21.01.2018 18:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Bakıda şopinq-festival: əlvan vitrinlər, böyük endirimlər, xüsusi turpaketlər - VİDEO

 
 



ROSSİYA 24, Rusiya
24.10.2017


Müəllif: Andrey Şlyapnikov

Bakıda ikinci beynəlxalq şopinq-festival keçirilir. Tədbirə yüzlərlə mağaza qatılıb. Bu, endirimli qiymətə mal almaq və ödədiyin vergini geri qaytarmaq üçün gözəl fürsətidir. Bəs alıcılara daha nələr təklif edilir? Bu barədə bizə Andrey Şlyapnikov danışacaq.

Vaxtilə Böyük İpək Yolunun vacib hissəsi olan və Asiya ilə Avropa arasında ticarət qapısı sayılan bu ölkə qədim ənənələri davam etdirməkdədir. İkinci Bakı şopinq-festivalı Azərbaycanı bu yolu ilk gedən Türkiyə, Ərəb Əmirlikləri və Sinqapurla bir cərgəyə qoyur. Lakin Bakının fərdi yanaşması da var.

Əbülfəs Qarayev (Azərbaycanın mədəniyyət və turizm naziri): “Bizim şopinq-festival dünyada keçirilən bütün digər festivallardan onunla fərqlənir ki, burada güzəştli vergitutma təkcə xarici turistlərə deyil, həm də bütün Azərbaycan əhalisinə şamil edilir”.

Apreldə keçirilmiş ilk şopinq-festival zamanı “Tax-free” sisteminə 200-ə yaxın iştirakçı qoşulmuşdusa, bu dəfə onların sayı iki dəfə artıb.

Ülviyə Mirqasımova (Azərbaycan Konqresslər Bürosunun icraçı direktoru): “Biz festival iştirakçılarının şəbəkəsini genişləndirmişik. İndi, onların sayı 600-ü keçir. İştirakçılar arasında geyim, lüks brendlər, elektronika, mebel, məişət texnikası və sair təklif edənlər var. Bu mövsümdə Bakıda alış-veriş etmək hər yerdəkindən daha sərfəlidir”.

Şopinq-festivala qatılmış mağazaları tapmaq çox asandır. Çinar yarpağı və ya çanta. Bu işarələri gördünüzsə, demək, mağazada sizi çox böyük endirimlər gözləyir.

Leyla Vəlizadə (Geyim mağazasının təmsilçisi): “Əgər başqa vaxt mağazaya gün ərzində 20-30-50 nəfər girirdisə, indi onların sayı xeyli artacaq. Biz bunu ötən il də görmüşük”.

Ticarət festivalı ölkəyə daha çox turist cəlb etməyə və Bakının bir turizm istiqaməti kimi təqdim olunmasına hesablanıb. Təkcə ötən il Rusiyadan ölkəyə turist axını 32% artıb. Bu il yeni rekord gözləyirlər – 40%-dən çox.

Yekaterina Morozova (Turist): “İstəyirik ki, ticarət mərkəzlərini gəzək. Görək nə endirimlər var, nələr satılır. Vitrinlər çox əlvan görünür və düşünürəm ki, özümüzə uyğun nəsə tapa biləcəyik”.

Ülviyə Mirqasımova (Azərbaycan Konqresslər Bürosunun icraçı direktoru):

“Bu festivalda biz əsas diqqəti rusiyalı turistlərə yönəltmişik və onlar üçün xüsusi turpakelər hazırlamışıq”.

Festivalda təkcə aparıcı dünya markaları deyil, həm də milli brendlər iştirak edir. Onlar gələcəkdə xarici məhsullarla rəqabət aparmaq niyyətindədir. Çingiz Salam Azərbaycanın ilk ətriyyat brendini yaradıb. İş adamının əsas qürur yeri neft qoxulu ətirlərdir.

Çingiz Salam (Azərbaycanın milli parfümeriya brendinin yaradıcısı):

“Bizim ətirlərin tərkibində, xüsusən “Qara qızıl” anlamına gələn “Black Gold” kolleksiyasında bütün dünyanın yaxşı tanıdığı Naftalan nefti var. Bu, çox sanballı bir ətirdir və əsl Azərbaycan ruhunu əks etdirir”.

Alina Qasımova Bakıda aparıcı rus dizaynerlərinin mallarının satıldığı ilk butiki açan rus sahibkardır. O məhsulları Rusiyadan gətirir. Mağazanın müştərilərisə bakılılarla yanaşı, yaxın və uzaq xaricdən gələnlərdir.
Alina Qasımova (Rusiyalı iş adamı): “Mallar çox alınır. Mən razıyam. İndi hamı yerli və Rusiya brendlərinə keçir. Çünki artıq italyan və fransız markaları o qədər də aktual deyil. Onlar bir növ köhnəlib. Bunlar isə yeni və gözəldir. Parçalar ondan da keyfiyyətli, gözəl, tikiliş dəbli və superdir”.

Festival zamanı həm də şəhərin ən yaxşı aşpazlarının yanında endirimlə nahar etmək mümkün olacaq.

Mişlen Ulduzlarına sahib olan italiyalı baş aşpaz Covani Tavolaro yerli mətbəxi çox sevir və qastronomik turizm üçün ideal olan bu şəhərdə yüksək səviyyədə qalmağın sirlərini bizimlə bölüşür.

Covani Tavolaro (İtalyan restoranının baş aşpazı): “Mən İtaliyadan gəlmişəm. Bizim mətbəxin Azərbaycanla çox ortaq cəhətləri var. Meyvə, tərəvəz, pomidor, badımcan. Bütün bunlar mənə italyan yeməklərini hazırlamaq üçün üstünlük verir. Lakin mən onlara həm də yerli dadlar əlavə edirəm”.

Şopinq-festivalı ildə iki dəfə keçirmək planlaşdırılır. Axı belə tədbirlər az vəsait yatırmaqla ölkə büdcəsinə yaxşı pul gətirməyə imkan verir. Təşkilatçılar il ərzində festivallar sayəsində 50 milyon manata qədər qazanc əldə etməyi düşünür.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSSİYA 24


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az