21.02.2018 11:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanda prezident seçkisi - 2018
 
20.02.2018
National Courier, Pakistan
 

  Arxiyepiskop Gallager Azərbaycanda ilk katolik yepiskopunu təqdis edib
 
19.02.2018
Cath.ch, İsveçrə
 

  Zaman Ermənistanın əleyhinə işləyir
 
19.02.2018
ANAJ, İran
 

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

 
 
“Müdafiəni gücləndirmək üçün”: Belarus Azərbaycana hansı silahları sata bilər?

 
 



Delovaya qazeta, Belarus
11.10.2017


Müəllif: Olqa Bıkovskaya

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ekspertlərin fikrincə, bu əməkdaşlıq hər şeydən əlavə, həm də Belarus silahlarının yüksək keyfiyyətə malik olduğu üçün inkişaf edəcək.

“Əməkdaşlığımızın xarakterterilə bağlı heç kəsin qarşısında özümüzə bəraət qazandırmaq fikrində deyiləm. Yalnız bir şeyi demək istəyirəm ki, bizim münasibətlərimiz qətiyyən heç bir beynəlxalq müqaviləni, BMT Təhlükəsizlik Şurası və bütövlükdə BMT-nin qətnamələrini pozmur. Biz müstəliq, suveren dövlətik və zamanın tələbinə, dövlətlərimizin tələbatına uyğun olaraq əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququmuz var”, - deyən Belarus lideri, bir qədər üzrxahlıq tonunda bildirib.

Bir daha belarusların qardaşları haqda

Belarusun dövlət başçısının başqa dövlətlərin rəsmilərilə görüşlərindən sonra adama elə gəlir ki, belarusların hər yerdə qardaşları var. Elə azərbaycanlı nazirlə görüşdə də Lukaşenko xalqlarımız arasında qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Bu, onunla izah edilir ki, “biz bir dövlətin tərkibində yaşamışıq”, “bizim azərbaycanlılara heç bir iradımız yoxdur”, biz onlara böyük hörmətlə yanaşılıq. Çətin zamanlarda isə onların prezidenti “həmişə Belarus dövlətinə dayaq olub”.

“Əgər biz Azərbaycan üçün nəsə edə biləriksə, xalqınızın təhlükəsizliyi, dövlətinizin inkişafı, Azərbaycanın rifahı, əhalinin gəlirlərinin arması və azərbaycanlıların daha da zəngin yaşaması üçün bunu edəcəyik”, - deyə Lukaşenkonun mətbuat xidməti prezidentə istinadən bildirir.

Bu nəcib məqsədlərə çatmaq üçün Belarus lideri Azərbaycanın “müdafiəsini gücləndirməyi” təklif edir. “Bu, yeni bir şey deyil. Çünki biz sizinlə artıq bu istiqamətdə çalışırıq və işlərimizi davam etdirəcəyik”, - deyə o, əlavə edib.

Öz növbəsində, Zakir Həsənov Belarus silahları və texnikasından, həmçinin iki ölkənin bu sahədə əməkdaşlığından razılığını bildirib.

“Azərbaycanın Silahlı Qüvvələri Belarus istehsalı olan silah və texnikadan istifadə edir və mən tam məsuliyyətimlə deyirəm ki, bu, çox yüksək keyfiyyətli silahlar və hərbi təyinatlı avadanlıqdır. Hesab edirik ki, bu sahədə əməkdaşlığı genişləndirmək imkanlarımız var”, - deyə nazir bildirib.

O, Belarusla Azərbaycan arasında dost münasibətlərinin olduğunu vurğulayıb. “Digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşığımız fəal şəkildə inkişaf edir. Söhbət həm təcrübə mübadiləsindən, həm ordu quruculuğundan, həm də hərbi-texniki əməkdaşlıqdan gedir”,- deyə Həsənov qeyd edib.

Nə tədarük etməli?

“Belarus Azərbaycanın hava hücumundan müdafiə (HHM) sistemlərinin möhkəmləndirilməsi, o cümlədən C200, C125, yaxın mənzilli “Buk” zenit-raket kompleksləri sisteminin müasirləşdirilməsi üçün çox şey edib. Bu işdə Ukrayna (radarlar verib) və Rusiya (raketlərlə təmin edib) da iştirak edib”, - deyə hərbi ekspert Aleksandr Alesin “Delovaya qazeta”ya bildirib.

Bundan başqa, Belarus Azərbaycana raket başlıqlarının siqnalını dəf etmək üçün radioelektron mübarizə vasitələri, pilotsuz uçan aparatlar (PUA), o cümlədən zərbə PUA-ları, hərbi texnika üçün təkər bazaları, qoşqu maşınları və optik qoşqular, rabitə vasitələri (bu sahədə belarusların böyük nailiyyətləri var) və s. tədarük edə bilər. Alesin əlavə edib ki, artıq Azərbaycanda Belarus hərbi avtomobillərinin (MAZ 6317 və MAZ 5317) yığılması təşkil edilib və bu əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

“Biz əvvəllər də Azərbaycana əhəmiyyətli sayda zirehli texnika tədarük etmişik. İndi onun müasirləşdirilməsinə ehtiyac ola bilər”, - deyə ekspert bildirib.

Alesinin fikrincə, Belarus Azərbaycana həmçinin “Polonez” reaktiv yaylım atəş sistemi də təklif etmiş ola bilər. Rusiya Ermənistana 280 kilometrdəki hədəfləri vura bilən “İsgəndər E” sistemləri verib və mən istisna etmirəm ki, Belarus balans naminə Azərbaycana 200 kilometr məsafəni vura bilən “Polonez”lər versin”, - deyə hərbi ekspert qeyd edib.

O, əmindir ki, əgər bu baş veribsə, demək, məsələ Rusiya ilə razılaşdırılıb. Moskva Azərbaycanla Ermənistan arasında balansın qorunmasına nəzarət edir. O, istəmir ki, tərəflərdən hansısa biri açıq-aşkar üstünlüyə malik olsun və Dağlıq Qarabağ məsələsini hərbi yolla həll etmək fikrinə düşsün.

“Bununla belə, Belarusla Azərbaycan arasında hərbi əməkdaşlığın böyük perspektivləri var. Belarus silahları Azərbaycanda özünü yaxşı tərəfdən göstərib və onlar bu əməkdaşlığı davam etdirməyə hazır görünürlər”,- deyə Adeksandr Alesin bildirib.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Delovaya qazeta


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az