13.12.2017 16:54
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Tovuzun öz mağazası var

 
 



SUD OUEST, Fransa
05.10.2017


Müəllif: Filip Menar

Şərab, quru meyvə, piroqlar və narın bütün formaları – meyvə şirəsi, likör, çay, mürəbbə və brendi. Bütün bunları Aristid Briand küçəsi 49 ünvanında şənbə günü açılan “Nar” mağazasında tapmaq olar. Bu məhsullar Azərbaycanın Tovuz rayonundan gətirilib. Naiq Məmməhdəsənovun əsasını qoyduğu şirkətin adı da məhz belədir – “Tovuz”.

Bu iş adamı əsasən narçılıq üzrə ixtisaslaşmış kiçik bir şirkətə rəhbərlik edir. O, bütün bunların 100% faiz təmiz bio məhsullar olduğunu deyir. Naiq Məmməhdəsənov Mone zirzəmilərinə yatırılmış Azərbaycan investisiyalarından və Konyak şəhərilə təmsil etdiyi bölgənin qardaşmasından yararlanmaq niyyətindədir. “Biz istəmirik ki, bu əlaqələr yalnız kağız üzərində qalsın”, - deyə o, bildirir.

Tovuzda yaradılmış bir bələdiyyə parkı “Konyak-Tovuz dostluğu” adlanır. Gələn ilin aprelində Naiq Məmmədhəsənov Tovuzda Konyak şəhərinə və konyaka aid muzey də açmaq niyyətindədir. O, Konyaka Tovuz məhsullarının tədarükünü də təmin edir.

Gələcək otelə səfər

“Tovuz” şirkətinin niyyəti diplomatik məqsədlərlə yanaşı, fransız bazarlarına, xüsusilə pərakəndə satış sektoruna çıxış tapmaqdır. Mağazanın açılışında bu Qafqaz ölkəsilə sıx bağlı olan bir çox şəxslər bir araya gəlib. Bu həftəsonu Azərbaycanın Dostları Assosiasiyası da İdarə Heyətini sanki Konyaka köçürmüşdü. Proqramda gələcəkdə otel kompleksinə çevriləcək Mone zirzəmilərinə səfər də var idi. Assosiasiyanın prezident Jan-Fransua Mansel bu mağazanın açılmasını uğur kimi qiymətləndirir. Uaz departamentindən olan deputat buna sevindiyini deyir: “İlk dəfədir ki, bir fransız şəhərində Azərbaycan məhsullarının satıldığı mağaza açılır. Bu, həqiqətən rəmzi məna daşıyır. Bir tərəfdən böyük bir qrup tərəfindən həyata keçirilən Mone zirzəmiləri layihəsi, digər tərəfdə isə öz şansını sınayan müstəqil ticarətçi. Biz ən böyükdən ən kiçiyə doğru gedirik”.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: SUD OUEST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az