20.07.2018 18:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Bakıda Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb - VİDEO

 
 



ROSSİYA 24, Rusiya
08.12.2017


Müəllif: Yekaterina Kaduşkina

Bakıda 23-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi açılıb. Sərgidə 20 ölkədən 192 şirkət iştiriak edir. Onların arasında aparıcı kommunikasiya şirkətləri, mobil operatorlar, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri var. Şirkətlərin üçdə biri sərgidə ilk dəfə iştirak edir. Forumun qarşıya qoyduğu məqsəd və vəzifələri Yekaterina Kaduşkina araşdırıb.

Yekaterina Kaduşkina (Müxbir): “Azərbaycan qonaqpərvərlik və turizm deməkdir. Buraya gəlib “Brilyant əl” filminin məşhur səhnəsinin çəkildiyi yeri görmək, il boyu dadlı meyvə və tərəvəzləri dadmaq olar. Azərbaycan dinamik inkişaf edən ölkədir və onun informasiya texnologiyaları sahəsində də təklif ediləsi çox şeyi var”.

Bu “gücləndirilmiş reallıq” eynəyi oyun və əyləncə üçün deyil – Bakılı cərrahlar ondan əməliyyat zamanı istifadə edir. Onun köməyilə onkoloji xəstəlik, idman zədəsi və ya avtomobil qəzası zamanı zədələnmiş üz-çənə nahiyyəsinə implant yerləşdirilir. “3D” təsvirin vasitəsilə həkim insanın dərisinin altına nüfuz edir, sinirləri və ya kəllə sümüyünü görə bilir. Beləliklə, əməliyyatın dəqiqliyi artır, müddəti azalır.

İsmayıl Fərzəliyev (Azərbaycan Tibb Universitetinin Üz-Çənə Cərrahiyyəsi Kafedrasının assistenti, tibb elmləri namizədi): “Biz hamımız anatomiya kursu keçmişik və hər bir xəstənin fərdi anatomiyasını təsəvvür edə bilərik. Lakin əməliyyat zamanı həmin anatomiyanı bu texnologiyalar vasitəsilə görmək şansı fantastika və ya həyata keçmiş xəyal deməkdir”.

“Bakutel”də əyləncələrə də yer verilib. Bu il Azərbaycana Rusiyanın “online” serial servisi də gəlib. İndi, bütün seriallara qanuni yolla və yaxşı keyfiyyətdə baxmaq mümkündür. Şirkət Azərbaycan hökumətilə piratçılığa qarşı qanunvericiliyi təkmilləşdirməyin yollarını müzakirə etmək və əlbəttə ki, bütün dünyanın izlədiyi serial qəhrəmanlarının Azərbaycan dilində danışmasını təmin etmək niyyətindədir.

Denis Qorşkov (AMEDİA TV şirkətinin baş direktoru): “Burada daha çox türk seriallarına baxırlar, çünki onların dilləri çox oxşardır. Sözsüz ki, bizim layihələrə də maraq böyükdür. “Taxtların oyunu” hər yanda nömrə 1-dir və Azərbaycan da istisna deyil. Dünən biz ilk dəfə “Taxtların oyunu”nun qəhrəmanlarının Azərbaycan dilində danışdığını eşitdik”.

Rusiya ilə Azərbaycan texnologiya sahəsində əməkdaşlıqda maraqlıdırlar və bu tərəfdaşlıq artırılacaq. Bütün bu məsələlər Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın rabitə naziri Nikolay Nikiforovun görüşündə də müzakirə edilib.

Nkolay Nikiforov (Rusiya Federasiyasının rabitə və kütləvi texnologiyalar naziri): “Biz informasiya təhlükəsizliyi məsələlərini, proqram təminatı sahəsində ayrı-ayrı təhcizatçılardan və ya ölkələrdən asılılığın aradan qaldırılması yollarını müzakirə etdik. Hər iki ölkədə bununla bağlı müəyyən işlər görülür”.

Rusiyalı nazirə sərginin ən maraqlı layihələri nümayiş etdirilib. Məsələn, “Elektron hökumət” portalı. Burada nikahı qeydiyyatdan keçirmək, cərimələri yoxlamaq və hətta “online” mühazirələr dinləmək olar. Üstəlik, hər il portala yeni imkanlar əlavə edilir.

Cəmşid Naxçıvanski (“Elektron hökumət” portalının koordinatoru): “İndiyədək bizim servisə 58 milyon müraciət daxil olub. Bu rəqəm portala tələbatın böyük olduğunu göstərir. Hər gün onun xidmətlərindən 65 min insan istifadə edir”.

“Bakutel” artıq 23-cü dəfədir keçirilir. Hər dəfə olduğu kimi, bu il də sərgidə 20-dən çox ölkə iştirak edir. Qonşu Türkiyə, Gürcüstan və Belarusdan tutmuş, Finlandiya, Fransa, Kanada və Amerikayadək. Burada işgüzar görüşlər keçirilir, müqavilələr bağlanır və texnologiyaların həyatı necə asanlaşdırdığı nümayiş olunur. İndi, sənədlər də “online” doldurulur, mürəkkəb əməliyyatlar isə fantastik tətbiqlərin köməyilə həyata keçirilir.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSSİYA 24


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az