13.12.2017 16:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Dağlıq Qarabağ üzündən mənəvi həddin itirilməsi

 
 



The Washington Times, ABŞ
27.11.2017


Müəllif: Ceykob Kamaras

Əgər ABŞ maliyyə yardımı ayırırsa, bu, onun mesaj verdiyinin göstəricisidir. Yəni bu məsələ ABŞ-ın yardımının dollar şəklində ifadəsindən daha böyük anlam kəsb edir. ABŞ-ın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisi olan, Ermənistan tərəfindən qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağa yardımı da bunun əyani nümunəsidir.

Bu ilin mayında Ermənistan ciddi zərbə alıb: ABŞ prezidenti Donald Tramp 2018-ci ilin maliyyə ili üçün təklif etdiyi büdcədə Ermənistana yardımı təxminən 70% azaldılaraq 22,4 milyon dollardan 6,8 milyon dollara endirilib. Həmin büdcədə Azərbaycana da yardım 90% azaldılaraq 1 milyon dollara endirilib. Xarici yardımın kəskin şəkildə azaldılması Tramp administrasiyasının fərqləndirici cəhətidir və nəzəri baxımdan heç bir ölkə bunu öz ünvanına qəbul etməməlidir. Lakin ABŞ administrasiyası Avrasiyaya xərclərini azaltmaqla, Ermənistan tərəfindən ərazisi işğal edilmiş Azərbaycanı cəzalandırmaqla, yəni, işğalçı dövlət olan Ermənistanla müqayisədə Azərbaycana yardımın daha çox azaltmaqla öz mənəvi sərhədlərini itirmiş olur.

ABŞ-ın Azərbaycan və Ermənistana ayırdığı yardıma baxdıqda, güclü, lakin natamam mənzərə ortaya çıxır. Bu məsələdə real dilemma Dağlıq Qarabağla bağlıdır. Onilliklərdir ki, bu regiona Yerevanla Bakı arasında münaqişə davam edir.

Bu ilin sentyabrında ABŞ-ın Nümayəndələr palatası palatanın Kaliforniya ştatından olan respublikaçı üzvü Devid Valadaonun qanuna təklif etdiyi düzəlişi qəbul edib. Həmin düzəlişdə “HALO Trust” qeyri-hökumət təşkilatının maliyyələşdirilməsi və ona Dağlıq Qarabağda kənd təsərrüfatı sahəsinə, kəndlərin minalardan təmizlənməsinə yardım göstərilməsi məqsədilə maliyyə ayrılması dəstəklənib. Nümayəndələr oalatasının Kaliforniyadan olan demokrat üzvü Cek Speyer isə bəyan edib ki, “1,5 milyon dollar dəyərində bu kiçik yardım Dağlıq Qarabağa orada yaşayan əhalinin fiziki və psixi sağlamlığına töhfə vermək məqsədilə ayrılır”.

Həqiqətən, ABŞ-ın böyük miqdarda ayırdığı xarici yardımlarını nəzərə aldıqda, 1,5 milyon dollar kiçik məbləğdir. Lakin ABŞ Dağlıq Qarabağa maliyyə yardımı ayırmaqla dünyaya hansı mesaj verir?

Buradan belə nəticə çıxarmaq olar:

- ABŞ işğal olunmuş, tanınmamış bir ərazini maliyyələşdirir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, həmçinin Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi qeyd edildiyi BMT Baş Məclisinin 19/13 və 57/298 saylı qətnamələrinə ziddir. ABŞ Dövlət Departamenti bəyan edib ki, “rəsmi Vaşinqton Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır və onun rəhbərliyi istər beynəlxalq səviyyədə, istərsə də Birləşmiş Ştatlar tərəfindən tanınmayıb. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, Dağlıq Qarabağın gələcək statusu tərəflər arasında danışıqlar yolu ilə müəyyənləşdirilməlidir”. Lakin Vaşinqton Azərbaycanın ərazi bütövlüyünə həqiqi dəstək verirsə, o, Ermənistanın işğalçı siyasətinə qəti etiraz etməli və Dağlıq Qarabağa maliyyə ayırmamalıdır.

- ABŞ izqoya çevrilmiş qanunvericələri dəstəkləyir. Dağlıq Qarabağ ABŞ-dan daha çox maliyyə yardımı əldə edir. Bununla yanaşı, ABŞ qanunvericilərinin – Kaliforniyadan Devid Valadao, Nyu-Cersidən Frenk Pallon və Havay adalarından Tulsi Qabbardın Dağlıq Qarabağa səfəri bu qondarma qurum üçün vacib rəmzi jestdir. Onlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisinə “diplomatik səfər” etməklə Azərbaycanın suverenliyinin heç bir məna kəsb etmədiyini nümayiş etdirir, ABŞ-ın rəsmi xarici siyasətinin prinsiplərini pozurlar. Əgər ABŞ Dağlıq Qarabağa maliyyə yardımı ayırmağa davam etsə, konqresmenlər bu əraziyə səfər etmək hüquqlarının olduğunu hiss edəcək və tanınmamış əraziyə yenidən yollanacaqlar.

- ABŞ Rusiyanın vassalı olan dövləti maliyyələşdirir. Nümayəndələr palatasının Kaliforniyadan olan üzvü, demokrat Adam Şif həm də Nümayəndələr palatasının Kəşfiyyat İşləri üzrə Daimi Xüsusi Komitəsinin üzvüdür. Bu komitə Rusiyanın ABŞ-a təsirini araşdırır. Ermənistanı dəstəkləyən cənab Şif güzgüyə baxmalı, onun guya həll etməyə çalışdığı problemə Yerevanın dəstək verdiyini qəbul etməlidir. Bununla o, bu problemin həllinə töhfə verə bilər. Ermənistan Sovet İttifaqı, “soyuq müharibə” dövründə olduğu kimi, bu gün də Rusiyanın nüfuz dairəsindədir.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, “Rusiya ilə Ermənistanın mövqeyi bir-birinə yaxındır və ya üst-üstə düşür”. Ermənistanın dövlət başçısı Serj Sarqsyan öz növbəsində, xarici siyasətini Rusiyanın maraqlarına uyğunlaşdırdığını gizlətmir. Ermənistanın Los-Ancelesdəki konsulluğu Rusiya ilə müttəfiqlik əlaqələrinin və xüsusi əməkdaşlığın daha da dərinləşdiriməsini, gücləndirilməsini hədəflədiklərini bildirir. Bu, təəccüblü deyil. Çünki Ermənistanın ABŞ-dakı Baş konsulu olan Serqey Sarkisov Rusiya oliqarxıdır.

Ermənistanla Rusiya təkcə sözdə deyil, silahlarla da bir-birinə bağlıdır. Bununla yanaşı, Moskvanın Yerevanın hərbi sahədə manipulyasiyasını azaltdığı müşahidə olunur. Bununla yanaşı, Ermənistan sərhədləri və hava sahələri rus qoşunları və təyyarələri tərəfindən mühafizə edilir. Bu ilin fevralında Rusiya Ermənistana silah alınması üçün 200 milyon dollarlıq kreditin ayrılacağını vəd edib. Moskva İrana qədər uzanan regional enerji sistemində Ermənistandan əlaqələndici dövlət kimi istifadə edilməsi planını da ortaya qoyub.

Erməni generalı Yuri Xaçaturov “Putinin NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibidir. Rusiyanın nüvə başlıqları daşıya bilən “İsgəndər” ballistik raketlərinin ABŞ-ın NATO-dakı müttəfiqləri olan Baltikyanı ölkələrin ətrafında yerləşdirildiyini nəzərə alsaq, hadisələrin bu cür inkişafı ABŞ-ı da maraqlandırmalıdır.

Ermənistan Rusiyanın vassalı, Moskvanın qlobal gücünü artırması üçün gizli vasitədir. Bəs ABŞ niyə Dağlıq Qarabağa maliyyə ayırmaqla Ermənistanı dəstəkləməlidir?

Əgər söhbət ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa xarici yardım ayırmasından gedirsə, bu zaman Vaşinqtonun yeni planına ehtiyac var. Belə ki, ABŞ həm maliyyə, həm də mənəviyyat baxımından ağlabatan siyasət yürütməlidir. O, Dağlıq Qarabağ kimi tanınmamış, işğal edilmiş əraziləri deyil, real müttəfiqlərini dəstəkləməlidir. Bununla yanaşı, Vaşinqton Rusiyanın vassalı olan Ermənistanın qeyri-qanuni hərəkətlərini rədd edərək Moskvaya güclü mesaj verməlidir.

Düzdür, Dağlıq Qarabağa maliyyə yardımının dayandırılması ABŞ-ın xarici yardımının ümumi məbləğinə əhəmiyyətli təsir etməyəcək. Lakin bu, bütün dünyaya ünvanlanan adekvat cavab olacaq. Bu onu göstərəcək ki, əgər söhbət ABŞ-ın xərclərindən gedirsə, praktiklik və mənəviyyat məsələsi Vaşinqton üçün hələ də əhəmiyyət kəsb edir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az