20.10.2018 20:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Hər şeyə rəğmən, sülhün təşviqi yenə də Qafqazdan keçir...

 
 



Opinion Internationale, Fransa
22.11.2017


Müəllif: Emanuel Düpüi (Avropada Təhlükəsizlik və Perspektivlər İnstitutunun (ATPI) prezidenti), Pol Azibert (ATPI-nin tədqiqatçısı)

“Bakı Prosesi”, Qafqazda İpək Yolu, UNESCO-nun yeni istiqaməti. Avropada Təhlükəsizlik və Perspektivlər İnstitutunun (ATPI) prezidenti Emanuel Düpüi ilə ATPI-nin tədqiqatçısı Pol Azibertin təhlili.

Sentyabrın 25-dən 29-dək BMT üzvü olan 193 ölkə Nyu-Yorkda bir araya gəldi. BMT-nin 72-ci Baş Assambleyası beynəlxalq sülh naminə dialoq mədəniyyətini inkişaf etdirməyin vacibliyini anlamaq üçün daha bir fürsət oldu. Bu gün müasir dünya getdikcə artan təhlükələrlə üz-üzədir və qorxu içərisindədir. Biz beynəlxalq və millətlərarası hərbi münaqişələrin yaranmasına, terrorçuluğun və zorakı ekstremizmin güclənməsinə şahidlik edirik. Hər gün minlərlə insan bu bəlaların və onların faciəvi nəticələrinin qurbanı olur.

Əslində, kimsə iddia edə bilməz ki, qarşılaşdığımız bu reallıq yenidir və insanlar əvvəllər bu cür təhlükələrlə rastlaşmayıb. Lakin İkinci Dünya müharibəsinin başa çatması və Birləşmiş Millətlər Təşkilatının yaradılması daha yaxşı bir dünyanın qurulacağına və firavan gələcəyə olan ümidləri artırmışdı. Artıq insanlar Millətlər Liqası kimi nəhəng ideyaları irəli sürmüş böyük siyasi liderlərin göstərdiyi yolla getmək istəyirdilər.

“Soyuq müharibə”nin başa çatması və Şərqlə Qərbin yaxınlaşması yenidən ümid çırağını yandırmış, bu dəyişikliklər dalğasında mədəniyyətlərarası dialoq və sülh şəraitində birgəyaşayış kimi anlayışlar yenidən gündəmə gəlmişdi. Amma hazırda Koreya yarımadasında, Yaxın Şərqdə, Qərbi Afrikada, Sahel-Sahara zolağında yaşananlar belə düşünməyə əsas verir ki, biz yenidən müharibədən əvvəlki qlobal qarışıqlıqlar dövrünə dönmüşük. Hazırda biz nüvə tullantıları və onların emalı, iqlim dəyişiklikləri, kütləvi miqrasiya problemi, qida təhlükəsizliyi, hərbi və vətəndaş müharibələri təhlükəsi kimi çağırışlarla üz-üzəyik. Bəs reallıq doğrudanmı bu qədər bədbinlik doğurur? Qlobal mənada tərəfləri dialoqa və sülhə inandırmağa qadir olan heç bir beynəlxalq qüvvə, həqiqətənmi yoxdur?

BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) İcraiyyə Şurasının 202-ci sessiyası bizə bir daha xatırlatdı ki, bu, əsas şüarı “Kişilərin və qadınların zehinlərində sülhü qurmaq” olan bir qurumudur. Sessiyanın gedişində UNESCO-nun baş direktoru seçilən fransız Odri Azule indiyədək iki dəfə bu postu tutmuş bolqarıstanlı İrina Bokovanı əvəz edib.

Etiraf etmək lazımdır ki, bu təşkilat öz mandatına uyğun olaraq, qlobal sabitliyin bərqərar olması naminə, başlıca missiyasını yerinə yetirmək üçün əlindən gələni edir. Amma təşkilatın üzləşdiyi büdcə problemləri, təəssüf ki, onun fəaliyyətinə mənfi təsir göstərir, məqsəd və məramının yerinə yetirməsinə mane olur.

Bakı Prosesi”

Azərbaycan Respublikasının təşkilatçılığı, UNESCO və BMT-nin digər qurumlarının, beynəlxalq təşkilatların dəstəyilə 2 ildən bir Azərbaycanın paytaxtı Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO və bu cür təşəbbüsləri dəstəkləyən ölkələr üçün yaxşı nümunədir. Belə nümunələrdən biri 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən başladılmış “Bakı Prosesi”dir.

Bu prosesin detallarına, həmçinin bu ölkə tərəfindən dialoq naminə həyata keçirilən digər beynəlxalq layihələrə keçməzdən əvvəl Azərbaycanın yaxın tarixinə, sosial-iqtisadi vəziyyətinə nəzər salmaq lazımdır.

Müstəqilliyini 1991-ci ildə bərpa etmiş Azərbaycan həmin illərdə böyük siyasi və iqtisadi böhranla üzləşmişdi. Elə həmin dönəmdə ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20%-i qonşu Ermənistan tərəfindən işğal olunub (bir çox beynəlxalq hüquqi sənədlərdə, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir). Bu silahlı münaqişə Azərbaycanda, təxminən, 1 milyon insanın qaçqına və məcburi köçkünə çevrilməsilə nəticələnib.

Ölkə 25 ildir zəngin resursları sayəsində daxili problemlərini həll edir. Onun istehsalçısı olduğu neftin hasilatından və ixracından əldə etdiyi gəlirlər, əsasən, məcburi köçkünlərin və qaçqınların problemlərinin həlli üçün istifadə edilir.

Avropa Şurasına üzv ölkələrin, həmçinin bir sıra müsəlman dövlətlərinin mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək üçün qlobal platforma yaratmaq məqsədilə “Bakı Prosesi” təşəbbüsünü irəli sürüb. Bu təşəbbüsdən sonra Azərbaycanda mədəniyyətlər və dinlər arasında dialoqa dair 4 forum təşkil olunub. Bu qısa müddət ərzində gəncləri, vətəndaş cəmiyyətlərini, QHT-ləri, müxtəlif beynəlxalq media qurumlarının nümayəndələrini, tədqiqatçıları, həmçinin siyasi xadimləri əhatə edən bir sıra təşəbbüslər həyata keçirilib.

İpək Yolu dünyanın “ürəyi”ndən keçir…

Nə üçün qonşusu ilə münaqişə vəziyyətində olan, hərbi işğalla üzləşmiş bir ölkə öz sərvətlərini yalnız daxili iqtisadi və sosial inkişafı üçün istifadə etmir, eyni zamanda beynəlxalq miqyasda dialoq, sülh ideyalarının yayılmasına böyük sərmayə yatırır? Heç şübhəsiz ki, bu sualın cavabı “böyük oyun”da Qafqazı yeni İpək Yolunun bazarlarından birinə çevirən yeni geosiyasi konfiqurasiyadadır.

Əslində, hələ 1904-cü ildə Britaniya Kral İnstitutunda müasir geosiyasətin “ata”larından biri olan admiral Halford Con Makinder bu bölgəni “dünyanın ürəyi” adlandırmışdı. Rudyard Kiplingin məşhur ifadəsinə görə isə uzun müddət “böyük oyun”un oynanıldığı məkanda 2001-ci ildən etibarən yeni geosiyasi qarşıdurma başlayıb. Ətrafında özünə aid regional məkan yaratmağa qadir olan ölkələrin, o cümlədən Rusiya və Çinin, həmçinin Avropanın iqtisadi, mədəni və strateji maraqları məhz burada kəsişir.

Beləliklə, ATƏT kimi köhnə bir qurumun yenidən canlanması da Avrasiya iqtisadi, diplomatik və siyasi məkanının yaranması perspektivini bir daha təsdiqləyir. Bundan başqa, 2013-cü ilin noyabrında yeni İpək Yolu layihəsini irəli sürən Çin (“Bir kəmər - bir yol” layihəsi Çini Avropa, Asiya və Afrikanın 66 ölkəsi ilə birləşdirir) və Avrasiya İqtisadi İttifaqını (Astana müqaviləsi, 29 may 2014-cü il) yaradan Rusiya bu bölgədə əsas iştirakçı olmağı hədəfləyirlər. Belə bir şəraitdə, Azərbaycan da Şimalla Cənub və Şərqlə Qərb arasında strateji qovşaq kimi özünü təsdiqləyir.

Hazırda bir çox ölkələr dialoqa inanır və böyük investisiyalar, iddialı layihələr və fəal əməkdaşlıqla ona dəstək verir. Belə bir şəraitdə, sülhməramlı ölkələrin, o cümlədən Azərbaycanın göstərdiyi səylər də dəstəklənməlidir. Çünki bu ölkələr olduqca nəcib missiyalarını davam etdirməyə həvəsləndirilməlidir. Beynəlxalq balansı saxlamaq və ənənəyə çevrilmiş qlobal böhranların qarşısını almaq üçün belə səyləri dəstəkləmək lazımdır.

Biz yalnız belə təşəbbüsləri dəstəkləməklə növbəti nəsillər üçün daha firavan gələcəyə nail ola bilərik!

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Opinion Internationale


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az