21.11.2017 17:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
İranın Bakıdakı keçmiş səfiri: “İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollardan çoxdur”

 
 



IRNA, İran
14.11.2017


Müəllif: Əlirza Cabbari

İranın Bakıdakı sabiq səfiri Möhsün Pakayin hazırda Azərbaycanla İran arasında qeyri-neft sektorunda ticarət dövriyyəsi həcminin 500 milyon ABŞ dollarına yaxın olduğunu deyib. “Bu rəqəm qeyri-neft məhsullarının ixracı və dövriyyəsinə aiddir. Ümumilikdə isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollardan çoxdur”, - deyə o, bildirib.

Möhsün Pakayin IRNA agentliyinə müsahibəsində deyib: “İranla Azərbaycan arasında iqtisadi münasibətlər qeyri-neft sahəsilə məhdudlaşmır. Neft sektorunda İran NİKU Konsersiumu çərçivəsində Xəzər dənizində Azərbaycanla tərəfdaşlıq edir və bu layihədə 10%-lik paya sahibdir. Buradan İran ildə 250-300 milyon dollar gəlir əldə edir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası ilə ildə təxminən 1 milyard kubmetr neft svop əməliyyatı həyata keçirilir və bu əməliyyatdan 250 milyon dollara qədər gəlir əldə edirik”.

Sabiq səfirin sözlərinə görə, İran Naxçıvan Muxtar Respublikasına elektrik enerjisi də ixrac edir. Eyni zamanda, Azərbaycandan da İrana elektrik enerjisi idxal olunur: “Əslində, İranla Azərbaycan arasında ticart dövriyyəsinin həcmi 1,5 milyard dolları ötür”.

“Azərbaycanla İran arasında 500 milyon dollarlıq ticarət dövriyyəsi qaneedici rəqəmdir. Hərçənd bunu 700 milyon dollaradək artırmaq mümkündür. İki ölkənin potensialını nəzərə alaraq, bizim gözləntilərimiz də məntiqli və real olmalıdır”, - deyə Pakayin qeyd edib.

Azərbaycan regionda İranın üçüncü ən böyük ticarət tərəfdaşıdır

Pakayinin sözlərinə görə, Azərbaycan qonşu və region ölkələri arasında İranın üçüncü ən böyük ticarət tərəfdaşıdır. İranın bölgədə qeyri-neft sahəsindəki ticarət dövriyyəsində əsas tərəfdaşı İraqdır. Sonra Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yerdə isə Azərbaycan gəlir.

“İki ölkə arasında böyük turist axınını nəzərə alaraq, bu nəticəyə gəlmək olar ki, tərəflər arasında iqtisadi dövriyyənin həcmi rəsmi statiskadan dəfələrlə çoxdur”, - deyə sabiq səfir qeyd edib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az