21.01.2018 18:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Azərbaycan millisində oynayan ispan – Silvestr

 
 



MARCA, İspaniya
18.10.2017


Müəllif: Alberto R.Barbero

“Marca” onunla əlaqə saxlayanda, “Ximnastik” - “Qranada” qarşılaşmasına bir neçə saat qalmışdı. “Axı bizim həftə içi də oyunlarımız var” deyə, zarafat edən futbolçu anlayır ki, zəngimizin səbəbi “Atletiko Madrid”in Bakıda, xüsusilə onun da tez-tez çıxdığı Bakı Olimpiya Stadionunda oynayacağı matçla əlaqədardır.

Eddi Silvestr Azərbaycan millisində oynayan ispandır və vəziyyəti tam izah etmək üçün ən yaxşısı, onun adını, soyadını tam yazaq: Eddi Silvestr Paskual İsrafilov.

“Bakı çox dəbdəbəli şəhərdir və onların çox xoşuna gələcək”

Eddi Silvestr, “Ximnastik”in və Azərbaycan millisinin üzvü:

“Atam anqolalıdır. Amma o, Azərbaycanda təhsil alıb və anamla da orada tanış olub. Daha sonra onlar iş axtarmaq üçün İspaniyaya köçüblər”, - deyə futbolçu bildirir: “Mən rus və ingilis dillərində danışa bilirəm. Odur ki, Azərbaycanda bəzilərilə bir, digərlərilə başqa dildə danışıram. Robertlə ispanca danışırıq”.

“Real Madrid”də oynamış Robert Prosineçki 3 milliyəti olan futbolçunun Qafqaz ölkəsinin yığmasına seçməsində əsas rol oynayanlardan olub. “Artıq əlaqələr var idi. Lakin mənə sözün tam anlamında inanan şəxs o oldu. O, əla məşqçi və əla insandır”, - deyə Silvestr bildirir.

Bəs “Atletiko”nu nə gözlyir? “Bakı, hər il yeni-yeni binalarala dəyişən dəbdəbəli şəhərdir. Son 5-10 burada ildə böyük dəyişikliklər olub. Hərçənd, elə yerlər var ki, hələ də əvvəllər olduğu kimi qalır. İnsanlar madridlilərə çox yaxşı münasibət göstərəcək”, - deyə futbolçu bildirir. Onun sözlərinə görə, bu, “qapıdan girən kimi” hiss olunacaq: “Rahat anlaşılsın deyə deyim ki, stadion “Allianz Arena”nın bənzəridir. Yeni tikilib. Üzərində alovlar sayrışır. Milli komandanın heyətində burada oynayırıq”.

““Atletiko” əlbəttə ki, “Atletiko”dur. Amma arxayınlaşmaq olmaz”

Eddi Silvestr, “Ximnastik”in və Azərbaycan millisinin futbolçusu:

“Burada futbol çox inkişaf edir, milli komandanın inkişafına diqqət artırılır, nəticələri və oyun keyfiyyətini yaxşılaşdırmaq üçün hər şey edilir. Almaniya ilə eyni qrupda mübarizə aparmaq heç də asan deyil. Klublar haqqında danışsaq, həqiqət budur ki, “Qarabağ” ardıcıl bir neçə ildir, çempionatın qalibi olur. Klub nə vaxtsa Çempionlar Liqasında oynayacağına ümidli idi”.

Eddi Simeonenin komandasına tövsiyələrini də verib: “Keçmişdə rahat qələbə qazana bilərdilər, amma indi yox. “Atletiko” əlbəttə ki, “Atletiko”dur. O, son illərdə iki dəfə Çempionlar Liqasının finalına yüksəlib. Amma arxayınlaşmaq olmaz. Futbolda gözlənilməz nəticələr az olmayıb...”.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MARCA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az