21.01.2018 18:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk qatar yola salındı - VİDEO

 
 



Mir TV, Rusiya
02.11.2017


Bakıdan Qarsa, Tbilisidən keçməklə. Yeni Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan paytaxtından Türkiyəyə ilk qatar yola salınıb.

Dəmir yoluna son mıxları prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan vurublar. Yeni yolun istismara verilməsi dövlət əhəmiyyətli hadisədir. Bu 826 kilometrlik xətti Yeni İpək Yolunun ilk hissəsi adlandırırlar. İndi Çindən Avropaya mallar 4 dəfə tez çatdırılacaq. Türkiyə, Gürcüstan və Azərbaycan arasında yük dövriyyəsi də sürətlənəcək və bu, iştirakçı ölkələrə iqtisadi artım vəd edir.

İlham Əliyev (Azərbaycan prezidenti): “Bu gün biz irəliyə doğru böyük bir addım atdıq. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir. Bu, yeni bir nəqliyyat dəhlizi olacaq”.

Rəcəb Tayyib Ərdoğan (Türkiyə prezidenti): “Bu layihə ölkələrimizi daha da yaxınlaşdıracaq. Layihə bölgədə sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə kömək edəcək. İlk növbədə isə, iqtisadi potensialımızı artıracaq”.

Yeni yolla ilk olaraq yük qatarları hərəkət edəcək. Lakin artıq gələn ildən sərnişin qatarları da xəttə buraxılacaq. Bakıdan Qarsa orta hesabla 18 saata getmək mümkün olacaq.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mir TV


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az