21.01.2018 18:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Rusiyadan yan keçən “İpək yolu” - VİDEO

 
 



Euronews, Aİ
01.11.2017


Türkiyə və Azərbaycan prezidentləri, eləcə də Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolunu təntənəli şəkildə istismara verdilər. Dövlət və hökumət başçıları dəmir yoluna son mıxları vurdular və ilk yük qatarını yola saldılar.

Yeni magistral Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını vahid nəqliyyat dəhlizində birləşdirəcək. O, Asiyadan, ilk növbədə Çindən, Avropaya yüklərin daşınma müddətini dörd dəfə azaldacaq. 

Rəcəb Tayyib Ərdoğan (Türkiyə prezidenti): “Bu mərasimlə biz Asiyanı, Avropanı və Afrikanı birləşdirmək məqsədi daşıyan Yeni İpək Yolunun bir hissəsini istifadəyə veririk. Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə layihənin ən önəmli mərhələsi başa çatır”.

Bu layihənin işə düşməsindən zərər çəkənlərdən biri Rusiya ola bilər. Hazırda Çindən Avropaya gedən quru yüklərin böyük hissəsi Transsibir vasitəsilə daşınır. Ehtimal edilir ki, Bakı-Tbilisi-Qars magistralı bu yüklərin əhəmiyyətli hissəsini özünə cəlb edəcək. Hərçənd, hələlik Rusiya yetərincə aşağı qiymətlər hesabına yeni dəmir yolu ilə rəqabət aparmaq iqtidarındadır.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az