26.04.2018 01:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Ermənistanın işğal olunmuş Qarabağdakı destruktiv addımları

 
 



ANAJ, İran
14.12.2017


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısındakı çıxışında Qarabağın cənubunda yerləşən Cəbrayılrayonunda ermənilər tərəfindən kilsə inşasına etiraz edib.

ATƏT Xarici İşlər Nazirləri ŞurasınınVyanada keçirilən 24-cü toplantısında Məmmədyarov deyib: “Bölgədəki bəzi qüvvələrin münaqişə zonasında status-kvonun dəyişdirilməsi istiqamətində zəruri siyasi addımları atmaması narahatlıq doğurur”.

“Rəsmi Yerevan qeyri-konstruktiv addımları ilə hər kəsə göstərir ki, o, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki dəyişikliyə, hərbi işğalın möhkəmləndirilməsinə cəhd edir, beynəlxalq müşahidəçilərin buna göz yummasına çalışır”, - deyə o, bildirib.

Elmar Məmmədyarov deyib: “1993-cü ildə baş vermiş işğaldan əvvəl sırf azərbaycanlıların yaşadığı Cəbrayıl rayonunda kilsənin açılması Ermənistantərəfindən beynəlxalq normaların və insan haqlarının kobud şəkildə pozulmasıdır. Ermənistan bu distruktiv addımları ilə yanaşı, işğal olunmuş ərazilərəbeynəlxalq təşkilatların nümayəndə heyətlərinin ezam edilməsinə dair təkliflərimizə də etiraz edir.Ermənistanın işğal olunmuş ərazilərdə son hərbi təlimləri və digər anoloji addımları sülhə nail olunması səylərinə ziddir. Minsk qrupu və onun həmsədrləri belə hallarla bağlı hərtərəfli tədbirlər görməlidir”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az