23.06.2018 02:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın ürəyində ticarəti canlandıracaq vacib amildir

 
 



EL OBSERVADOR, Uruqvay
18.12.2017


Müəllif: Emin İbrahimov (Azərbaycan Respublikasının Uruqvaydakı müvəqqəti işlər vəkili)

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması qədim İpək Yolu marşrutunun bərpası istiqamətində görülən işlər sırasında vacib yer tutur.

Bu yaxınlarda Uruqvay İxracatçılar İttifaqı tərəfindən təşkil edilmiş, Uruqavay üçün potensial xarici bazarlara həsr edilmiş maraqlı bir tədbirdə iştirak imkanım oldu. Bu çərçivədə xüsusi qeyd edilən regionlar sırasında Qafqaz və Orta Asiya da var idi. Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəsi olaraq, məmnuniyyətlə qeyd edirəm ki, mənim ölkəmə və ümumilikdə bizim regionumuza maraq artmaqdadır. Biz əhalisi 100 milyon nəfərdən artıq olan bir region haqqında danışırıq. Biz dünyaya açılmağa səy göstərən gənc ölkələrik.

Bu mövzuda danışarkən, Avrasiyanın ürəyində ticarət imkanlarını daha da genişləndirəcək, bu yaxınlarda açılışı olmuş bir nəqliyyat layihəsini də qeyd etmək istərdim. Söhbət oktyabrın 30-da açılış mərasimi keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən gedir. Faktiki olaraq bu, artıq Asiya ilə Avropa arasında ən qısa dəmir yolu marşrutudur.

Bakı-Tbilisi-Qars dəmir yolunin tikintisinin başa çatması, qədim İpək Yolunun, Avropa ilə Asiya arasında ticarət yolları şəbəkəsinin bərpası istiqamətində göstərilən səylərin bir hissəsidir. Tarixən belə olub ki, İpək Yolunun ən funksional xətlərindən biri Qafqazdan keçib. Lakin XV-XVI əsrlərdə yeni dəniz yollarının açılması ilə o, öz aktuallığını itirib. “Soyuq müharibə”nin sonunadək vəziyyət belə qalıb və tarixi marşrutun bərpası üçün heç bir ciddi cəhd edilməyib. Lakin ötən əsrin sonuncu onilliyindən başlayaraq, tarixi marşrutun bərpası istiqamətində Avropa İttifaqının TRASECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) proqramının icrasına, Çinin “Bir kəmər, bir yol”, Əfqanistandan Türkiyəyə doğru “Lapiz Lazuli” kimi vacib təşəbbüslərinə başlanılıb. Bakı-Tbilisi-Qars dəmir yolunu bu təşəbbüslərin davamı kimi də qiymətləndirmək olar.

Bakı-Tbilis-Qars sayəsində qatarlar Londondan birbaşa Pekinə hərəkət edə biləcək. Çindən yüklənən məhsullar bu marşrutla 15 gün ərzində Avropaya çata bilər. Bu yol dəniz marşrutu ilə müqaisədə 2 dəfədən artıq daha sürətli, qiyməti isə hava yolundan 2 dəfədən artıq ucuzdur. İlkin olaraq bu dəmir yolu ildə 6,5 milyon ton yük, 1 milyon sərnişin daşıya biləcək. Hesabalamalar göstərir ki, növbəti illərdə bu rəqəmlər 17 milyon ton yük və 3 milyon sərnişinədək yüksələcək.

Bu arada Azərbaycnın Xəzər dənizi sahilində tikilmiş yeni liman Bakı-Tbilis-Qars dəmir yolunun əminliklə fəaliyyət göstərməsini təmin edən əsas amillərdən biri olacaq. Qatarlar Bakıdakı limana çatan kimi, bərə vasitəsilə Xəzər dənizini keçərək, Çinədək gedə biləcək. Əlbəttə, həm də əksinə.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı həm regional subyektlər, həm də regiondan kənar güclər tərəfindən müsbət qiymətləndirilib. Logistikanın koordinasiyası və infrastrukturun yaxşılaşması ilə bərabər, daha yaxşı əlaqələrin qurulması ilə yeni kommersiya, böyük ticarət imkanları yaradacaq yeni dəmir yolu dəhlizinin açılışını Avropa İttifaqı da dəstəkləyir. Avropa İttifaqı bəyan edib ki, “bu layihə Avropa ilə Asiya arasında İpək Yolu boyunca möhkəm quru əlaqəsini təmin edəcək”.

Bakı-Tbilisi-Qars dəmir yolu Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı Tbilis-Ərzurum qaz boru xəttindən sonra Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi üçüncü böyük layihədir. Bundan başqa, hazırda bu ölkələr Şərq-Qərb xətti boyunca “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması istiqamətində də əməkdaaşlıq edir. Məqsəd Azərbaycan qazının Avropaya ixracıdır. Yalnız Ermənistan, Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi səbəbindən regiondakı bütün nəqliyyat və enerji layihələrindən kənarda qalır.

Hesab edirəm ki, Bakı-Tbilis-Qars dəmir yolunun işi Yeni İpək Yolunun bir hissəsi olaraq, Uruqvay kimi özünün ticarət imkanlarını şaxələndirmək istəyən ölkələr üçün də əlavə imkanlar yarada bilər.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EL OBSERVADOR


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az