18.03.2019 19:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Azərbaycan loqronyalı qalib Santyaqo Alkazarı mükafatlandırdı

 
 



LA RIOJA, İspaniya
22.11.2017


Müəllif: Belen Martinez Zapota

Bakı Turizm Filmləri Festivalı Riojadan olan rejissorun çəkdiyi “Flamenko Madrid 2017” reklam çarxını bürünc mükafata layiq görüb.

Azərbaycanla Madridi böyük məsafə ayırsa da, buranın mədəniyyəti bizimkidən çox fərqlənsə də, bütün bunlar loqronyalı rejissor Santyaqo Alkazarın Bakı Turizm Filmləri Festivalına təqdim olunmuş işinin qiymətləndirilməsinə mane olmayıb. O, İspaniya paytaxtına özünün “Flamenko Madrid 2017” reklam çarxı ilə mükafat qazanaraq dönüb.

“Bu, çox maraqlı təcrübə idi” - deyən rejissor uzaq yolun gətirdiyi yorğunluqla danışır. O, etiraf edir ki, bu səfər əziyyətli olsa da, dünya görüşünün zənginləşməsi baxımından uğurlu alınıb.

“Bizim çox fərqli, başqa dünya ilə əlaqəmiz artıq İstanbuldan başalamışdı. İstanbulda viza almalı, valyuta dəyişməli, manat əldə etməli idik. Fikir verdim ki, onların pulu avroya çox oxşayır”, - deyə Alkazar bildirir. O, fikrini üzündə təbəssümlə davam etdirir: “Otelə getmək üçün mindiyimiz avrobusun tavanı işıqlarala elə bəzədilmişdi ki, sanki diskotekadır”.

“Bizə bu ölkə, oradakı mövcud vəziyyət haqda oraya getməzdən əvvəl məlumat vermişdilər. Küçələrdə polisin sayı çoxdur. Təşkilatçılar bizə şəhəri göstərdi. İnsanların davarnışı çox yaxşıdır, çox mehribandırlar”, - deyə Alkazar qeyd edir: “Belə tədbirlərin ən dəyərli tərəfi odur ki, biz həmkarlarımızla görüşür, işlərimizdən danışır, fikir mübadiləsi aparırıq. Belə tədbirlərdə çox peşəkarla rastlaşırsan və onlarla ümumi mövzularınız çox olur”.

Santyaqo Alkazar çox tələbkar olduğunu deyir: “Başqaları məndən fikrimi soruşarkən çəkinmədən onların işini tənqid edirəm. O işi mənim necə təsəvvür etdiyimi söyləyirəm. Mənim işimi də başqalarının tənqid etməsi xoşuma gəlir. Beləliklə, biz çox şey öyrənirik. İştirakçılar birgə olarkən qarşılıqlı komplimentlər də səsləndirilir, mübarizə kənarda qalır, ümumi maraqlardan danışılır”.

Rioja 2018-ci ildə də audiovizual KİV-ə hesablanmış, turizm mədəniyyətini təbliğ edən işlərilə festivallara qatılmaq niyyətindədir. Onun bir hissəsi olan Santyaqo Alkazar isə bundan sonra özünün “Flamenko Madrid 2017” çarxı ilə Los-Anceles, Nyu-York, Berlin və Vyanaya səfərlər edəcək.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LA RIOJA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az