21.02.2018 11:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanda prezident seçkisi - 2018
 
20.02.2018
National Courier, Pakistan
 

  Arxiyepiskop Gallager Azərbaycanda ilk katolik yepiskopunu təqdis edib
 
19.02.2018
Cath.ch, İsveçrə
 

  Zaman Ermənistanın əleyhinə işləyir
 
19.02.2018
ANAJ, İran
 

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

 
 
Azərbaycanda halal turizm inkişaf edir

 
 



ShiaNews, İran
07.11.2017


Azərbaycan müsəlman turistləri qəbul etmək üçün turizmi inkişaf etdirmək və halal mehmanxanaları genişəndirmək niyyətindədir. 

“Şia News” agentliyinin məlumatına görə, turizm Azərbaycan iqtisadiyyatında ən mühüm sektorlardan birinə çevrilməkdədir. Cari ildə bu ölkəyə böyük turist axını bunu təsdiq edir. Bir sözlə, Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir və hazırda bu sektor ümumdaxili məhsulun təxminən 4,5%-ni təşkil edir.

Turistlərdən danışarkən, Azərbaycana müsəlman ölkələrindən gələn turist sayının gündən-günə artdığını da qeyd etməmək olmaz. Bu faktı nəzərə alan Bakı “halal turizm”i genişləndirməyi düşünür.

Azərbaycan Turizm Assosiyasiyasının rəhbəri Müzəffər Ağakərimov deyir: “Ölkədə yeni mehmanxanalar inşa olunur. Odur ki, halal standartlarla idarə olunan mehmanxanaların sayının artması da mümkündür. Gələcəkdə bir sıra sahibkarlar halal standartlarla idarə olunacaq mehmanxanalar inşa edə bilər. Bu iş daha çox investisiya yatırılmasını tələb edir”. 

Ağakərimov hesab edir ki, mehmanxanalarda halal standartların tətbiq edilməsi müsəlman ölkələrindən gələn turistlərin sayından asılıdır.

Hazırda dünyanın bütün ölkələrinə səyahət edən müsəlman turistlərin sayı 108 milyondur. 2020-ci ilə bunun 150 milyon nəfərədək artacağı gözlənilir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

 

Mənbə: ShiaNews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az