12.12.2018 03:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  1919-cu ilin yanvarı, Paris Konfransı. Azərbaycan nümayəndələri bir daha vətənə qayıtmadı
 
11.12.2018
Eurolatio, Fransa
 

  Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub
 
11.12.2018
QUARTZ, ABŞ
 

  Azərbaycan xalqı ümummilli liderinin xatirəsini yad edir
 
11.12.2018
Zeitung.ch, İsveçrə
 

  Seneqallı müdafiəçi Pap Mamadu Mbodj Azərbaycanda
 
11.12.2018
APS, Seneqal
 

  Tarixi lider, müasir Azərbaycan intibahının banisi Heydər Əliyevin vəfatından 15 il ötür
 
10.12.2018
Əl-Vatan, Misir
 

 
 
Türkiyə İpək Yolunu bərpa edir

 
 



LA VANGUARDIA, İspaniya
10.11.2017


Müəllif: Jordi Joan Banyos

Türkiyə ilə Azərbaycan Ermənistanı qatarların hərəkət edəcəyi yeni İpək Yolundan kənarda qoymaq üçün güclərini səfərbər edir. “Şərq ekspersinin” tarixə qovuşmasından sonra Türkiyə deyəsən diqqətini Şərqə yönəldir. Hər halda, bu günlərdə Avropa sərhədlərini yenidən cızan dəmir yolunun təntənəli açılışı olub.

Türkiyə, Gürcüstan və Azərbaycanı yeni İpək Yolunun demək olar ki, sonuncu hissəsi kimi təqdim olunan yeni dəmir yolu ilə bir-birinə bağlanıb. Çinlə Qərb arasında dəmir yolu vasitəsi ilə yüklərin tranzitini təşkil edəcək bu dəhliz dəniz yolu marşrutları ilə müqaisədə zamana xeyli zaman etməyə imkan verəcək.

Bu yol Qafqaz və Xəzər regionunu Rusiyadan və ondan asılı dövlətlərdən yan keçməklə Avropaya bağlayır. Faktiki olaraq bu, BP-nin inşa etdiyi Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin yeni surətidir. Onun həm qazanan, həm də itirən tərəf üçün əhəmiyyəti böyükdür. Bir tərəfdən o, Bakını ilə Tbilisini Türkiyənin uzaq şəhəri olan Qarsla, oradan da Ankara və Aralıq dənzi ilə birləşdirir.  

Ermənistan, ermənilərin məskunkaşdığı Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal etməsinin cəzasını çəkərək mühasirədə qalıb

Digər tərəfdən, Ermənistan, ermənilərin məskunlaşdığı Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal etməsinin cəzasını çəkərək mühasirədə qalıb. Yerevan bu reigionda Rusiyanın ən yaxın müttəfiqidir və öz ərazisində onun hərbi bazalarını yerləşdirib.

25 il əvvələdək Ermənistan, Gürcüstan və Azərbaycana gedən türkiyəli sərnişinlər üçün vacib tranzit məntəqəsi idi. Lakin Ankara işğal faktına görə Ermənistanla sərhədini bağlamaq qərarına gəlib. Onu da demək lazımdır ki, Azərbaycan, Gürcüstan və Türkiyədə demokratik vəziyyət daha yaxşıdır. Üstəlik, onların Rusiya ilə münasibətləri layihəyə startın verildiyi 2005-ci ildə elə də pis deyildi. Bununla yanaşı, o zamana Ermənistanın yeni dəmir yolu dəhlizindən kənarda qoyulması Dünya Bankı və Avropa İttifaqının layihəni maliyyələşdirməkdən imtina etməsinə səbəb olmuşdu. Bu, layihənin ləngiməsinə səbəb olsa da onu saxlaya bilməyib. Türkiyənin qətiyyəti və dəmir yolunun Gürcüstan ərazisindəki hissənin tikintisini maliyyələşdirən Azərbaycanın neftdən gələn pulları onun icrasına imkan verib.

Yeni dəmir yolunun ümumi uzunluğu 826 kilometrdir. İlkin mərhələdə onun vasitəsilə ildə 1 milyon sərnişin və 6 milyon ton yükün daşınacağı gözlənilir. Bu dəmir yolu ilə Qarsa göndərilən qatarla Qazaxıstan taxılı aparılıb. Qatar oradan Aralıq dənizi sahilinə – Mersinə yola düşüb və ünvana çatıb.

Nə qədər paradoksal görünsə də yeni yol, Axalkalakidə – qatarların təkər ölçülərinin dəyişdirildiyi yerdə yaşayan Gürcüstan ermənilərinin təcridinə son qoyub. Hazırda Bakıdan İranın Xəzər sahilindəki Astara şəhərinə gedən dəmir yolunun birləşdirilməsi ətrafında ciddi müzakirələr gedir. Astarada azad iqtisadi zona da yaradıla bilər.

Türkiyə artıq çoxdandır ki, Avropa İttifaqının kandarında gözləməkdən vaz keçib və üzünü qədim türk dünyasına çevirərək, öz şəbəkəsini qurmağa çalışır. Onunla bilavasitə həmsərhəd olan Gürcüstan və Azərbaycanla əlaqələrdəki marağı isə ənənəvi NATO müttəfiqləri ilə, xüsusən ABŞ və Böyük Britaniyanın maraqları ilə üst-üstə düşür. Ona görə də bu iqtiqamətədə əməkdaşlıq xüsusilə irəli gedir. Bu əməkdaşlıq bəzi istiqamətlərdə, məsələn neft və qaz kəmərlərinin inşası nümunəsində artıq bir neçə ildir bəhrə verməkdədir.

Türkiyə də öz şərtlərilə İpək Yolunun bərpasında maraqlıdır. Axı türk dili min il əvvəl məhz bu marşrutla Qərbə doğru gəlib. O zaman Sitsizyan vilayətindəki tükrdilllilərin problemləri kimi bəzi səbəblərdən, Çin Türkiyədən daha çox Yunanıstanla əlaqə qururdu.

Rəcəb Tayyib Ərdoğan və azərbaycanlı həmkarı İlham Əliyevin möhkəm dostluğu heç kəsi təəccübləndirməməlidir. Çünki onlara danışmaq üçün heç təcüməçi də lazım deyil. Türkiyənin 1928-ci ildə etdiyi kimi, Orta Asiyanın Qırğızıstandan başqa bütün türkdilli respublikaları kiril əlifbasından imtina edərək, latın əlifbasına keçib.

Şərqin qapısı Parislə qədim Konstantinopolu birləşdirən “Şərq ekspressi” və ya almanların Hələb və Bağdadla əlaqə qurduqları əfsanəvi qatarlar üçün həmişə cəlbedici olub. İndi, “ikinci Roma”nın meri olmuş Ərdoğan ikinci şans axtarışındadır.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LA VANGUARDIA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az