21.11.2017 17:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Azərbaycan son iqtisadi islahatların bəhrəsini görür

 
 



The Times Kuwait, Küveyt
14.11.2017


Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”na əsasən Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 140 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Bu yüksəlişin əsas səbəbi bu yaxınlarda ölkədə müxtəlif sahələri əhatə edən iqtisadi islahatların uğurla həyata keçirilməsidir.

Hazırda strateji Yol xəritəsinin icrası nəticəsində Bakıda və Azərbaycanın digər iri şəhərlərində böyük tikinti işləri həyata keçirilir: hündür binalar tikilir, infrastruktur layihələri həyata keçirilir və sənaye zonaları yaradılır. Bundan başqa, sənaye və kənd təsərrüfatı sahəsi, həmçinin sahibkarlıq əhəmiyyətli dərəcədə inkişaf edir.

Azərbaycan investisiya mühitini yaxşılaşdırmaq üçün addımlar atır. Bu məqsədlə 200-dən çox sənəd qəbul edilib. Bu işlərdən sonra özəl sektora 1,7 milyard manat (təxminən 1 milyard dollar) investisiya qoyuluşu gözlənilir.

İnvestisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsinin əsas səbəbi Azərbaycanda mövcud olan siyasi sabitlik, o cümlədən xalqın və hökumətin güclü birliyidir. Bununla yanaşı, əlverişli investisiya mühiti bir çox xarici investorları cəlb edir. Bu, onu göstərir ki, Azərbaycanın gələcəyinə inam var. Qeyd edək ki, bu ilin 9 ayı ərzində ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub. Bunun əksəriyyəti xarici investorların payına düşür.

Ümumiyyətlə, 9 aylıq iqtisadi göstəricilər müsbətdir. Son illərdə aparılan siyasət nəticəsində ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı 2,5% artıb. Bu da uğurlu islahatların göstəricisidir. Bir sözlə, ölkə iqtisadiyyatının şaxələndirilməsi uğurla həyata keçirilir.

Bu ilin əvvəlindən ölkənin valyuta ehtiyatları 4,5 milyard dollar, xarici ticarət dövriyyəsi isə 7% artıb.

Azərbaycan hökumətinin sənayeləşmə siyasəti nəticəsində yalnız son 9 ayda iqtisadiyyatda qeyri-neft sektorunun payı 3,1% artıb. Eyni zamanda, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına böyük önəm verir. Bu sahəyə böyük investisiyaların qoyulması nəticəsində 2,8%-lik artım qeydə alınıb. 2017-ci ilin əvvəlində suvarılmayan və zəif suvarılan 150 min hektar torpağən suvarılması üçün yeni suvarma sistemləri qurulub.

Neft-qaz sektoruna gəlincə, bu il “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsilə bağlı yeni müqavilə imzalanıb. Bu müqavilə ölkəyə böyük fayda verəcək. Bundan başqa, “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz kəməri və TANAP layihəsi daxil olmaqla, bir sıra qaz layihələrilə bağlı işlər yaxın zamanlarda başa çatacaq.

Dəmir yolu layihələri də istisna deyil. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə pezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan hökumətinin başçısı Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov və digər rəsmi şəxslərin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Bu yeni dəmir yolu Avropa ilə Asiya arasında səmərəli iqtisadi və ticari əlaqələrin yaranmasına dəstək olacaq. Bu layihə Azərbaycana böyük iqtisadi mənfəət və fayda gətirəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Times Kuwait


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az