23.06.2018 02:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
Aleksandr Duqin: “Prezidentlərin görüşündə 5 rayonun qaytarılması məsələsi müzakirə olunacaq”

 
 



1in.am, Ermənistan
06.10.2017


Müəllif: Aram Sarqsyan

Rusiyalı politoloq, rus millətçilərinin ideoloqu, “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin əmindir ki, Dağlıq Qarabağ problemi Rusiyanın təklif etdiyi və mətbuatda daha çox “Lavrov planı” kimi tanınan təkliflərin əsasında həllini tapa bilər.

“Birinci” informasiya saytına açıqlamasıənda o, bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdan gələn görüşü zamanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması məsələsi qaldırılacaq.

“Fikrimcə, indi prezidentlərin görüşünün keçirilməsi çox vacibdir. Çünki Ermənistan-Azərbaycan münasibətlərindəki gərginlik o həddə çatır ki, vəziyyəti düzəltmək mümkün olmaya bilər. Böhranın həlli istiqamətində irəliləmək lazımdır. Ehtimal edirəm ki, prezidentlərin görüşündə Qarabağdakı 5 rayon məsələsi yenidən gündəmə gətiriləcək. Lakin məsələ ondadır ki, hazırda Ermənistanın nəzarətində olan bu rayonların Azərbaycan tərəfinə verilməsi həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya mətbuatında çox yanlış işıqlandırılır. 5 rayonun qaytarılmasından söz düşəndə, birqayda olaraq, buna yanlış qiymət verilir və demək, həm Ermənistan, həm Azərbaycan, həm də Rusiyada belə yanlış mövqelər oturuşmaqdadır. Məsələn, erməni mətbuatında əsas mövqe ondan ibarətdir ki, bu rayonların qaytarılması Ermənistanın milli maraqlarına xəyanətdir. Azərbaycan mətbuatında isə, əksinə, bunun Azərbaycanın bir revanşı, qələbəsi olması barədə millətçi yanaşma hökm sürür. Rusiya mətbuatında isə bu layihəyə heç kim ciddi əhəmiyyət vermir. Fikrimcə, bu layihə çox yaxşı hazırlanıb, sadəcə jurnalistlərin onu düzgün təqdim etməsi çox vacibdir”, - deyə Duqin qeyd edib.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 1in.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az