21.11.2017 17:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Azərbaycanın fəxri olan “Qarabağ”ın təhlili

 
 



VAVEL, İspaniya
01.11.2017


Azərbaycan komandası Çempionlar Liqasında ən görkəmli rəqiblərə qarşı çıxış edir.

“Atletiko Madrid” son dövrlərdə rastlaşmadığı vəziyyətlə üz-üzədir: onların Çempionlar Liqasında qrupdan çıxma şansı ciddi şübhə altına düşüb. Bu çərşənbə axşamı, qrup mərhələsinin ikinci dövrəsi başlayarkən bu vəziyyəti düzəltmək üçün çalışmaq lazımdır. “Metropolitano” stadionunda “Qarabağ”la görüş asan olmayacaq. Amma iki həftə əvvəl Azərbaycanda keçirilmiş oyun ərəfəsində də bu fikir vardı və həmin qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

“VAVEL” olaraq biz Qurban Qurbanovun “Qarabağ”ını təhlil etmək istəyirik.

Müharibənin zərbə vurduğu klubdan təvazökar başlanğıc

“Qarabağ” 1951-ci ildə Ağdam şəhərində yaradılıb. Sovet İttifaqı zamanında komanda regional liqalarda yarışıb. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra o, Azərbaycanın I divizionunda oynamaq üçün kifayət qədər güclü idi. Şəhərin yerləşdiyi Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur. Lakin onun əhalisinin çoxu ermənilər idi. Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycan hökuməti regionu öz tərkibində saxlamaq, oradakı erməni əhali isə Ermənistana birləşmək istəyirdi.

Beləliklə 1988-ci ildə, SSRİ-nin dağılması prosesi gedən zaman tərəflər arasında qarşıdurma dərinləşib və müharibə başlayıb. Nəticədə Ağdam da yerlə-yeksan olub və “Qarabağ” Bakıya kömək məcburiyyətində qalıb. Klub 2009-cu ilin aprelindən etibarən ev oyunlarını cəbhə xəttinə yaxın Quzanlıda oynasa da, vacib oyunları yenə də paytaxtda keçirən komanda Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarının nəticəsini gözləməkdədir. Görünənsə odur ki, bu danışıqlar heç vaxt nəticə verməyəcək. Çünki tərəflərin istəkləri biri-birinə tam ziddir. Buraya tərəflərin dini mənsubiyyətini, birinin xristian, digərinin müsəlman olduğunu da əlavə etmək mümkündür. İllər sonra müharibənin dağıtdığı regionun bərpasına başlanılsa da, yəqin ki, bu, hələ çox uzun sürəcək.

Güclü kapital

“Qarabağ” 2001-ci ildə ciddi iqtisadi çətinliklərlə üzləşən zaman ona sahib çıxmış yerli “Azərsun” şirkətinin sərmayəsi komandanı Azərbaycanın ən güclü klublarından birinə çevirib. Şirkətin sahibləri Türkiyə-Azərbaycan iş adamlarıdır. Onlar kluba ciddi iqtisadi dəstək verir, komanda xaricdən oyunçular cəlb etməklə, heyətini gücləndirir. O zamandan bəri “Qarabağ” 3 dəfə ölkə çempionu olub (2014, 2015 və 2016), 4 dəfə isə Azərbaycan Kubokunu qazanıb (2006, 2009, 2015, 2016). İndi, “Qarabağ” həm də UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmiş ilk Azərbaycan klubudur.

Qafqazda ispan qanı

“Qarabağ”a qoyulan güclü sərmayə xaricdən oyunçuların gətirilməsində də özünü göstərib. Komandanın hazırkı heyətində biz çox yerli futbolçu ilə yanaşı, polyak, braziliyalı, alban, norveçli və həttda 2 ispan da var.

Miçel Madera və Dani Kintana bu komandanın iki vacib oyuçularıdır. Onlar artıq 3 mövsümdür ki, klubdadırlar və artıq Qurban Qurbanovun tələblərinə cavab veriərək, buraya tam alışıblar. Dani Kintana ilk mövsümünü əla keçirərək 49 oyuna 18 qol vursa da, son iki mövsümdə bombardir mövqeyini təhvil verib. Buna baxmayaraq o, komandanın ulduzlarından birinə, azarkeşlərin sevimlisinə çevrilib. Komandada 3-cü ispan da var. Bu Qurban Qurbanovun köməkçisi Ruben Sevesdir.

Digər diqqət cəlb edən oyunçular bu yaxınlarda “Olimpiakos”dan alınmış norveçli Tarik Əl Yunusi, 35 yaşında artıq 8-ci mövsümdür ki, komandanın əsas heyətində yerini qoruyan albaniyalı veteran Ansi Aqollidir.

“Barsa”dan nümunə görən Qurbanov

“Qarabağ”ın baş məşqçisi komandasını qalib kluba çevirə bilib. Azərbaycan Premyer Liqasının son 3 mövsümünün qalibi bu nailiyyəti dördüncü dəfə təkrar etmək istəyir. Yarışın sonuna çox qalsa da, komanda rəqiblərindən 1 oyun az keçirməklə liderdir.

Əsas sirr komandanın üslubudur. Qurbanov özünə və komandasına “Barselona” prizmasından baxır və bənzər oyun göstərməyə çalışır. Komanda topu özündə saxlamaqla rəqibə öz oyununu təklif edə bilir. Daxili çempionatda texniki cəhətdən istedadlı oyunçulara malik “Qarabağ” iqtisadi baxımdan zəif, bu üzdən də səviyyəli futbolçuları çox olmayan rəqibləri üzərində üstünlük qura bilir. Odur ki, “Qarabağ”ın doğma meydanında oyunlar rəqiblər üçün çox çətin sınağa çevrilir.

“Qarabağ” Avropa turnirinin ötən mərhələrdə burada “Kopenhagen”i, Gürcüstan “Samtredia”sını məyus edib. Qrup mərhələsində isə “Roma” burada çətinliklə qələbə qazanıb. “Qarabağ”ın öz meydanında Moldova “Şerif”i və “Atletiko Madrid”lə keçirdiyi qarşılaşmalar heç-heçə yekunlaşıb. Beləliklə “Qarabağ” bu il Çempionlar Liqası oyunlarında evdə 2 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə məğlub olub. Səfərdə isə o, qrup mərhələsinin ilk turunda “Çelsi”yə 0:6 hesabı ilə məğlub olub.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: VAVEL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az