20.10.2017 03:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu artmaqdadır

 
 



ANAJ, İran
13.10.2017


Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Bakının nəzarətinə qaytarılması ilə bağlı planını və münaqişənin mərhələli həllini müzakirə etmək üçün bir araya gələcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu ilin sonunadək baş tuta bilər. Görüşün keçiriləcəyi dəqiq tarix növbəti günlərdə açıqlanacaq. Xatırladaq ki, ötən ilin aprel döyüşlərindən sonra iki ölkə rəsmiləri Vyanada və Sankt-Peterburqda bir araya gəliblər. Bu müddətdə iki ölkə prezidentlərinin görüş olmayıb. Odur ki, nəzərdə tutulmuş növbəti görüşü və orada aparılacaq müzakirələri mühüm hadisə saymaq olar.

Ermənistan növbəti görüş ərəfəsində narahatdır. Çünki Vyana və Sankt-Peterburq görüşlərində Minsk qrupu həmsədrlərinin də iştirakı ilə atəşkəsə nəzarət mexanizminin tətbiqi və mövcud vəziyyətin davam etməsi məsələləri müzakirə edilsə də, sonradan bu haqda heç bir söhbət aparılmayıb. Halbuki, atəşkəsə nəzarət mexanizminin tətbiqi məsələsi Sankt-Peterburq görüşünün yekun bəyannaməsində də öz əksini tapıb. Amma o, bəyannaməyə yalnız diqqətin Dağlıq Qarabağın ətrafındakı 5 rayonun geri qaytarılması ilə bağlı detallardan yayındırılması üçün salınıb və əslində görüşün əsas mövzusu olmayıb.

Məsələ ondadır ki, əslində Erməinıstan Minsk qrupunun həmsədrləri tərəfindən atəşkəs rejiminə nəzarət mexanizminin tətbiqi ilə rahat şəkildə işğalçılıq siyasətini davam etdirməyi düşünürdü. Lakin nə iki ölkənin XİN rəhbərlərinin Nyu-York görüşündə, nə də Minsk qrupu həmsədrlərinin son bəyanatında bu haqda danışılır. Erməni analitik Sarkis Artseruni deyir: “Bu, Ermənistanın danışıqlara Azərbaycanın şərtəri əsasında qayıtması anlamına gəlir”.

O, 5 rayonun Azərbaycana qaytarılması planının Rusiyaya məxsus olduğunu bildirib: “ABŞ-ın bu məsələdə ciddi rol oynamaması Rusiyanın oyunu tamamilə öz qaydaları ilə aparmasına imkan verib”.

Mövcud durum göstərir ki, Rusiyanın oyun qaydaları Ermənistan rəhbərliyinin o qədər də ürəyincə deyil. Moskva 5 rayonun qaytarılması planının icrası ilə münaqişəni daha çox öz xeyrinə həll etməyə çalışır. Amma istənilən halda, hazırkı şəraitdə bu, vəziyyətin dəyişdirilməsi və irəliləyişə nail olunması üçün effektiv addım sayılır.

Kremlinin “beyin mərkəzi”ndə hazırlanmış bəyanatlar və planlar

Ötən aylarda istər Ermənistan, istərsə də Rusiya rəsmiləri Dağlıq Qarabağ ətrafındakı 5 rayonun geri qaytarılması haqda bir neçə açıqlama verib. Ermənistanın xarici işlər naziri də azərbaycanlı həmkarı ilə görüşmək üçün Nyu-Yorka yollanmaq ərəfəsində jurnalistlərə bu haqda qısa da olsa, danışıb. Amma Edvard Nalbandyan mövzudan yayınmağa çalışıb və bu haqda geniş danışmaqdan imtina edib. Bununla yanaşı, onun söylədiklərinin Kremlin “beyninin məhsulu”, Ermənistan rəsmiləri ilə danışıqlarının nəticəsi olduğuna şübhə yoxdur.

Kremlinin ideoloqu sayılan Aleksandr Duqinin açıqlaması ilə münaqişənin həllinin ilk mərhələsində 5 rayonun boşaldılacağı fikri yenidən medianın gündəminə gəlib. Duqinin Rusiyada heç bir rəsmi vəzifəsi olmasa da, bir çox dairələrdə onu Kremlinin “danışan dili” adlandırır. Türkiyənin Rusiya təyyarəsini vurulmasından sonra Ankara ilə Moskvanın mövqelərinin yaxınlaşmasında da Duqinin böyük rolunun olduğuna dair iddialar var. İndi, onun Dağlıq Qarabağ münaqişəsinin necə nizamlanacağı haqda fikirləri “demaqogiya” kimi qiymətləndirilə bilməz. Əksinə, böyük ehtimalla, Kreml məsələyə dair mövqeyini Aleksandr Duqinin dililə bəyan edir.

“İki ölkə prezidenti növbəti görüşdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması məsələsini müzakirə edəcəklər”, - deyə o sonuncu açıqlamasında bildirilib.

Bəs Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması planı konkret necə həyata keçiriləcək?

Rusiya səlində Kazanda əldə razılaşdırılmış direktivləri yeni formada ortaya qoyub. O, mətbuatda daha çox “Lavrov planı” kimi tanınır. Rusiyanın təklif etdiyi plana əsasən, əvvəlcə Kəlbəcər və Laçın rayonları istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı 5 rayon Azərbaycana qaytarılmalıdır. Növbəti mərhələdə Ermənistanla Qarabağ arasındakı dəhliz müəyyən edilməlidir və çox güman ki, bu, elə Laçın dəhlizi olacaq. Üçüncü mərhələdə Kəlbəcər və Laçın rayonlarının taleyi müəyyənləşdirilməli, nəhayət, son mərhələdə Dağlıq Qarabağın hüququ statusuna aydınlıq gətirilməlidir.

Ermənistan rəsmilərinin bu planla bağlı narahatlığı bəlkə də də daha çox Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılmalı olmasının psixoloji təsiridir. Bir vaxtlar Rusiyanın da dəstəyilə hərbi əməliyyatlarla işğal dairəsini Dağlıq Qarabağdan kənara yaymış Ermənistan rəhbərliyi bu gün çox güman ki, Rusiyanın da maraqlarının təmin edilməsi, həmçinin blokada vəziyyətindən çıxması üçün işğal etdiyi əraziləri tədricən qaytarmağa məcbur olur.

Ancaq qarşı tərəf də 23 il əvvəlki, 1990-cı illərin əvvəllərində ərazilərini itirərərək atəşkəs sazişi imzalamış Azərbaycan deyil. O, diplomatik nailiyyətləri, eləcə də zəngin enerji sərvətləri hesabına, qonşu ölkələrlə və dünya ilə qurduğu qarşılıqlı əlaqələr sayəsindəxeyli irəli gedib. Ermənistan rəhbərliyi 1994-cü ildə müharibəni qazanan zaman bəlkə də bu vəziyyətlə üzləşəcəyini təsəvvür etmirdi.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az