20.07.2018 18:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Azərbaycan – tələbələr üçün qonaqpərvər ölkə

 
 



Mantes Actu, Fransa
15.12.2017


Müəllif: Aboubakri N’diaye

Bu yaxınlarda aparılmış araşdırma zamanı məlum olub ki, fransalı tələbələrin 22%-i xaricdə təhsil almağı düşünür. Onların böyük əksəriyyəti bunun üçün ERASMUS kimi Avropa proqramlarından yararlanmağı planlaşdırır.

Bu gənclərin ən böyük motivasiyası ingilis dili biliyini yaxşılaşdırmaq, öz CV-lərinə böyük beynəlxalq şirkətlər tərəfindən daim yüksək qiymətləndirilən xarici təcrübəni qeyd etməkdir.

“…biz Fransanı və fransız gənclərini sevirik…”

Son illərdə Azərbaycan gənclər mübadiləsini və Fransa universitetlərilə tərəfdaşlıq əlaqələrini xeyli inkişaf etdirib. Renn və Strasburq universitetləri ilə tərəfdaş olan UFAZ-ı (Fransız-Azərbaycan Universiteti) buna misal göstərmək olar.

Fransa nümayəndə heyətinin tərkibində yer alan “Mantes Actu” portalının redaksiya heyəti UFAZ-a, həmçinin Bakı Diplomatik Akademiyasına (Fransadakı Milli İdarəçilik Məktəbinin ekvivalenti) səfər edib.

Bizi ilk öncə bu ölkənin Fransaya olan sevgisi təəccübləndirdi. Fransa Azərbaycanın müstəqilliyini tanımış ikinci ölkədir (1991-ci il dekabrın 31-də). Burada hər müzakirədə və görüşdə əhali fransızlarla bağlı tərif deməkdən çəkinmir. Diplomatik Akademiyanın rektoru isə “biz Fransanı və fransız gənclərini sevirik” deyir. Bu təhsil ocağı xarici tələbələrin təhsil, yerləşmə, səfər və s. xərclərini tam ödəyir.

Qeydiyyat www.ada.edu.az internet saytı üzərindən aparılır. Əvvəlcə qeydiyyat vərəqəsini doldurmaq lazımdır. Əgər tələbənin səviyyəsi təhsilini davam etdirmək üçün kifayət edirsə, namizəd “Skype” vasitəsilə danışığa dəvət olunur. Bu, onun qeydiyyatını tam olaraq təsdiqləməyə imkan verir.

Yeni və innovativ infrastruktur

Buraya gələn tələbələr təhsillərini ən müasir avadanlıqlarla təchiz olunmuş yeni infrastrukturlarda davam etdirir. Son illər ərzində Bakıda belə binaların demək olar ki, hamısını bərpa edilib, yeni texnologiyalarla tam təchiz olunub.

Səfər zamanı biz 115 kvadratmetr sahəsi olan mənzilini iki tələbə qızla (finlandiyalı və amerikalı) bölüşən Marionla söhbət etdik. Şəhərə tezliklə uyğunlaşan Marion 2 milyon əhalisi olan paytaxtda zəngin tələbə həyatının və çox sayda mədəniyyət, idman mərkəzinin olduğunu dedi.

Azərbaycanın öz rəsmi dilinin olmasına baxmayaraq, Qafqazın bu ölkəsidə universitet proqramı tamamilə ingilis dilində təşkil edilib. Bu gün bakılıların demək olar ki, hamısı ingilis dilində danışır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mantes Actu


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az