12.12.2018 03:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  1919-cu ilin yanvarı, Paris Konfransı. Azərbaycan nümayəndələri bir daha vətənə qayıtmadı
 
11.12.2018
Eurolatio, Fransa
 

  Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub
 
11.12.2018
QUARTZ, ABŞ
 

  Azərbaycan xalqı ümummilli liderinin xatirəsini yad edir
 
11.12.2018
Zeitung.ch, İsveçrə
 

  Seneqallı müdafiəçi Pap Mamadu Mbodj Azərbaycanda
 
11.12.2018
APS, Seneqal
 

  Tarixi lider, müasir Azərbaycan intibahının banisi Heydər Əliyevin vəfatından 15 il ötür
 
10.12.2018
Əl-Vatan, Misir
 

 
 
İranın 14 şəhərilə Azərbaycan arasında dəmir yolu əlaqəsi yaradılır

 
 



ISNA, İran
30.10.2017


İranın iqtisadiyyat naziri Məsud Kərbasian Azərbaycan Respublikasına səfəri zamanı bu ölkənin prezidenti İlham Əliyev ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da yaxşılaşdırılmasının əhəmiyyəti vurğulanıb.

ISNA agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayan Əliyev deyib: “Bu artım onu göstərir ki, Tehranla Bakı arasında əldə olunmuş bütün razılaşmalar həyata keçirilməkdədir və onun nəticələri öz bəhrəsini verir. İki ölkənin ticarət dövriyyəsinin həcmi ötən il 70% artıb. 2017-ci ilin ilk 9 ayında bu göstərici ötən ilin anoloji dövrü ilə müqayisədə 30% çoxalıb. Bu da onu göstərir ki, Tehranla Bakı arasında əldə olunmuş bütün razılaşmalar icra edilir”.

Əliyev İranla Azərbaycan arasında əlaqələrin sürətlə və uğurla inkişaf etdiyini deyib, bu əlaqələrin möhkəmlənməsində iki ölkə prezidentinin rolunu qeyd edib.

Məsud Kərbasian isə iki ölkənin birgə əməkdaşlıq komissiyasının iranlı həmsədri kimi, Azərbaycana ilk dəfədir səfər etdiyini bildirib, bu səfərin iki ölkə əlaqələrinin genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Görüşdə iki ölkə arasında iqtisadi, nəqliyyat, ticarət, səhiyyə, kənd təsərrüfatı və bank sahələrində əməkdaşlıq, “Şimal-Cənub” nəqliyyat dəhlizinin tamamlanması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Məsud Kərbasian səfəri zamanı bildirib ki, İran və Azərbaycanın iştirakı ilə avtobus istehsalı xəttinin yaradılması da Azərbaycan rəsmilərilə müzakirə olunub və bu məsələyə ciddi yanaşılır. “İran-Azərbaycan birgə iqtisadi əməkdaşlıq komissiyasının dördüncü iclası tezliklə Tehranda keçiriləcək. Komissiyanın gündəliyində duran vacib məsələlərdən biri də Azərbaycanda İranın iştirakı ilə avtobus istehsalı xəttinin yaradılmasıdır”, - deyə Kərbasian vurğulayıb.

Nazir iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmalara toxunaraq deyib: “İki ölkə arasında bir neçə mühüm layihə icra edilməkdədir ki, bunlardan biri Azərbaycanda avtomobil istehsalı zavodunun inşasıdır. İran Azərbaycana kənd təsərrüfatı avadanlıqlarının ixracında da yardım etməyə hazırdır. Beləliklə, məhsuldar əkinçilik torpaqlarına malik olan Azərbaycan kənd təsərrüfatı sahəsində insan qüvvəsini avadanlıqlarla əvəz edə bilər”.

Dəmir yolu sahəsində əməkdaşlıqdan danışan Kərbasian deyib: “Dəmir yolu sahəsində iki ölkə arasında iki mühüm layihə həyata keçirilməkdədir. Bunlardan biri Astara-Astara dəmir yolu xəttidir. O, dekabradək istismara veriləcək. Digər layihə icra mərhələsində olan Rəşt-Astara dəmir yolu xəttidir. Rəşt-Astara dəmir yolu xətti layihəsinin reallaşdırılması ilə İranın cənubunda, qərbində və şərqində yerləşən bütün 14 qonşu şəhər Azərbaycana birləşəcək, Azərbaycan isə Fars körfəzi vasitəsilə Cənub-Şərqi Asiyaya qoşulacaq”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az