20.10.2018 20:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
“Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı

 
 



The Washington Post, ABŞ
19.10.2017


Çempionlar Liqasında çərşənbə günü oynanan qarşılaşmanın son 15 dəqiqəsini “Qarabağ” azlıqda keçirsə də, “Atletiko Madrid” meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıb. Bu, “Atletiko Madrid”in ardıcıl olaraq 5-ci dəfə Çempionlar Liqasının növbəti mərhələsinə çıxması şansına böyük zərbə vurub.

2014 və 2016-cı illərdə turnirin finalında çıxış etmiş “Atletiko Madrid” bu il qrupda keçirdiyi 3 matçda 1 qələbə belə, qazana bilməyib. Hazırda 2 xala malik klub qrupda 3-cü yerdə qərarlaşıb. O, “Roma”dan 3, qrup lideri “Çelsi”dən isə 5 xal geridədir. Xatırladaq ki, çərşənbə günü “Çelsi” ilə “Roma” arasında İngiltərədə keçirilmiş oyun 3:3 hesabı ilə başa çatıb.

“Atletiko Madrid” ilə heç-heçəyə nail olmuş “Qarabağ” isə Çempionlar Liqasında tarixinin ilk xalını qazanıb.

“Qrupda çətin vəziyyətə düşdük. Qalan bütün oyunları udmalıyıq”, - deyə “Atletiko Madrid” klubunun kapitanı Qabi bildirib.

Xatırladaq ki, “Atletiko Madrid” Çempionlar Liqasının son 4 sezonunda ən azı 1/4 finala çıxıb. Ötən il isə klub yarışı yarımfinalda tərk edib.

Ümumiyyətlə, Dieqo Simeonenin komandası iştirak etdiyi bütün yarışlarda artıq 4 matçdır ki, qələbə qazana bilmir.   

“Biz fürsət qazanan zaman soyuqqanlı ola bilmədik. Nəticədə fürsətləri qaçırdıq. Rəqib də yaxşı müdafiə olundu”, - deyə Simeone vurğulayıb. Bununla yanaşı, o, oyunçularına inandığını bildirib: “Qrupda vəziyyəti dəyişə bilərik”.

Dünənki qarşılaşmada mübahisəli vəziyyət də yaşanıb. Baş hakim 75-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Dino Ndlovuya ikinci sarı vərəqə göstərib. Ndlovu cərimə meydançasında “Atletiko Madrid”in müdafiəçisini, yəni Dieqo Qodini keçməyə çalışan zaman yıxılıb. “Qarabağ”ın futbolçuları bu vəziyyəti penalti kimi qiymətləndirərək, baş hakimə etiraz ediblər.

Həqiqətən də ilk anda Qodinin Ndlovuya təması görünür. Lakin bu təmas Cənubi afrikalı futbolçunun yıxılmasına səbəb olacaq qədər ciddi deyildi.

Maraqlıdır ki, ev sahibi azlıqda qaldıqdan sonra hesabı açmağa bir neçə dəfə yaxın olub. Lakin onlar əldə etdikləri imkanlardan yararlana bilməyiblər.

İndi, “Atletiko Madrid”in qrupda ilk 2 yerə iddiasını davam etdirməsi üçün qələbələr qazanmalıdır.

“Qarabağ”la qarşılaşmanın müxətlif məqamlarında çətinliyə düşməsinə baxmayaraq, madridlilər qol vəziyyətləri də yarada bilib. İlk hissədə Yannik Karasko qol vurmağa yaxın olub. Lakin “Qarabağ”ın qapıçısı İbrahim Şehiç təkbətək vəziyyətdə komandasını xilas edə bilib. Bundan başqa, bosniyalı qapıçı birinci hissənin sonunda Antuan Qrizmanın yaxın məsafədən zərbəsini fantastik qurtarışla dəf edib.

“Biz bu oyunun çətin keçəcəyini bilirdik. Qol vurmaq üçün imkanlar əldə etdik. Lakin onlardan istifadə edə bilmədik. Bu çətinliyi aradan qaldırmaq üçün yollar axtarmalıyıq. Bundan başqa, özümüzə arxayın olmalıyıq”, - deyə Qrizman vurğulayıb.

Qeyd edək ki, matçdan qabaq qızdırması olduğu üçün məşqə qatılmayan Qrizman ikinci hissənin əvvəllərində oyundan kənar vəziyyətdən qol da vurub. İkinci hissədə “Qarabağ”ın futbolçularının Ndlovunun epizoduna görə penal tələb etməsindən az əvvəl də Qrizman yaxın məsafədən topu qapıdan keçirə bilməyib. Sonradan oyuna daxil olan Fernando Torres isə qarşılaşmanın sonlarında cərimə meydançasında ona qarşı edilmiş hərəkətə görə penal verilməsini tələb edib.

Qeyd edək ki, “Atletiko Madrid” ilk oyunda səfərdə “Roma” ilə heç-heçə edib. İkinci oyunda öz meydanında qəbul etdiyi “Çelsi”yə isə oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə buraxdığı qolla məğlub olub.

(İngilis dilindən tərcümə - WorldMedia.az)

Mənbə: The Washington Post


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az