21.11.2017 17:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Yeni Asiya-Avropa dəmir yolu marşrutu açılır

 
 



Bloomberg, ABŞ
30.10.2017


Müəllif: Zülfüqar Ağayev

Azərbaycanda Asiya ilə Avropa arasında yüklərin daşınmasının müddətini azaldacaq yeni dəmir yolu xəttinin açılış mərasimi keçiriləcək.

Bazar ertəsi Azərbaycanın paytaxtı Bakıdan cənubda, Xəzər dənizi sahilində yerləşən Ələt limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev ilə birgə Türkiyə və Gürcüstan liderləri Rəcəb Tayyib Ərdoğan ilə Giorgi Kvirikaşvili də iştirak edəcəklər. Tədbirə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də qatılacağı gözlənilir. Bu tədbir 10 ildir üzərində iş gedən layihənin, yəni dəmir yolu dəhlizinin tikintisinin başa çatması kimi qeyd olunacaq. Xatırladaq ki, bu dəhliz Qafqaz regionundan keçərək Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək.

Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə, oradan da Türkiyənin Qars şəhərinədək uzanan 826 kilometr uzunluğunda dəmir yolu vasitəsilə Çinlə Avropa arasında yüklərin 12-15 gün ərzində daşınması mümkün olacaq. Azərbaycan hökumətinin hesabatına əsasən, bu, hazırda mövcud olan, Rusiya və ya İrandan keçən dəmir yolu xətlərilə rəqabət apara biləcək və onlara alternativ olcaq. Bundan başqa, rəsmi Bakı hesab edir ki, yüklər bu dəmir yolu vasitəsilə dəniz yollarından daha sürətlə daşınacaq.

Ələt limanı – Azərbaycan bu limanın Xəzər regionunda ən böyük liman olduğunu bildirir – Mərkəzi Asiya ilə əlaqələrin təmin edilməsi üçün tikilib. Azərbaycan hökuməti hesab edir ki, 2025-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 8 milyon ton yük daşınacaq. Gələn ildən etibarən isə bu dəmir yolu vasitəsilə sərnişinlərə də xidmətin göstərilməsi planlaşdırılır. Buraya Bakı ilə İstanbul arasında xidmət göstərəcək qatarlar da daxildir.

İlk olaraq tikinti işlərinin 2010-cu ildə, daha sonra 2012-ci ildə başa çatdırılması planlaşdırılırdı. Lakin maliyyə yükünün artmasına üzündən dəfələrlə gecikmələr olub. Bakı-Tbilisi-Qars layihəsi maliyyə baxımından ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənməyib. Çünki bu dəmir yolu xətti məqsədli olaraq, Ermənistandan yan keçməklə çəkilib. Halbuki, Ermənistanda Sovet dövrüdən qalmış dəmir yolu xəttini birbaşa Türkiyə ilə birləşmək mümkün idi. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə həll edilməmiş münaqişə var. Türkiyə də Azərbaycana dəstək olaraq, 1993-cü ildə Ermənistanla sərhədini bağlayıb. Həmin dövrdə bu iki postsovet dövləti mübahisəli ərazilərə görə müharibə aparırdı.

Böyük hadisə

Azərbaycan ərazisində yerləşən mövcud dəmir yolu xəttinin müasirləşdirilməsi üçün həyata keçirilən tikinti işlərinə Dövlət Neft Fondundan 640 milyon dollar vəsait ayırıb. Bundan başqa, Azərbaycan Gürcüstana Türkiyə sərhədinə qədər uzanan 153 kilometr uzunluğunda dəmir yolu xəttinin müasirləşdirilməsi üçün yardım göstərib. Türkiyə isə Qarsdan Gürcüstan sərhədinə qədər 76 kilometrlik yeni dəmir yolu xətti çəkib.

“Asiya ilə Avropa bu böyük hadisə, yəni Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birləşəcək”, - deyə Gürcüstanın baş naziri bu ilin sentyabrında BMT Baş Assambleyasında çıxışı zamanı bildirib. G.Kvirikaşvilinin sözlərinə görə, bu dəmir yolu xətti və Gürcüstanın Qara dəniz sahilində tikintisini planlaşdırdığı Anakliya dərin dəniz limanı regionda sülhün yaranmasına və regionun çiçəklənməsinə yardım göstərəcək.

“Yeni dəmir yolu xətti vasitəsilə Çin malları Avropaya daha qısa marşrutla daşınacaq. Lakin bu sahədə rəqabət həqiqətən ciddidir”, - deyə Aİ-nin dəstəklədiyi proqramın, yəni TRASECA-nın hökumətlərarası komissiyasının Azərbaycandan olan daimi nümayəndəsi Akif Mustafayev bildirib.

Onun sözlərinə görə, bu marşrutun keçdiyi dövlətlər, yəni Azərbaycan və digər ölkələr yubanma hallarının baş verməməsi, bu biznesdən gəlir əldə edilə bilməsi üçün daha aşağı tariflər təklif etməli, gömrük prosedurlarını asanlaşdırmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Bloomberg


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az