21.01.2018 18:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Tarixi İpək Yolunu canlandıracaq ilk qatar Türkiyədən Azərbaycana yola düşüb

 
 



AKŞAM, Türkiyə
30.11.2017


Tarixi İpək yolunu canlandırmaq məqsədilə çəkilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Türkiyədən Azərbaycana ilk qatar Mersin vilayətinin Tarsus qəsəbəsindən yola düşüb.

BTQ-nin açılış mərasimi Azərbaycanın paytaxtı Bakıdan təxminən 90 kilometrlik məsafədə yerləşən Ələt limanında prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın dövlət başçısı İlham Əliyev, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Özbəkistan hökumətinin başçısı Abdulla Aripov, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə oktyabrın 30-da keçirilib. Rəsmi açılış mərasimindən sonra yeni dəmir yolu ilə hərəkətə başlamış, ilk dayanacağı Qarsdan sonra 1258 kilometrlik məsafəni 30 saatda qət edərək noyabrın 4-də Mersin deposuna çatmış qatar Azərbaycana qayıtmağa hazır vəziyyətə gətirilib. Kənd təsərrüfatı və tikinti məhsullarının yükləndiyi qatarın Tarsus qəsəbəsindəki Yenice stansiyasından yola düşməsi münasibətilə mərasim də təşkil olunub.

Türkiyə Dövlət Dəmir Yolu İdarəsinin baş direktoru Veysi Kurt Yenicə logistika mərkəzində təşkil olunmuş yolasalma mərasimindəki çıxışında BTQ-nin Türkiyə, Çin və Avropa arasında çox mühüm dəhliz yaratdığını bildirib. Bu dəmir yolu ilə ilk yük qatarının oktyabrın 30-da Azərbaycandan yola düşərək noyabrın 4-də Mersinə çatdığını xatırladan Kurt deyib: “Bu gün ölkəmizdən Azərbaycan və Türkmənistana ilk ixrac qatarını göndəririk. Bunun ölkəmizə və regionumuza xeyirli olmasını diləyirik. Bu qatar bir başlanğıc olması baxımından çox əhəmiyyətlidir. Qatarı Bakıya 75-80 saata çatdırmağı planlaşdırırıq. Bu, çox vacib zaman kəsiyidir. İxracatçılarımız və sənayeçilərimiz üçün Mersindən Bakıya hər hansı yükün bu vaxt ərzində çatdırılması çox önəmlidir. İnşallah, hədəfimiz 100 saat ərzində Türkmənistana çata bilməkdir. 180 saata isə Qazaxıstanın paytaxtı Astanaya çatmağı planlaşdırırıq. Bu qatarda yüklə dolu 32 konteyner var – kənd təsərrüfatı məhsulları və tikinti materialları. Bundan sonra da sənayeçilərimizin bu dost və qardaş ölkələrə daha dəyərli yüklərini nəql etmək istəyirik. Bu dəhliz dünyanın da diqqətini çəkən dəhlizdir. O, xüsusilə Çini Türkiyə vasitəsilə Avropaya birləşdirməklə, həm vaxt, həm iqlim, həm də qiymət üstünlüyü qazandırır”.

“Dünyanın da diqqətini çəkən dəhliz”

Mersin valisi Ali İhsan Su da Mersindən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola düşən qatarın Bakıya, daha sonra isə Aşqabada çatmasının Türkiyə üçün əhəmiyyətli olduğunu söyləyib. BTQ-nin ticarətin sürətli inkişafına töhfə olacağına inandığını deyən Su fikrini belə davam etdirib: “Bu, ilk olduğundan, qatarı xüsusi mərasimlə yola salmaq istədik. Bu xidmətlər ölkəmiz üçün çox böyük əhəmiyyətə və dəyərə malikdir. Prezidentimizə və zəhmət çəkmiş hər kəsə təşəkkür edirik”.

“Arkas Lojistik”in baş direktoru Onur Göçmez isə Türkiyədən yola salınan ilk qatara yüklərin yüklənməsinin məhz onlara qismət olmasından məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Orta Asiyada tıxanan yük daşımalarının bu şəkildə yüngülləşdirilməsi planlaşdırılır. “Gələndə taxıl və neft-kimya məhsullarının, gedəndə isə qida və inşaat mallarının daşınmasında ciddi həcmə nail olacağıq. Logistika və nəqliyyat sahəsində üzərimizə böyük iş düşür. Bu, dünyanın diqqət mərkəzində olan dəhlizdir. Məsələyə bir az strateji yanaşmaq lazımdır. “Arkas Lojistik” olaraq, bu işin bizə həvalə olunmasından məmnunuq”, - deyə o, bildirib.

2100 kilometrlik yol qət ediləcək

Malları Bakı və Aşqabada Mersində konteynerlərin yüklənməsini həyata keçirən “Arkas Lojistik” çatdıracaq. Malla dolu konteynerler Gürcüstanın Axalkalaki stansiyasında Türkiyə vaqonlarından Azərbaycan vaqonlarına keçiriləcək.

16 vaqonda 650 ton yüklə dolu 32 konteyneri aparan qatar ümumilikdə 2100 kilometr yol qət edecek.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AKŞAM


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az