21.01.2018 18:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
“Cənub Qaz Dəhlizi” Aİ-nin şərqində çoxtərəfli əməkdaşlığın canlı nümunəsidir

 
 



EurActiv, Aİ
01.12.2017


Bu yazı Azərbaycanın Belçikadakı səfirliyi tərəfindən “CEE Bankwatch”ın saytımızda dərc olunmuş məqaləsinə cavab olaraq göndərilib.

“Cənub Qaz Dəhlizi” layihəsinin ətraf mühitə təhlükə yaratdığı, Avropa ictimaiyyəti üçün əlverişsizliyilə bağlı hər hansı sübutlar ortaya qoya bilməyən “CEE Bankwatch”ın məqaləsinin yeganə məqsədi şayiələrlə əsassız ittihamları bir-birinə qarışdırmaqla Azərbaycanı gözdən salmaqdır.

Azərbaycanın 1990-cı illərdən başlayaraq yeni bağlantılar, boru kəmərlərinin tikintisi istiqamətində göstərdiyi real səylər, bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı strateji rolu Avropa İttifaqı (Aİ) tərəfindən tanınıb və təqdir edilib. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropaya alternativ mənbələrdən böyük həcmdə enerji resurlarının nəqlinin müjdəçisi olub. Bu konsepsiyanın əsası Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən qoyulub və həyata keçirilib.

Hazırda Azərbaycan Aİ-nın qaza olan tələbatının 5%-ni ödəyir. Bununla yanaşı, milyardlarla dollar dəyərə malik “Cənub Qaz Dəhlizi” sadəcə enerji təhlükəsizliyi ilə bağlı layihə kimi nəzərdən keçirilməməlidir. Bu, həm də Mərkəzi Asiyada Aİ bazarına çıxış imkanları axtaran digər tərəfdaşlar üçün etibarlı bağlantı təşəbbüsüdür.

Onun həyata keçirilməsinə cəlb olunmuş ölkələr, xüsusən Aİ-nın 2 üzvü, 2 namizəd ölkə, 1 assosiativ tərəfdaş və Azərbaycan arasında dinamik qarşılıqlı əlaqələr yaradan “Cənub Qaz Dəhlizi” “Şərq Tərəfdaşlığı”nda çoxtərəfli əməkdaşlığın canlı nümunəsidir.

“Cənub Qaz Dəhlizi” layihəsi Aİ və digər ölkələrdə minlərlə iş yerinin açılmasına töhfə verir, dövlətçiliyin, iqtisadi və sosial dayanıqlılığın gücləndirilməsilə, “Şərq Tərəfdaşlığı”nın məqsədlərinin həyata keçirilməsinə yardım göstərir.

“Cənub Qaz Dəhlizi”nin başlıca komponenti olan Transadriatik qaz kəməri (TAP) Yunanıstanda həyata keçirilən birbaşa xarici investisiya layihələrinin ən böyüyüdür. Bu,Yunanıstan üçün 1,5 milyard avrodan çox sərmayə və 8 min iş yeri deməkdir.

TAP-ın tikintisinin həyata keçirildiyi ölkələr layihə standartlarına əməl edilməsi üçün ətraf mühit, mədəni və ictimai irsin idarə olunması mexanizmlərini yaradıb. Bu mexanizmlər Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi strategiyasında öz əksini tapır.

Təbii mühitin qorunub saxlanılmasına nail olmaq məqsədilə tikintindən qabaq TAP və onun podratçıları ətraf mühit, sosial və mədəni irs amillərini ehtiva edən geniş və çoxistiqamətli araşdırmalar aparıb. Bununla yanaşı, bu kəmərin İtaliya ərazisindən keçən hissəsində hər bir zeytun ağacı diqqətlə müayinə olunub, kəmərsalma işləri başa çatdıqdan sonra yenidən yerləşdiyi ərazidə əkilməsi məqsədilə ehtiyatla müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.

TAP, həmçinin Balkan və Şimal-Şərqi Avropa ölkələrindən olan istehlakçılara daha yaxşı enerji tədarükünü təmin etməyə, o cümlədən kömürlə işləyən köhnəlmiş elektrik stansiyalarının əvəzlənməsi yolu ilə atmosferə buraxılan karbon dioksid tullantılarının miqdarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmağa yardım edəcək.

Aİ, həmçinin layihənin iştirakçıları “Cənub Qaz Dəhlizi”nin faydalarına şahidlik edir. Buna görə də onlar layihənin tam fəaliyyətini təmin edəcək əlverişli şərait yaratmağa sadiqdirlər. Avropa Yenidənqurma və İnkişaf Bankının layihəyə kredit ayırması ilə bağlı qərarı Aİ-nın layihəyə praqmatik yanaşmasından irəli gələn düzgün addımdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EurActiv


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az