20.07.2018 18:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
“Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”

 
 



168hours, Ermənistan
11.12.2017


Müəllif: Araks Martirosyan

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində üstünlük qazanmaqda maraqlıdır. Odur ki, Türkiyənin bu prosesə cəlb edilməsi Moskva üçün arzuolunmazdır. Çünki Türkiyə gözlənilmədən Rusiyanın bu məsələdəki monopoliya təşəbbüsünü əngəlləyə, əsas rolu tədricən öz əlinə keçirə bilər”.

Bunu sabiq amerikalı diplomat Pol Qobl Nalbandyan-Məmmədyarov görüşünu və ümumiyyətlə, danışıqlar prosesini 168.am saytına şəhrh edərkən bildirib.

“Türkiyə prosesə müdaxiləni davam etdirəcək. Amma güman ki, bu müdaxilə yalnız aprel hadisələrində olduğu şəkildə, yəni münaqişənin yenidən alovlanacağı təqdirdə baş verəcək. Danışıqlar prosesini öz nəzarətlərində saxlamaq istəyən Rusiya ilə ABŞ Türkiyənin prosesə ciddi müdaxiləsinə imkan verməyəcək”, - deyə o, qeyd edib.

ABŞ dövlət katibinin münaqişənin həllilə bağlı son bəyanatlarınına da münasibət bildirən Qobl son zamanlar Vaşinqtonun bu məsələdə çox passiv olduğunu düşünür. Onun fikrincə, ABŞ yenidən fəallaşmaq üçün təmas xəttində xüsusi tədbirlərin həyata keçirilməsində maraqlı ola bilər: “Təhlükənin qarşısının alınması üçün bu 3 ölkənin yekdil mövqeyi vacibdir. Bununla yanaşı, mən hələ bu məsələdə irəliləyiş imkanları görmürəm”.

Sabiq diplomat hesab edir ki, istənilən halda, nazirlər və prezidentlər görüşməli, ATƏT-in Minsk qrupu işləməlidir: “Amma hələlik dəyişən bir şey yoxdur. Düşünürəm ki, Rusiya bundan sonra da Azərbaycanı ələ almağa çalışacaq. Bu məsələyə həssas yanaşmaq lazımdır”.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 168hours


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az