20.10.2018 20:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Alfred Nobelin Azərbaycanla əlaqəsi

 
 



Əl-Cəzirə, Qətər
12.12.2017


Müəllif: Aysəba Umudlu

Nobel Sülh mükafatı 1901-ci ildə, yəni ilk dəfə təltif olunduğu gündən etibarən 131-dən çox laureata verilib. Ancaq bu il də dekabrın 10-da İsveçdə verilmiş bu mükafatın Azərbaycanın qədim neft sənayəsi ilə qeyri-adi əlaqəsinin olduğunu az adam bilir.

Mükafat isveçli kimyaçı Alfred Nobelin şərəfinə adlandırılıb. Qeyd edək ki, o, yüzlərlə patentin sahibi və dinamitin ixtiraçısı kimi də tanınır.

A.Nobel 1896-cı ildə vəfat edib. Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırovun sözlərinə görə, o, ölümündən qabaq bu mükafatın maliyyələşdirilməsi üçün 265 milyon dollar vəsait ayırıbmış. Bakı Nobel İrsi Fondunun sədri deyir ki, vəsaitin çox hissəsi Azərbaycan neftinin hasilatından əldə olunub.

“Odlar yurdu”

Cənubi Qafqaz regionunda, Xəzər dənizinin sahilində yerləşən Azərbaycan zəngin neft və qaz ehtiyatlarına görə “Odlar yurdu” kimi tanınır. Azərbaycan hökuməti hesab edir ki, ölkənin 3 trilyon kubmetrlik qaz ehtiyatı var.

A.Nobelin böyük qardaşı Robert Azərbaycana ilk dəfə 1873-cü ildə gəlmişdi. “New-York Times”ın məlumatına görə, qardaşı Lüdviq Roberti həmin dövrdə Çar ordusunda istifadə olunan, bu ailəsinin istehsal etdiyi tüfənglərin hazırlanmasında istifadə olunan qoz ağaclarını tapmaq məqsədilə Rusiyaya göndərmişdi. Onların atası Emmanuel isə ailəsi ilə Sankt-Peterburqa köçərək, 1853-1856-cı illərdə Krım müharibəsində istifadə olunan hərbi texnikanin istehsalına başlayıbmış.

Lakin müharibə başa çatdıqdan sonra ailə maliyyə problemləri ilə üzləşərək müflis olur. Bundan sonra, Emmanuel həyat yoldaşı və oğlu Alfred ilə birgə İsveçə qayıdır. Onlar İsveçdə nitroqliserin fabrikinin əsasını qoyur, daha sonra isə dinamiti ixtira edirlər.

Ancaq məhz Robert Nobel Azərbaycanda neft biznesinin potensialını görə bilir.

“Villa Petrolea”

Robert Bakıda kiçik neftayırma zavodu alır. 1879-cu ildə isə o, Lüdviq ilə birlikdə Bakıda neft hasilatını həyata keçirən “Branobel” neft şirkətinin əsasını qoyur.

T.Bağırovun “Əl-Cəzirə”yə bildirdiyinə görə, arxiv sənədləri Nobel Fondunun fəaliyyətə başlaması üçün istifadə olunmuş vəsaitin 20-22%-nin Alfredin neft şirkətindəki səhmlərindən gəldiyini göstərir.

Nobel qardaşları həmçinin, bütün Rusiya boyu neft anbarları inşa etdirir. “Times” yazır ki, onlar Bakı şəhərinin Avropa, Çin, Hindistan və İran bazarları üçün əsas neft və neft məhsulları mənbəyinə çevrilməsinə yardım göstəriblər.

Əslində, Nobel ailəsi tərəfindən ilk mükafat Lüdviqin ölümündən sonra, 1888-ci ildə Sankt-Peterburqda yaradılıb. Lüdviq Nobel mükafatı neft və metallurgiya sahələrində naliyyətləri qiymətləndirmək məqsədilə Rusiya İmperatoru Texniki Cəmiyyəti tərəfindən təsis edilib. Bu mükafat 1900-cü illərin əvvəllərinə, yəni Rus inqilabının başlanmasına qədər 3 dəfə verilib.

“Branobel” neft şirkətinin baş ofisi olan “Villa Petrolea” paytaxt Bakıda tikilmişdi və qardaşlar təxminən 45 il orada yaşayıb. “Villa Petrolea” Bakı Nobel İrsi Fondu tərəfindən bərpa edildikdən sonra hazırda Nobellərin həyatını işıqlandıran muzey kimi fəaliyyət göstərir.

İmicin yaxşılaşdırılması

Nobelin eyni zamnda həm sülh mükafatının yaradıcısı, həm də dinamitin ixtiraçısı olması ziddiyyətli görünür və bu məsələ çoxlarını maraqlandırır. T.Bağırovun sözlərinə görə, bu mükafatın əsasında elm, yenilik və sülhü dəstəkləmək arzusu dayanırdı: “Ancaq bu mükafatın digər yaranma səbəbi Nobelin öz imicini yaxşılaşdırmaq və elm adamlarına dəstək olmaq istəyilə bağlı idi”.

Bu il Nobel Sülh mükafatı “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya”  təşkilatına təqdim olunub

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəzirə


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az