26.04.2018 02:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO

 
 



YEVRO-FUTBOL, Rusiya
19.10.2017


Müəllif: İvan Terentyev

Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazandı. Qolsuz bərabərlik Madridin Atletiko” komandası ilə oyunda qeydə alınıb. Özü də ev sahiblərinin oyunun sonunu azlıqda keçirmələrinə rəğmən.

Odur ki, Azərbaycan unudulmaz hisslər yaşamağa davam edir. Ölkəni təmsil edən klub ilk dəfə Çempionlar Liqasına çıxıb və üstəlik, çox gözəl klublarla eyni qrupa düşüb. Ötən turda “Qarabağ” Bakı Olimpiya Stadionunda “Roma”nı qəbul etmişdi. Bu dəfə isə Madrid “Atletiko”su Bakının qonağı olub. İtalyanlarla oyunda “Qarabağ” çox layiqli oyun göstərərək, “canavarlar”a minimal hesabla məğlub olmuşdu. Hətta son dəqiqədə Ndlovu əlinə düşən fürsətdən yararlansaydı, ev sahibləri heç-heçə də edə bilərdi.

Bazar günü “Barselona” ilə çox çətin matça çıxmış “Ağ-qırmızılar” sonda “sülh”ə razılaşmalı olub. Həmin oyunda “Atletiko” məğlubiyyətin bir addımlığında idi və ümumiyyətlə, yorğun görünürdü. Görünür, fizioterapevtlər üst-üstə yığılmış yorğunluğu aradan qaldıra bilməmişdilər. Çünki bu gün də (dünən - WM) ispanlar qarşılaşmanın ilk dəqiqələrindən çox süst görünür, “Qarabağ” isə savadlı müdafiə olunurdu.

Qonaqlar banal hava ötürmələrindən başqa ev sahiblərinə heç nə təklif edə bilmədi. İbrahim Şehiç bu krossların qarşısını asanlıqla alır, müdafiəçilər isə fransız forvardların qabağında çox sıx hədd qurmuşdu.

Qonaqlar “Qarabağ” üçün ilk təhlükəli vəziyyəti yalnız ilk yarım saatın sonunda yarada bilib. Sağ cinahdan sürətlə cərimə meydançasına daxil olan Yannik Karrasko möhkəm zərbə ilə topu uzaq küncə göndərsə də, qapıçı topu meydandan çıxara bilib. Bundan sonra “Qarabağ” öz qapısına çəkilərək, daha ehtiyyatla müdafiə olunmağa başlayıb. Birinci hissənin sonuna yaxın ev sahibləri bir qədər yorulub və Kevin Qameyronun daban ötürməsini qəbul edən Qrizman qapıçı ilə üz-üzə qalıb. Antuan sol küncü nişan alsa da, Şehiç yenə tərifəlayiq oynayaraq, topu meydandan çıxarıb.

Qonaqlar küncdən zərbə imkanından gözəl istifadə etməyə çalışıb. Yıxılaraq topu qapıya yönəldən Xose Himenes qapıçını aciz durumda qoysa da, top bu dəfə də qapıdan yan keçib. Bununla da birinci hissə başa çatıb.

Ümumiyyətlə, “Atletiko Madrid” matç boyu təhlükəli vəziyyətləri çətinliklə yaradır, son anda İbrahim Şehiç fantastik oyun göstərirdi. “Qarabağ”ı isə tərəfdarlar demək olar ki, rəqib qapısının qarşısında görmürdü.

Elə ikinci hissə də ev sahiblərinin qapısına hücumla başlayıb. Standart vəziyyətdən topu qəbul edən Antuan Qrizman onu uzaq küncə yönəldib. Bu dəfə “Qarabağ”ın köməyinə Şehiç deyil, yan hakim çatıb. O, fransalı futbolçunun oyundan kənar vəziyyətdə olduğunu bildirib.

Bundan sonra ev sahibləri təşəbbüsü ələ alıb. Sükutu Tomas Teyenin diqqətindən yayına bilən Dino Ndlovu pozub. Forvard qapıya güclü zərbə vursa da, top qapının üstündən keçib.

Cəmi 5 dəqiqə sonra Ndlovu bu dəfə özünü mənfi tərəfdən göstərib. Dieqo Qodinlə mübarizədə yıxılan Dino penalti qazanmaq əvəzinə, simulyasiya və hakimlə mübahisəyə görə sarı vərəqə alıb. Bu, forvardın ikinci sarı vərəqəsi olduğu üçün o, meydanı komanda yoldaşlarından daha tez tərk etməli olub.

Ümumiyyətlə, ikinci hissədə “Qarabağ” qapısı qarşısında əminliklə müdafiə olunub.

Əvəzetmə ilə meydana çıxan Fernando Torres Qabidən aldığı hava ötürməsindən sonra “Atletiko”ya qələbə qazandıra bilərdi. Lakin onun baş zərbəsi hədəfə getməyib.

Nəticədə “Qarabağ” heç-heçəni qəhrəmancasına qoruyaraq, Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb. Üstəlik, o, bunu kifayət qədər təhlükəli rəqib olan “Atletiko Madrid”lə oyunda edib.

Bu gün Azərbaycan bayram edəcək!

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: YEVRO-FUTBOL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az