20.10.2017 03:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Qars-Axalkalaki-Bakı dəmir yolu açılır

 
 



Lragir.am, Ermənistan
12.10.2017


Müəllif: Naira Hayrumyan

Açılışı bir neçə dəfə təxirə salınmış Qars-Axalkalaki-Bakı dəmir yolu bu il oktyabrın 30-da istifadəyə veriləcək.

Bu, Türkiyə ilə Azərbaycanın Ermənistanı qıcıqlandırmaq üçün atdıqları növbəti addımlardan biridir. Lakin Gürcüstan rəsmiləri deyir ki, Tbilisi yeni açılacaq dəmir yolundan qonşu ölkələrin də istifadə etməsini alqışlayardı. Həqiqətən də, Ermənistan mallarının Qars-Axalkalaki-Bakı dəmir yolu ilə daşınmasını qadağan edəcək elə bir mexanizm yoxdur.

Ən maraqlısı isə odur ki, son bir neçə ildə Türkiyədə dəmir yolunun logistik xidmət meyarları  dəyişib. Bosfor boğazının altı ilə Asiya ilə Avropanı birləşdirən dəmir yolu çəkilib. Bundan başqa, Qarsdan Ərzuruma, oradan isə İstanbula uzanan dəmir yol xəttinin yenilənməsi prosesi başa çatıb.

2013-cü ildən Bosforun altı ilə dəmir yolunun fəaliyyətə başlaması ilə mallar sərbəst şəkildə İstanbuldan Londona çatdırılmaqdadır. Bu, o deməkdir ki, Bakı-Qars dəmir yolunun istismara verilməsi ilə Cənubi Qafqazın, o cümlədən Ermənistanın malları asanlıqla İngiltərəyə göndərilə biləcək. Bu hadisələrin fonunda Ermənistana səfər etmiş Böyük Britaniyanın nəqliyyat naziri ölkəsinin Yerevanla əlaqələri genişləndirmək fikrində olduğunu söyləyib.

Osmanlı imperiyasının dağılmasından və bu ərazilərdə respublikanın qurulmasından sonra Türkiyə 100 il boyunca Cənubi Qafqaza yalnız Qars-Gümrü dəmir yolu ilə çıxa bilib. Bu yol isə 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən tutulması ilə bağlanıb. Türkiyənin indiyədək Azərbaycan və Gürcüstanla dəmir yolu əlaqəsi olmayıb. Bir sözlə, o, Qafqazdan təcrid olunmuş vəziyyətdə idi.

İndi, bu dəmir yolunun açılması ilə vəziyyət kökündən dəyişə bilər. Cənubi Qafqazın Türkiyə ilə logistik əlaqəsi Avropanın bu regionla bağlı siyasətində də çox şeyi dəyişə bilər.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Lragir.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az