21.01.2018 18:19
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Riçard Azərbaycanda parlayır

 
 



DIARIO DO GRANDE ABC, Braziliya
26.10.2017


Müəllif: Anderson Fattori

Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin sonunucu – 8-ci turunda Almaniyada 1:5 hesabı ilə məğlub olmuş Azərbaycan millisinin futbolçularından birinin adı tanış səslənir:  Riçard Almeyda. Bu, əbəs deyil. O, braziliyalıdır. Almeyda Şərqi Avropa ölkəsinə yollanmazdan, orada məşhurlaşaraq Azərbaycan milli komandasını seçməzdən əvvəl kareyerasına “Santo-Andre”də başlayıb.

Riçard baza kateqoriyasını 2007-ci ildə “Ramalhao”da qazanıb, 2009-cu ildə isə peşəkar komandaya keçib. Lakin əsasən əvəzedicilər skamyasında oturub. Buna görə də “Sen Bernarda”ya, daha sonra isə Portuqaliyanın “Gil Visente” klubuna icarəyə verilib. Yarımmüdafiəçi 2012-ci ildə Azərbaycana, “Qarabağ” klubuna transfer olunub və bir daha oradan ayrılmayıb.

Bu klubda yaxşı çıxış etməsi Azərbaycan millisində ona maraq yaradıb. Lakin Almeyda milliləşdirilmək üçün 5 il gözləməli olub. Nəhayət, 2016-cı ilin sonunda bu, baş verib.

28 yaşlı yarımmmüdafiəçi deyir ki, Azərbaycan millisində debüt oyununu Şimali İrlandiya yığmasına qarşı keçirib: “Biz həmin oyunda məğlub olduq. Burada özümü yaxşı hiss edirəm. Çünki mənə həm klubda, həm də millidə həmişə hörmətlə yanaşırlar. Mən Azərbaycanda yalnız maliyyəyə görə deyil, həm də onların mənim üçün, ailəm üçün etdiklərinə görə xoşbəxtəm. Burada insanlar mülayimdir və əcnəbilərə yardım edirlər”.

Dünya Çempionatının 2014-cü ildə televizyadan izlədiyi və Braziliyanın 1:7 hesabı ilə məğlub olduğu yarımfinal matçından sonra Almaniyaya qarşı oyun Riçard üçün xüsusi əhəmiyyət daşıyırdı. “Bu, bir arzu idi. Mən milli komandadakı yoldaşlarıma dedim ki, “uşaqlar, biz 5 top buraxmışıq, Braziliya isə 7 top buraxmışdı”. Demək, biz daha yaxşı vəziyyətdəyik”, - deyə Almeyda zarafatyana bildirir: “Burada mənim Çempionlar Liqasında “Real”a, “Çelsi”yə qarşı oynamaq şansım var. Uşaqlıqda bunu yuxularımda görürdüm”.

Riçard deyir ki, ilkin dövrlərdə onun üçün əsas çətinlik dillə bağlı olub: “İngilscə də bilmirdim, tərcüməçim yox idi. “Google” tərcüməçidən istifadə edirdim. Lakin tez uyğunlaşdım. Onlar insanlara kömək etməyi sevir, elə edirlər ki, futbolçular özlərini evlərindəki kimi hiss etsin. Futbolun dili yoxdur, meydana çıxıb əlindən gələni etməlisən. Mən burada sadəcə çox yayılmış qoyun əti yeməkdən bezmişəm”.

“Santo-Andre”nin yetirməsi olan Riçardın bu klubla bağlı da xoş xatirələri var. “Bu klub mənə qapılar açıb. Mən Kaysaro Junior, Kau, Çikinyo, Rikardo Qular, Rikardinyo, Junior Ursa kimi futbolçularla oynamışam. Biz indi də tez-tez əlaqə saxlayırıq. Hər şeyə görə məhz “Santo-Andre”yə borcluyam”, - deyə yarımmüdafəçi qeyd edir.

Onun “Qarabağ”la daha 1 illik müqaviləsi var. Futbolçu bu komanda ilə Avropanın əsas turnirlərində iştirak edir.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DIARIO DO GRANDE ABC


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az