21.01.2018 18:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Bakı-Tbilisi-Qars: Avropadan Asiyaya “ipək dəmir yolu” - VİDEO

 
 



Euronews, Aİ
03.11.2017


Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan və Türkiyə prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin iştirakı ilə başa çatdırılıb. Oktyabrın 30-da onun təntənəli açılış mərasimi keçirilib. 846 kilometrlik yol. Bu, Böyük İpək Yolunun ən uzun hissəsidir.

Dəmir yolunun tikintisi təxminən 4 milyard dollara başa gəlib. Proqnozlara görə, artıq 2034-cü ildən etibarən bu dəmir yolu vasitəsilə ildə 17 milyon tonadək yük daşınacaq.

İlham Əliyev (Azərbaycan prezidenti): “Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim gələcək vəzifəmiz tariflərin razılaşdırılması yolu ilə bu layihəni iqtisadi cəhətdən də cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə ki, bu, böyük qazanc, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir”.

Rəcəb Tayyib Ərdoğan (Türkiyə prezidenti): “Şübhəsiz, sərnişin daşımaları strateji və sosial-iqtisadi əhəmiyyətə malikdir”.

Sərnişin qatarları bu yolla ildə 3 milyon insana xidmət göstərə biləcək. Onlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2018-ci ildən hərəkətə başlayacaq. Perspektivdə turizm sahəsində böyük irəliləyiş gözlənilir. Bundan başqa, Avropa ilə Asiya daha yaxın olacaq və qarşılıqlı əlaqələr üçün daha yaxşı imkanlar yaranacaq.

Georgi Kvirikaşvili (Gürcüstanın baş naziri): “Bu dəmir yolu təkcə ölkələrin iqtisadiyyatını yox, həm də xalqlarını birləşdirir. Ölkələr arasında inteqrasiya və əməkdaşlıq nə qədər güclüdürsə, regionda və ondan kənarda iqtisadi artım, ticarət səviyyəsi və təhlükəsizlik bir o qədər möhkəmdir”.

Tarixi an: ilk yük qatarı Bakıdakı Ələt limanını tərk edir və Türkiyəyə istiqamətlənir. Bu vaqonlarda Qazaxıstanda istehsal olunmuş 3200 ton taxıl var. Hazırda digər müştərilərlə danışıqlar aparılır. Bir çoxunu sürət cəlb edir. Əgər əvvəllər Çindən Avropaya bəzi yüklər 1 aydan çox müddətə daşınırdısa, indi söhbət yalnız 2 həftədən gedir. 

Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri): “Taxıl, rus metalı, rus taxtası və Çin yükləri var... Biz hesablamışıq ki, bu, ilə təxminən 5 milyon ton yük edir”.

Qazaxıstan, Türkmənistan, Pakistan, Çin və Hindistan daxil olmaqla, bir sıra digər ölkələr də Bakı-Tbilisi-Qars layihəsində iştirak etmək niyyətlərini açıqlayıblar.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az