölkələri üçün nümunə ola bilərmi? Hazırda biz Qərb ölkələrində antisemitizm, ayrı-seçkilik və nifrət ab-havasının yaratdığı problemlərlə üzləşirik.

- Hesab edirəm ki, etnik səviyyədə inamsızlıq və dini münaqişələr dərhal həll olunan problemlər deyil. Burada əsas məsələ bütün təhsil sisteminin necə təşkil olunduğu, ölkələrin daxili siyasətinin necə formalaşdırıldığı və milli liderlərin ölkələri hansı istiqamətə yönəltməsidir.

Azərbaycanda görürük ki, rəhbərlik ölkədaxili sülhə və kollektiv tərəqqiyə meyl edir. Azərbaycan dövləti, o cümlədən ölkə vətəndaşları burada yaşayan yəhudi icmasının gələcək inkişafı üçün heç bir problem görmür. Bununla bərabər, əgər ölkədə yaşayan etnik və dini azlıqlar dövlətin inkişafına yardım göstərirsə, hesab edirik ki, bu, Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə ki, bu, yaxşı nümunədir.

- Qlobal antisemitizm probleminin təsiri, onun müasir dövlətlərarası münaqişələrdə təzahürü və postsovet dövlətlərilə əlaqəsi haqda danışdığınıza görə təşəkkür edirəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az