20.10.2018 20:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycanda “Rus dilinin intensiv tədrisi”nə başlayırlar - VİDEO

 
 



ROSSİYA 24, Rusiya
30.09.2017


Ukraynada rus dilinə qadağa qoyulduğu bir vaxtda, Azərbaycanda əksinə, onu qoruyur və inkişaf etdirirlər. Bu günlərdə Bakıda rus dili və ədəbiyyatı müəllimləri üçün seminar keçirilib. Əsas məqsəd, müəllimlərin ixtisaslarının artırılmasıdır. Rus dili burada orta və ali məktəblərdə tədris edilir. Azərbaycan məktəbliləri rus klassikasını orijinaldan oxuyur. Hətta etiraf edirlər ki, bir çoxları Azərbaycan dilində deyil, rus dilində düşünür.

Bu dərs ilində Azərbaycanda on minlərlə məktəbli Puşkin, Tolstoy və Yeseninin dilində təhsil alacaq. Rus dilinin intensiv tədrisini nəzərdə tutan layihə 50 orta məktəbi əhatə edəcək.

Mikayıl Cabbarov (Təhsil naziri): “Başqa dillərlə də bağlı analoji layihələr var. Məsələn, ingilis dili ilə bağlı. Lakin təbii ki, ris dilini bizim təhsil sistemindəki əhatə dairəsi və yayılması baxımından başqa xarici dillərlə müqayisə edə bilmərik. Bu gün bütün məktəblilərimizin təxminən 8%-i rus dilində təhsil alır”.

Azərbaycanda 90 minə yaxın şagirdin rus dilində təhsil aldığı 327 məktəb var. Bu məktəbləri “rus sektoru” adlandırırlar. Daha 450 min şagird isə rus dilini ikinci xarici dil kimi Azərbaycan sektorunda öyrənir.

Fatimə Aslanova (11-ci sinif şagirdi, Azərbaycan sektoru): “Bizim məktəbdə rus dili biliklərinə çox önəm verilir. Biz rus dili və ədəbiyyatını öyrənirik. Odur ki, sinfimizdə demək olar ki, hamı rus dilini yaxşı bilir”.

Faina Ələkbərova, (Klassik gimnaziyanın direktoru): “89-90%. Rəqəmlər demək olar ki, dəyişmiş. Rus dilində təhsil alan azərbaycanlı uşaqlarının sayı məhz bu qədərdir. Yəni, Bakıda rus dilində oxumaq çoxdankı ənənədir. Bir çoxları üçün bu, çox vacib bir dəyər və prioritetdir”.

Azərbaycan prezidenti İlham Əliyev bəzən təhsil müəssisələrinin açılışına şəxsən qatılır. Dövlət başçısı ali təhsilini Rusiyada, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda alıb. Odur ki, Bakının ən nüfuzlu məktəblərində rus dilinə bu qədər tələbatın olması təəccüblü deyil.

Təranə Səmədova (Təlim-tərbiyə işləri üzrə direktor müavini): “Bu il bizdə uşaqların 40%-i Azərbaycan, 60%-i rus sektoruna qəbul olunub”.

“Qarabağ” futbol klubunun və Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev də rus sektorunda oxuyub. O, əslən bakılıdır.

Maksim Medvedev, (“Qarabağ” futbol klubunun oyunçusu): “19-cü əsrdə rusların Qafqaza köçürülməsindən sonra mənim də əcdadlarım Azərbaycanda məskən salıb. Burada ruslara qarşı çox yaxşı münasibət var. Bizi çox isti qarşılayırlar. Sanki biz bütün dövrlərdə burada yaşamışıq”.

Təranə Səmədova (Təlim-tərbiyə işləri üzrə direktor müavini): “Artıq ailədə, cəmiyyətdə rus dilində düşünürlər. Təbii ki, uşaq rus dilində düşünmürsə, fikirlərini də ifadə edə bilməz. Rus dilini bilmədən Puşkini, Nekrasovu, Lermontovu, Çernışevskini necə oxumaq olar?”.

Andrey Şlyapnikov (Müxbir): ““Bir sərraf adamdan soruşdum”, “Anama məktub”, “Əlvida, Bakı!”. Məşhur fars motivləri şeirlər silsiləsini Sergey Yesenin məhz burada, Mərdəkan qəsəbəsində yaradıb”.

Bu gün Mərdəkanın mərkəzi küçəsi Yeseninin adını daşıyır. O, İrana getməyi çox arzulayırdı, lakin Rusiya imperiyasının səfiri Qriboyedovun başına gələnlərdən sonra, Sovet rəhbərliyi şairin həyatını təhlükəyə ata bilməzdi. Odur ki, Yesenini milyonçu Murtuza Muxtarovun Bakı yaxınlığındakı villasına gətirib və deyiblər ki, sən artıq İrandasan. Lakin hətta yalanın üstü açıldıqdan sonra belə, Yesenin burada daha bir il qalmağa qərar verib. İndi hər il oktyabrın 3-də Sergey Yeseninin ev muzeyində böyük rus şairinin doğum günü qeyd olunur.

Nəzakət İbadova, (Sergey Yeseninin ev muzeyinin direktoru): “Burada Sergey Yeseninin şeirləri, onun sözlərinə yazılmış mahnılar, romanslar oxunur. Bizə çox ölkələrdən, o cümlədən Rusiyadan qonaqlar gəlir. Biz bakılılar Sergey Yesenini hər zaman sevmişik və sevəcəyik”.

Andrey Şlyapnikov, (Müxbir): “Efirin başlanmasına bir neçə dəqiqə qalıb. Hər gün Bakı vaxtilə saat 18:00-da Azərbaycanın əsas televiziyası olan AzTV-də rus dilində 40 dəqiqəlik xəbərlər proqramı efirə gedir”.

Rus dilində xəbərlər AzTV-də həmişə olub. İndi isə iki ölkə arasında strateji, iqtisadi və turizm əlaqələrinin artması səbəbindən rus dilində xəbərlərə tələbat daha da artıb.

Faiq Hüsiyev, (AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru): “Azərbaycanda çox böük rus icması yaşayır, əhalinin yarıdan çoxu rus dilini gözəl bilir. Bu, bir ənənədir. İstər Azərbaycanda, istərsə də Rusiyadakı insanlarımızın münasibətləri də buna müsbət təsir göstərir. Bizim rus dilində yayımlanmağımızı şərtləndirən də elə budur”.

Artıq ali təhsil almaq üçün də Rusiyaya getmək vacib deyil. Bakıda Rusiyanın iki böyük universiteti – Seçenov adına Tibb Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin filialları açılıb. 6 il ərzində Moskva Dövlət Universitetinin filialını 622 tələbə bitirib. Ən böyük tələbat isə iqtisadiyyat, filologiya və kimya fakültələrinədir.

Tamara İbrahimova, (Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi): “Hesab edirəm ki, bura həm Azərbaycanın, həm də Rusiyanın ən yaxşı ali məktəblərindən biridir. Buraya Rusyadan professorlar dəvət olunur və dörd ildir ki, onlar bizə gözəl təhsil verir. Hər halda, mən öz seçimimdən razıyam”.

Kampus ərazisində hamı rusca danışır. Tələbələr, müəllimlər və hətta xadimələr belə…

Aleksandr Ledenev, (MDU-nun Ən Yeni Rus Ədəbiyyatı kafedrasının professoru): “Öz təcrübəmdən deyə bilərəm ki, burada daha çox çalışıram. Hiss edirəm ki, mənim dərsi necə deməyimdən çox şey asılıdır. Özü də, təkcə indi yox, bəlkə də, bir neçə il sonralar üçün”.

Mikayıl Cabbarov, (Təhsil naziri): “Biz gələcəyə nikbin baxırıq. Fikrimizcə, xalqlarımız arasındakı bugünkü münasibətlərin əsaslandığı möhkəm təməllər təhsil sistemi vasitəsilə gələcəyə də ötürülür. Və biz sabahkı günümüzə eyni nikbinliklə baxırıq”.

Azərbaycan rəhbərliyinin bu siyasəti sayəsində artıq bir neçə ildən sonra ölkədə ədəbi rus dilini bilənlərin sayı dəfələrlə arta bilər.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSSİYA 24


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az