22.09.2018 08:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycan: dini tolerantlıq ölkəsi

 
 



The Washington Times, ABŞ
03.10.2017


Hansı müsəlman ölkəsi yəhudilərə, xristianlara, müsəlmanlara və bəhailərə çiyin-çiyinə, sülh və harmoniya şəraitində yaşamaq imkanı verir?

Rus Pravoslav Kilsəsisin Bakı-Azərbaycan yeparxiyasının mətbuat katibi Konstantin Ata:

Azərbaycanın uzun müddətdir davam edən tarixi boyu burada çox sayda millətlər və müxtəlif etnik qruplar birgə yaşayıb. Bundan başqa, Azərbaycan xalqı başqalarına qarşı sevgi və mərhəmət mentalitetini inkişaf etdirib. Azərbaycandakı 3 əsas dini qrup, yəni müsəlman, xristian və yəhudilər arasında tarix boyu heç vaxt münaqişə olmayıb. Hətta bu ölkədə insanların pərəstiş etdiyi din xadimlərinin olduğu dövrdə belə, dinlərarası münaqişə baş verməyib.

Hazırda hökumətimiz ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış və prezident İlham Əliyev tərəfindən davam etdirilən multikulturalizm və tolerantlıq siyasətinə dəstək verir. Burada müxtəlif dini icmalar təkcə sülh şəraitində birgə yaşamır, həm də xeyriyyəçilik layihələrində, o cümlədən sosial layihələrdə iştirak edir. Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Konstitusiyaya əsasən o, dünyəvi dövlətdir. Bu bizim – həm ölkə vətəndaşlarının, həm də vətənpərvər insanların Konstitusiyasıdır. Biz bu ölkəyə – vətənimizə xoş diləklər diləyir, xeyir-dua veririk. Biz Azərbaycanın həm mənəvi, həm də maddi cəhətdən inkişafını arzulayırıq.

1948-ci ildə BMT-də qəbul edilmiş Ümumdünya insan hüquqları bəyannaməsi, 18-ci maddə:

Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir.

Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev:

Mən bütün dünyada yaşayan yəhudilərə dəfələrlə bu fikri bildirmişəm: əgər sizin üçün dünyada yaşamaq üçün yer yoxdusa, bu zaman Azərbaycana gəlin. Yəhudilər 2 min ildir ki, Azərbaycanda yaşayır və 2 min il də burada olacaq. Biz burada digər etnik və dini qruplara mənsub olan Azərbaycan vətəndaşları kimi sülh və harmoniya şəraitində yaşayırıq.

Bu ölkənin hökuməti bizim dinimizin və dilimizin qorunması üçün bütün şərait yaradıb. Azərbaycan yəhudiləri ölkə Konstitusiyasında göstərilmiş bütün hüquqlardan və üstünlüklərdən istifadə edir. Azərbaycanın dövlət başçısı İlham Əliyev bildirib ki, o, hər bir vətəndaşın prezidentidir. Biz bu fikrin həyata keçirildiyinin şahidiyik. Yəhudilər bu ölkədə sülh və təhlükəsiz şəraitdə yaşayır.

Azərbaycan Bəhai İcmasının Milli Ruhani Məclisinin katibi Ramazan Əsgərli:

Coğrafi baxımdan Şərqlə Qərbin arasında yerləşən Azərbaycan öz mədəniyyətini inkişaf etdirib. Azərbaycan mədəniyyəti bütövlükdə nə Qərb, nə də Şərq mədəniyyətinə aiddir. Azərbaycan xalqı başqa mədəniyyətlərə və xalqlara qarşı tolerantlığı və xeyirxahlığı ilə seçilir.

Hökumət Azərbaycan xalqının bu xüsusiyyətinin, yəni başqa mədəniyyətlərə və xalqlara qarşı tolerantlıq və xeyirxahlıq mədəniyyətinin inkişafı üçün lazımi şəraiti yaradıb. Azərbaycan hökuməti hətta multikulturalizmi dövlət siyasəti kimi qəbul edib.

Bəhai mənbələrində azərbaycanlılar zəngin və qədim mədəniyyətə malik sülh aşiqi kimi göstərilib. Hazırda Azərbaycan bəhailəri ölkədə yaradılmış gözəl şəraitdən faydalanır, cəmiyyətimizin inkişafına və tərəqqisinə yardım göstərir. Biz öz inancımıza sərbəst şəkildə etiqad etməyimiz üçün yaradılmış şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirik.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az