13.12.2017 16:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Bu konqresmenlər mübahisəli ərazilərə səyahət edərək qanunları pozublar

 
 



THE DAILY CALLER, ABŞ
01.12.2017


Müəllif: Raul Loveri Kontreras

Bəzi konqresmenlər məsuliyyətsiz və qeyri-qanuni hərəkətlərilə özlərini çətin vəziyyətə salıb. Bununla, onlar qanundan yuxarı olduqlarını düşünürlər. Əgər konqresmenlər ABŞ dövlətinin uzun müddətdir həyata keçirdiyi rəsmi xarici siyasətə məhəl qoymurlarsa, buna görə cavab verməlidirlər.

Bəs xarici dövlətin ərazisinə qanunsuz səfər etməklə həmin dövlətin qanunlarını pozan qanunvericilərə münasibət necə olmalıdır? Konqresin 3 üzvü payızın əvvəllərində bu addımı atıb: Frenk Pallon (Nyu-Cersidən olan demokrat), Devid Valadao (Kaliforniyadan olan respublikaçı) və Tulsi Qabbard (Havay adalarından olan demokrat). Bu üç qanunverici ilk öncə Ermənistana, daha sonra isə, yəni sentyabrın 20-də Dağlıq Qarabağa səfər edib. Xatırladaq ki, Dağlıq Qarabağ regionu Azərbaycanla Ermənistan arasında münaqişəyə səbəb olub.

“Azadlıq” radiosunun məlumatına görə, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri “Frenk Pallon, Devid Valadao və Tulsi Qabbardın Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etdiklərini” bəyan edib. “Bununla, onlar Azərbaycan qanunlarını pozublar. Nəticədə onların adları Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil edilib”, - deyə mətbuat katibi qeyd edib.

Rəsmi Bakı Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu, onun Ermənistan tərəfindən qeyri-qanuni işğalı edildiyini bəyan edib. Demək, konqresmenlər Azərbaycan sərhədlərini qeyri-qanuni keçərkən və rəsmi Bakının icazəsi olmadan işğal altındakı ərazilərə səfər edərkən, ABŞ-ın müttəfiqi olan ölkənin qanunlarını və beynəlxalq hüquq normalarını kobud şəkildə pozublar. Bəs bu qanunvericilər rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazisinə niyə səfər edib?

Qeyd edək ki, ABŞ-da cəmi təxminən 1,5 milyon erməni yaşayır. Bəs niyə bu amerikalı konqresmenlər Ermənistana səfərlərləri zamanı yollarından dönərək Dağlıq Qarabağa üz tutub? Onların ABŞ-ın hərbi müttəfiqi olan Azərbaycanı təhqir etməsinə nə ehtiyac var idi?

F.Pallon, D.Valadao və T.Qabbard bu səfərlə ABŞ iqtisadiyyatının inkişafına yardım göstərəcəklərini, Ermənistanla ABŞ arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəklərini düşünürlərsə, yanılırlar. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin dünya ölkələri haqda məlumat bazasında Ermənistan iqtisadiyyatı 138-ci yerdə göstərilib. Bu ölkə Zimbabve (133) və Papua-Yeni Qvineyadan (134) aşağıda, Haitidən (147) isə bir az yuxarıda yerləşir. Müqayisə üçün qeyd edək ki, Meksika siyahıda 20-ci yerdədir.

İndi, ABŞ qanunvericisi arzuolunmaz şəxslərin siyahısına düşdüyü üçün ABŞ-ın hərbi mütəffiqi olan ölkəyə səfər edə bilmir. Təsəvvür edin ki, İngiltərə parlamentinin üzvləri keçmişdə konfederatların paytaxtı olan Riçmond şəhərinə (Virciniya ştatı) səfər edərdilərsə, ABŞ hökuməti bunu necə qarşılayardı? Əgər həmin şəxslər separatçı bölgəyə səfər edərək ABŞ qanunlarını pozardılarsa, rəsmi Vaşinqton hansı addımı atardı? 

Beləliklə, konqresmenlərin Azərbaycanın hər hansı bölgəsinə rəsmi Bakının icazəsi olmadan səfər etməsini əngəlləyəcək ciddi səbəblər var.

1. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra da Azərbaycan ərazisi olub. Dağlıq Qarabağda ermənilər tərəfindən Azərbaycandan ayrılmaq məqsədilə keçirilmiş “referendum” konfederatların 1861-ci ildə ABŞ-dan ayrılmaq üçün atdıqları addım kimi, qanunsuzdur.

2. Ölkə ərazisinə rəsmi Bakının icazəsi olmadan qeyri-qanuni səfərlər həmin insanların legitim rejim tərəfindən arzuolunmaz şəxslər siyahısına daxil edilməsilə nəticələnəcək.

3. Azərbaycan ABŞ-ın hərbi müttəfiqidir, Ermənistan isə yox. Azərbaycan Əfqanıstanda yalnız hərbçilərilə iştirak etmir. Bakı ABŞ-a hava məkanından tranzit kimi istifadə etmək imkanı verir, Əfqanıstana gedən yolda amerikalı hərbçilərə yardım göstərir. Ermənistan bunu etmir. 2002-ci ildən etibarən ABŞ yüklərinin və personalının 40%-i Əfqanıstana məhz Azərbaycan üzərindən uçur.

4. Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Rusiyanın Ermənistanda 5 min hərbçinin olduğu böyük hərbi bazası var. Ermənistanın Türkiyə və İranla sərhədini də ruslar qoruyur, bu ölkənin hava məkanına ruslar nəzarət edir. Bir sözlə, Ermənistan silahlı qüvvələri Rusiya ordusunun ayrılmaz hissəsidir. ABŞ isə Rusiyanın Ukraynada, Gürcüstanda, yaxud Dağlıq Qarabağdakı adamlarının hakimiyyətini tanımır.

5. Antidiffamasiya Liqası Ermənistanı Avropada ikinci antisemit ölkə kimi qəbul edir.

Odur ki, F.Pallon, D.Valadao və T.Qabbard birbaşa Azərbaycana uçmaqla, 2017-ci ildə ABŞ-ın “Boeing” şirkətindən 1,1 milyard dollar dəyərində təyyarələr almış “Azərbaycan Hava Yolları” şirkətinə təşəkkür etməlidirlər. Bu təyyarələr Cənubi Karolina və Vaşinqton ştatlarında istehsal edilir. Bu səfər ABŞ-a daha çox fayda gətirərdi.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE DAILY CALLER


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az