19.02.2018 05:53
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

  Dağlıq Qarabağ: 26 il sonra Xocalı qətliamı ilə bağlı son dərəcə qəribə səssizlik
 
16.02.2018
Atlantico, Fransa
 

  Qarabağ münaqişəsi niyə hələ də həll olunmayıb?
 
15.02.2018
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Bakının Dağlıq Qarabağ siyasətini müdafiə edəcək
 
15.02.2018
ANAJ, İran
 

 
 
Zənginlər üçün neft vannası

 
 



Tasnim, İran
21.11.2017


Azərbaycan paytaxtı Bakı şəhərində fəaliyyət göstərən bir müalicə mərkəzində zənginlər üçün neft vannası ölkənin varlı təbəqəsi ilə yanaşı, dünyanın digər qitələrindən gələn şəxsləri də qəbul edir.

“Tasnim” İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycanın paytaxtı Bakı şəhərində “Naftalan” adlı müalicə mərkəzi fəaliyyət göstərir. Burada oynaq, dəri və digər xəstəliklərin müalicəsi üçün neftdən istifadə olunur.

Buraya müraciət edənlərin əksəriyyəti Azərbaycanın zəngin təbəqəsinin nümayəndələri, hətta Asiya və Avropa ölkələrinin imkanlı şəxsləridir. Müalicə mərkəzində xam neft və ya bitumla qarışdırılmış neftlə dolu vannalar yerləşdirilib. Başqa sözlə, demək olar ki, burada isti bulaqlardakı müalicəyə oxşar bir müalicə xam neftlə simulyasiya edilib.

IBTIMES-in xəbərinə görə, neft vannası xidmətlərindən yararlanmaq üçün bu müalicə mərkəzinə müraciət etmiş avstraliyalı turist deyib: “Neft vannası çox yaxşıdır. Bədən adi bir hamamda olduğu hərarətdə qalır. Lakin bu, daha çox şokoladın içərisinə dalmağa oxşayır. Neft vannasının iyi ürəkaçan deyil, amma ağrısızdır. Bu zaman insanda rahatlıq hissi yaranır. Mərkəzin həkimlərinin sözlərinə görə, bu neft vannası 70-dək xəstəliyi müalicə etməyə qadirdir”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Tasnim


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az