21.05.2018 19:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq
 
21.05.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri: “Tacikistanla münasibətlərimiz qarşılıqlı dostluğa və etimada əsaslanır” - FOTO
 
18.05.2018
AVESTA, Tacikistan
 

  Yuri Lujkov xüsusi olaraq “Moskva-Baku” üçün: “Bir gecə Azərbaycanda sakinsiz adaya düşdüm”
 
18.05.2018
MOSKVA-BAKU.RU, Rusiya
 

  “Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”
 
17.05.2018
AKŞAM, Türkiyə
 

  Azərbaycan: “Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”
 
16.05.2018
Sputnik, Türkiyə
 

 
 
“Alstom”: Azərbaycan üçün istehsal olunmuş ilk sərnişin lokomotivinin təqdimatı - FOTO

 
 



L’EST Républicain, Fransa
10.10.2017


Müəllif: Filip Bruyar

“Alstom” şirkət ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 2014-cü ildə imzalanmış müqavilə bazar ertəsi “Belfort” istehsal sahəsində ilk sərnişin lokomotivinin təqdimatı ilə reallaşıb.

Qırmızı xalça, dövlət himni, səfir, sinxron tərcümə… İlk “Prima M4” sərnişin lokomotivinin Azərbaycana yola salınması ilə bağlı tədbir bazar ertəsi səhər “Alstom Belfort” istehsal sahəsində dövlət səviyyəsində qəbulla başlayıb.

Azərbaycan mediası tərəfindən geniş işıqlandırılan bu qəbul “Alstom” ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında Fransa prezidenti Fransua Ollandın Bakıya 2014-cü ilin mayında etdiyi səfər çərçivəsində imzalanmış müqaviləni yada salıb. Ümumi dəyəri 288 milyon avro olan bu müqavilə Azərbaycan üçün 50 ədəd (10 ədəd sərnişin lokomotivi və 40 ədəd yük lokomotivi) lokomotivin istehsalını nəzərdə tutur.

Bu, “Alstom” şirkətinin Avropa ilə Asiyanın arasında yerləşən Qafqaz ölkəsində fəaliyyətinin yalnız başlanğıcı da ola bilər. Şirkətin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille bildirib ki, Azərbaycan Qara və Xəzər dənizləri, həmçinin Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin genişləndirilməsini nəzərdə tutan iddialı layihələr həyata keçirməklə, dinamik inkişaf mərhələsindədir.

Potensial böyükdür

“Təqribən 3000 kilometr dəmir yolu xətti şəbəkəsinə malik “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni lokomotivlərə ehtiyacı getdikcə artacaq”, - deyə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirib. Səfir qeyd edib ki, “Alstom/Siemens” alyansı dünya bazarında uzunmüddətli uğurlar, fransız sürət qatarları lokomotivləri və mühərrikləri istehsalçısı ilə Azərbaycan arasında geniş əməkdaşlıq vəd edir.

Səfir Fransa şirkəti üçün maraqlı perspektivlər kataloqunda güzəştli vergi rejiminə malik texnoparkları və sürətlə inkişaf edən paytaxt Bakı şəhərinin nəqliyyat bazarını qeyd edib. Qeyd edək ki, “Alstom” Bakıya artıq 3 metro qatarı da tədarük edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Belfort”da bildirib ki, “Alstom” şirkətinin potensialı çox böyükdür. O, şirkətlə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün danışıqlar aparıldığını söyləyib.

Hələlik “Belfort” istehsal sahəsində 9 sərnişin lokomotivinin tikintisi aparılır. Bakıya sonuncu lokomotivin 2019-cu ilin martında göndərilməsi planlaşdırılır. İlk “Prima” lokomotivinə gəlincə, o, Anver limanı istiqamətində yola çıxacaq, oradan isə dəniz vasitəsilə dekabrın ortalarında Bakıya çatdırılacaq.

“Belfort”da layihələndirilən 40 yük lokomotivi isə “Astana Alstom” (Qazaxıstan) zavodunda istehsal ediləcək.

Müqavilədə, həmçinin depoların tikintisi, texniki yardım və xidmətlərin göstərilməsi, dəmir yolları idarəsinin əməkdaşları üçün təlimlərin keçirilməsini nəzərdə tutulur.

Hazırda dünyada sərnişin və yük daşınmasında 2000 “Prima” lokomotivindən istifadə edilir. 90 ton çəkisi olan bu lokomotivlər 50 dərəcəyədək istidə və 25 dərəcəyədək şaxtada saatda 160 kilometrədək sürətlə hərəkət edə bilir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: L’EST Républicain


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az