13.12.2017 16:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Azərbaycan və Qafqaz şiələrinin ən böyük məscidi inək və donuz tövləsinə çevrilib! - FOTO

 
 



ANAJ, İran
06.12.2017


Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, 20%-lik ərazisinin erməni daşnakları tərəfindən işğal edilməsindən sonra Azərbaycan şiələrinin tarixi Şuşa şəhərində yerləşən ən böyük məscidi İslam düşmənləri tərəfindən inək və donuz tövləsinə çevrilib.

Cənubi Qafqaz regionunda ermənilərlə müsəlmanlar arasında 1988-ci ildə başlamış etnik qarşıdurmalar Qarabağda yaşayan ermənilərin Azərbaycandan birtərəfli qaydada ayrılmaq iddiaları ilə 1991-1994 cü illər ərzində qanlı müharibə ilə nəticələnib. Bu müharibənin toxumları hələ bədnam “Gülüstan” və “Türkmənçay” müqaviləlrinin imzalanması, Osmanlı, İran torpaqlarına səpələnmiş ermənilərin ruslar tərəfindən Cənubi Qafqazda və digər müsəlman ərazilərində yerləşdirilməsilə, bölgədə erməni əhalinin sayının artırılması məqsədilə səpilmişdi.

Bu ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsi siyasəti sonralar Sovet hakimiyyəti dövründə də davam etdirilib. Nəticədə Stalinin imperialist siyasəti nəticəsində İrəvan, Zəngəzur, Göyçə və Dağlıq Qarabağ bölgəsi öz islami simasını itirərək, erməni bölgələrinə çevrilib.

Bu dəyişikliklərin piki Stalin dövründə, Zəngəzur mahalının Ermənistan Sosialist Respublikasına birləşdirilməsi, eləcə də Azərbaycan Sosialist Respublikasının tərkibində Qarabağ ermənilərinə muxtariyyət statusunun verilməsilə həyata keçirilib.

1991-ci ildə Qarabağda müharibə başlayarkən rus ordusunun burada yaşayan ermənilərə tam və hərtərəfli dəstəyilə Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam), ümumilikdə Azərbaycan ərazisinin 20%-i erməni daşnakları tərəfindən qəsb olunub.

Sonralar BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan ərazilərinin ermənilər tərəfindən qeyd-şərtsiz boşaldılmasına dair 4 qətnamə qəbul etsə də, buna əməl olunmayıb. 1994-cü ildə tərəflər arasında kövrək atəşkəs sazişi imzalanıb və o vaxtdan keçən 27 ildə BMT-nin tələbləri yerinə yetirilməyib.

İran İslam Respublikası münaqişənin başladığı dövrdən Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb, əhalisinin böyük əksəriyyəti şiə olan bu müsəlman ölkəsinin parçalanmasını əsla qəbul etməyib.

İran İslam Respublikasının bu məsələ ilə bağlı rəsmi mövqeyinə baxmayaraq, ölkənin “Şərq” qəzetinin 02.12.2017-ci il tarixli buraxılışında Salar Seyfəddini adlı şəxsin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsilə bağlı “Sülh sazişinin bağlanmasından çox uzaqlaşmışıq” adlı məqaləsi dərc olunub. Yazıda özünü qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” adlandıran Masis Mayilyan adlı şəxslə qısa müsahibə yer alıb və bununla da, bir müsəlman ölkəsinin parçalanması faktiki olaraq müdafiə olunub.

Bu müsəlman torpaqlarında hazırda inək və donuz tövləsinə çevrilmiş Şuşa məscidinin görüntüləri bəlkə bu kimliyi bəlli şəxslərin və KİV-in dini hisslərini, qeyrətini bir az cuşa gətirər...

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az