20.10.2018 20:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
İpək Yolu üzərindəki Azərbaycanda xristian kilsələri

 
 



LaCroix, Fransa
19.12.2017


Müəllif: Paula Buaye

Böyük Qafqaz dağlarının cənub hissəsində qədim Albaniya Krallığının qalıqları yerləşir.

Böyük Qafqaz dağların ətəyində meyvə bağları bir-birini əvəzləyir. Payızda burada piştaxtalar alma, armud, nar, üzüm, mürəbbələr, həmçinin qəribə şəffaf dördbucaqlı meyvə marmalatları ilə dolu olur. Saperavi kimi məşhur üzüm sortlarından qiymətli nektar əldə etmək mümkündür. Burada göyə ucalan qala qalıqları onların keçmiş qoruyucu rolunu xatırladır, yaşayış məntəqələri özü-özlüyündə bir memarlıq xəzinəsidir.

Azərbaycanın Bakıdan sonra ikinci zəngin şəhəri olan yeni Qəbələ İpək Yolunun üzərində strateji mövqeyə malik olmuş köhnə şəhərdən bir neçə kilometr aralıda tikilib. Köhnə adı Kabalaka olmuş şəhər qafqazlılar tərəfindən makedoniyalı İsgəndərin imperiyasının dağıntıları üzərində eramızdan bir neçə əsr əvvəl yaradılmış Qafqaz Albaniyasının paytaxtı olub. Bu krallıq öz mövcudluğunu IX əsrdə ərəb işğallarına qədər qoruyub saxlaya bilib. Qafqaz Albaniyasının əhalisi olan udinlər özlərinə məxsus dildə danışırdı və xristian idilər. Bunu son zamanlar buradakı kilsələrə ziyarətə gələnlərin sayının artmasından da görmək mümkündür. Hazırda bu bölgədə müsəlmanlar əhalinin 50%-ni təşkil edir.

Qədim Albaniya Krallığının qalıqları

Corati kilsəsini götürək. Daşdan tikilmiş və yüksək zövqlə təmir edilmiş kilsə dik zəng qülləsinə malikdir. Zaldakı fotoşəkillər xristian icmasının mövcudluğunu və ənənələrinə sadiq qaldığını göstərir. Əvəzində, məsələn, Bulunda (Rusiya, Yakutiya – red.) qəbiristanlığın yaxınlığında yerləşən qübbəli gözəl kilsə pis vəziyyətdədir. Udi icması onu təmir etmək üçün vəsait tapmır.

Bir qədər kənarda 700 metr yüksəklikdə yerləşən Şəki (200 min sakini var) də əvvəllər İpək Yolunun keçdiyi məkanlardan olub. Bunu rayondakı iki karvansaray da sübut edir. Şəki gözəl mənzərələri, keyfiyyətli Şərq şirniyyatları, öz sənətkarlığı və memarlığına görə məşhur istirahət məkanlarından biri olub.

Buradakı saraya gəlincə, o, XVIII əsrdən qalma cavahiratdır. Saraydakı çoxrəngli şüşələr, bir-birinə mismarsız bərkidilmiş taxta parçalarından ibarət tavanlar, çiçək və heyvan motivləri əsasında işlənmiş freskalar, həmçinin döyüş səhnələri (2 min insanın iştirakı ilə) fars miniatürlərindən ilhamlanaraq yaradılıb. Bura Şəki xanlığının banisi, şair, Müştaq ləqəbli Çələbi xanın yay iqamətgahı olub.

Zərdüştilik məbədinin yerində 313-cü ildə inşa edilmiş kilsə isə bir neçə dəfə genişləndirilib və XII əsrdə onun üzərində qübbə tikilib. Kilsənin altındakı sərdabədə nəhəng skeletlər var. Bu skeletlərin təhlili göstərir ki, Qafqaz albanları çox böyük, sarışın, gözlərinin rəngi açıq olub.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LaCroix


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az