26.04.2018 01:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
“Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda

 
 



AS, İspaniya
18.10.2017


Müəllif: Xesus Kolino

Azərbaycan çempionunun doğma şəhəri Ağdam 1993-cü ildə – Dağlıq Qarabağ münaqişəsi zamanı işğal olunaraq dağıdılıb. O vaxtdan komanda Bakıda, doğma şəhərindən 300 kilometr uzaqda məskunlaşıb.

“Qarabağ” Çempionlar Liqasında oynamaq xəyalını həyata keçirə bilsə də, 1993-cü ildən bəri hələ də evə qayıtmaq arzusu ilə yaşayır. “Atletiko Madrid”in növbəti rəqibi məhz bu “qaçqın klubu”dur. Bu klub, Azərbaycan ərazisi olan, lakin ermənilərin məskunlaşdığı, tarixən münaqişəyə yol açmış Qarabağ ərazisində yerləşən doğma Ağdam şəhərindən müahribə üzündən qaçmalı olub.

Münaqişə 1987-ci ildə başlayıb. O zaman Ağdamda 150 min əhali yaşayırdı. 1993-cü ildə şəhər erməni qoşunları tərəfindən tutulub və əhali oradan qovulub. Hazırda bu “ruhlar şəhəri” tamamilə dağıdılmış vəziyyətdədir. Orada insan yaşamır. Komandanın doğma stadionu olan “İmarət” də dağıdılıb. “Qarabağ”ın o zamankı məşqçisi Allahverdi Bağırov isə Azərbaycan ordusunun sıralarında döyüşərək həlak olub.

Klub hazırda Bakıda, doğma evindən 300 kilometr aralıda məskunlaşıb. İndi, “Qarabağ” Azərbaycan çempionatında ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda, Çempionlar Liqasındakı matçlarını isə 2 dəfə artıq, 70 minə yaxın tərəfdr tutumu olan Bakı Olimpiya Stadionunda keçirir.

Bunun səbəbi aydındır: “Qarabağ” Azərbaycanın sevimli komandası, müqavimətin rəmzi, müharibə qurbanı və qaçqındır. Bu klubun bir çox oyunçusu müharibədə həlak olmuş və ya qaçqın düşmüş inlanların övladlarıdır. Onlar indi, ölkəni Çempionlar Liqasında təmsil edir.

Beləliklə, sabahkı (bu günkü - WM) oyun zamanı stadionda nəinki “Qarabağ”ın, digər Azərbaycan klublarının da azarkeşləri olacaq. Biletlərin qiymətləri 2 manatdan (1 avro) VIP üçün 50 manatadək (25 avro) dəyişir. Bəli, Azərbaycanda adambaşına düşən gəlir 3459 avro (İspaniyadakından 7 dəfə az), minimum əməkhaqqı isə 53 avrodur.

Bakıdakı qarşılaşmada kimin qalib gələcəyisə məlumdur...

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az