20.10.2018 20:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycan dolmanı UNESCO-nun Dünya irsi siyahısına daxil edib

 
 



KHABARONLINE, İran
08.12.2017


UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci illik toplantısında Azərbaycanın ənənəvi dolma yeməyi qurumun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

UNESCO-nun 4-9 dekabrda Cənubi Koreyada keçirilən toplantısında müxtəlif ölkələrdən ümumilikdə 35 əsər dünya irsi siyahısında qeydə alması üçün müzakirəyə çıxarıb. Azərbaycan “bir mədəni kimlik göstəricisi olan dolmanın bişirilməsi və paylaşılması ənənəsi” adlı əsərini qurumun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil etməyə nail olub.

İllik toplantıda Ermənistan tərəfindən “Köçəri” kollektiv rəqsi, Banqladeş tərəfindən xalça üzərində “Şital Pati” ənənəvi toxuma sənəti, Boliviya tərəfindən Alesita mədəni tədbiri zamanı La Paz şəhərində mərasim gəzintisi, Bosniya və  Herseqovina tərəfindən “Konjic” ağac üzərində oyma sənəti və Bolqarıstan tərəfindən 1 mart mədəni tədbiri Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

İran bu il Çovqan oyununu fərdi, kamançanı isə Azərbaycanla birlikdə Dünya irsi siyahısına təqdim edib. Lakin hələ onların müzakirə olunması növbəsi çatmayıb.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: KHABARONLINE


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az