23.06.2018 02:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
““Şimal-Cənub” dəhlizinin tamamlanması ilə İran Avropanın şimalı, Azərbaycansa Fars körfəzi suları ilə birləşəcək”

 
 



IRNA, İran
28.10.2017


Müəllif: Möhsün Təhuri

İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri cümə axşamı Azərbaycana səfəri zamanı Bakı hava limanında deyib: “İranla  Azərbaycan iki ölkənin dəmir yollarının birləşdirilməsi üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində mühüm addımlar atıblar. Beləliklə, İran Avropanın şimalı, Azərbaycan isə Fars körfəzi suları ilə birləşəcək”.

Bakıya yüksək rütbəli heyətin müşayiətilə iki günlük səfər edən nazir Məsud Kərbasian IRNA agentliyinə açıqlamasında səfərinin məqsədini belə açıqlayıb: “XI hökümət dövründə Azərbaycan Respublikası ilə dəmir yolu, birgə investisiya qoyuluşu, maşınqayırma, turizm, gömrük və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Bu səfər zamanı həmin məsələlər müzakirə olunacaq”.

Rusiya, Azərbaycan və İran prezidentlərinin bir neçə gün sonra Tehranda keçiriləcək üçtərəfli görüşünə toxunan nazir deyib: “Mən İran prezidenti Həsən Ruhaninin Azərbaycan prezidenti İlham Əliyevə Tehranda keçiriləcək üçtərəfli görüşə dəvət məktubunu gətirmişəm”.

“İki ölkə arasında bu günədək aparılan konstruktiv danışıqlar, xüsusən də İranın birinci vitse-prezidenti Cahangirinin Azərbaycan prezidenti ilə keçirdiyi son görüş müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaradıb”, - deyə Kərbasian qeyd edib: “Mən İran-Azərbaycan birgə iqtisadi əməkdaşlıq komissiyasının iranlı həmsədri olaraq, Bakıda Azərbaycanın iqtisadiyyat naziri, komissiyanın azərbaycanlı həmsədri Şahin Mustafayevlə də danışıqlar aparacağam”.

Kərbasian bildirib ki, iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra sahələr var və həmin məsələlərlə bağlı Tehranda prezidentlər qarşısında məruzə etməlidirlər.

Nazir İranla Azərbaycanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması çərçivəsində iki ölkənin dəmir yollarının birləşdirilməsi istiqamətində mühüm addımlar atdığını da söyləyib. İki ölkənin reallaşdırdığı Astara-Astara dəmir yolu xəttinin tikintisinin yekunlaşmaq üzrə olduğunu deyən Məsud Kərbasian fikrini belə tamamlayıb: “Rəşt-Astara dəmir yolunun inşası ilə biz Avropanın şimal bölgəsinin dəmir yolu xəttinə, Azərbaycan isə İranın cənubuna qoşulacaq. Bu, geniş əməkdaşlıq imkanlarının yaranması deməkdir”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az