19.08.2018 12:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
Azərbaycandan “Açıqcalar”: Qədim sənətkarlar - VİDEO

 
 



Euronews, Aİ
04.10.2017


“Açıqcalar”ın bu bölümündə Lahıca səfər etdik. Lahıc Azərbaycanın qədim kəndlərindən biridir. Bura qışda ətraf dünyadan təcrid olunur. Lakin yaydan kənddə xeyli tursit olur. Onları əsrlərlə tarixə malik metal sənətkarlığı cəlb edir. İnsanları buraya məhz bu sənətkarlıq növü çəkir.

Avrora Veles (Euronews): “Bakıdan 180 kilometr uzaqlıqda yerləşən Lahıcda sanki vaxt dayanır. Siz buranın dar küçələrində sənətkarların çəkiclərinin səsini eşidə bilərsiniz. Biz sənətkarların çalışdığı yerdəyik”.

Əliyev ailəsi artıq 7 nəsildir ki, mis məmulatlar hazırlayır. Hər bir sənətkar hazırladığı əşyanın üzərinə öz adını yazır. Bu sənət növü artıq yox olur. Əliyevlər bununla məşğul olan 5 ailədən biridir.

Kəbləyi Əliyev: “150-200 ildən sonra kimsə məni internetdə axtaracaq və kim olduğumu oradan öyrənəcək”.

Təxminən 100 il əvvəl bu kənddə 100-dən çox emalatxana var idi. Burada misdən hazırlanan məmulatlar Yaxın Şərqə ixrac edilirdi. İndi, az qala yox olmuş bu sənət növü az sayda sənətkarlar tərəfindən qorunub saxlanılır.

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az