20.07.2018 18:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Möhtəşəm Madrid uğuru: “Qarabağ” on nəfərlə də təslim olmadı!

 
 



Sport-Weekend, Rusiya
02.11.2017


Dünən (srağagün - WM) Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmış ilk 2 klubun adı məlum olub. Bu, PSJ və “Bavariyadır. Doğrudur, “Seltikalman klubuna çata bilər, lakin xallar bərabər olarsa, fərdi görüşlərin nəticələrinə görə üstünlüyü Bavariyaqazanacaq.

Ən böyük maraq doğuran matçlardan biri isə İspaniyada keçirilib. Ağdamın “Qarabağ” klubu “Atletiko” ilə oyunda əsl sensasiya sayıla biləcək heç-heçə əldə edib. Üstəlik, o, son yarım saatı azlıqda oynayıb.

CQrupu

“Atletiko” (İspaniya) - “Qarabağ» (Azərbaycan) - 1:1

Qollar: Miçel, 40 (0:1). Teye, 56 (1:1).

Qırmızı kart: Enrike (“Qarabağ”), 59; Saviç (“Atletiko”), 88.

Oyunun ilk dəqiqələrindən Azərbaycan çempionu madridlilərin güclü təzyiqilə üzləşsə də, “Atletiko”nun əlindən çox rahatlıqla qurtara bilib. Qarşılaşmada biz “Zenit”in yetirməsi olan Ramil Şeydayevin rəqib müdafiəçilərə necə meydan oxumasının şahidi olduq. Özü də o, bunu elə “zolaqlılar”ın özlərinin ənənəsinə uyğun şəkildə, meydanın qarşı hissəsində bacarıqla həyata keçirirdi. Yeri gəlmişkən, “Qarabağ”ın forvardının keçmiş klubunda bəzi futbolçular heç də həmişə belə oyun göstərə bilmir. Vaxt gedir, qonaqlar isə favoritlə bərabər oyun sərgiləyir!

Azərbaycanlıların müdafiəni təşkil etməsi, müdafiədən hücuma çıxışları və mərkəzdə mütəşəkkil oyununa söz ola bilməzdi – yüksək səviyyədə! Hətta topa sahib olmada belə, onlar ispan klubundan geri qalmırdı. Birinci hissənin yekunlarına görə “Qarabağ”lılar ümumiyyətlə ev sahiblərini üstələmişdi! Bircə məsələ o qədər də ürəkaçan deyildi: hücum cəhdləri qapıya zərbə ilə nəticələnmirdi. Lakin bunda Şeydayev və komanda yoldaşlarının bəlkə də heç bir günahı yox idi: məlum olduğu kimi, “Atletiko”nun ideal müdafiə mexanizmi var.

Nə etməli? Bir halda ki, cərimə meydançasında perspektivli zərbə mövqeyinə çıxmaq, qapıya zərbə endirmək mümkün olmur, ümid qalır üç mümkün variantdan sonuncusuna: standart vəziyyətə! “Qarabağ” da fasiləyədək bu vəziyyətdən gözəl yararlanıb. Topun küncdən cərimə meydançasına göndərilməsi zamanı Şeydayev müdafiəçini öz ardınca aparıb, boşalmış zonaya şığıyan Miçel isə başıyla topu yaxın küncə yönəldib. 0:1!

Əlbəttə, ikinci hissədə meydana tamamilə başqa “Atletiko” çıxmışdı. Yaralı əjdaha indi ikiqat təhlükəli idi. Nəticədə 10 dəqiqə sonra hesab bərabərləşib. Lakin bundan əvvəl hesab 0:2 olmalı idi. Müdafiəçilərin bir-birinə ötürdüyü top Şeydayevi tapıb və o, boş qapıya zərbə endirib. Lakin ev sahiblərinin müdafiəçisi son anda yıxılaraq topu qapıdan kənarlaşdırıb. Bu imkanı əldən verən “Qarabağ”lılar, üstəlik cavab hücumunda top buraxıb…

Bundan sonra daha pisi baş verib. “Atletiko” ilə ilk oyunda olduğu kimi (0:0), bir saatın tamamında “Qarabağ” yenə meydanda 10 nəfərlə qalıb. Azərbaycanlıların braziliyalı futbolşusu Enrike təhlükəli oyuna görə birbaşa qırmızı vərəqə alıb. İndi, “qan qoxusuna qaçan” rəqibə qarşı 30 dəqiqə davam gətirmək lazım idi. Belə bir vəziyyətdə Qurban Qurbanov müdafiəni gücləndirməli olub və ön xətdə fəal oyun nümaiş etdirən Şeydayevi meydandan çıxarıb. “Zolaqlılar”ın məşqçi korpusu isə meydana dünya və Avropa çempionu, Çempionlar liqasının qalibi Fernando Torresi buraxıb. “Qarabağ”a həlledici zərbəni bu məşhur forvard endirməli idi.

Lakin, bu oyunda fəxri adlar ən son rolu oynayırdı. Qonaqlar hər qarşılaşmada fədakarlıq göstərir, çoxsaylı hava və yer ötürmələri zamanı ev sahiblərindən daha yaxşı, sürətli və güclü oynayırdılar. Sona yaxın onların da işi asanlaşıb – ev sahibləri də meydan da 10 nəfərlə qalıb. Əsas vaxta əlavə olunmuş 5 dəqiqə bir göz qarpımında keçib və “Qarabağ” rəqibin təzyiqlərinə davam gətirə bilib - 1:1.

Paralel matçda “Roma” “Çelsi”ni 3:0 hesabı ilə darmadağın edib.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Sport-Weekend


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az