20.10.2018 20:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
“Bakutel”: Azərbaycan informasiya texnologiyaları sahəsində mərkəzə çevrilmək istəyir - VİDEO

 
 



Euronews, Aİ
19.12.2017


Bu il “Bakutel”in – Azərbaycanda keçirilmiş Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin əsas mövzusu virtual və gücləndirilmiş reallıq olub.

Bu ilin yeni tendensiyalarından biri incəsənətdən tutmuş, tibb sahəsinədək bir çox proqramlarda iki texnologiyanın birləşdirilməsidir.

Bu eynəklər əməliyyat zamanı cərrahlara pasiyentin üzünün xüsusiyyətlərini daha yaxşı təsvir etməyə yardım göstərir.

İsmayıl Fərzəliyev (Azərbaycan Tibb Universitetinin həkimi): “Bu layihənin əsas konsepsiyası hər bir pasiyentin virtual anatomiyası ilə real anatomiyasını birləşdirməkdir. Əgər əməliyyat zamanı siz bu eynəklərdən istifadə edirsinizsə, bu zaman pasiyentin daxili anatomiyasını görə bilirsiniz. Bu, üzün dərisindən daxilə baxmaq deməkdir. Yəni siz üzün skeletini, əzələləri, sinirləri, damarları və sair görə bilirsiniz”.

Virtual reallıq hələ də oyun dünyasının əsas hissəsidir. Amma bu texnologiyanın tətbiq edildiyi sahələr durmadan artır.

Aygün Həsənova (“Phobia VR” şirkətinin təmsilçisi): “Bu gördüyünüz platforma yalnız oyunlar üçün deyil. Bir çox ölkələr bunu tibb sahəsində istifadə edir. Şirkətimiz xüsusilə tibb sahəsi, təlimlər, məsəlın, alovun söndürülməsi üzrə təlimlər üçün də bəzi platformaların hazırlanmasına başlayıb”.

“Bakutel” telekommunikasiya və informasiya texnologiyaları sahəsində çalışan peşəkarlar üçün unikal platformadır. Bu sərgidə 20 ölkədən 190-dan çox şirkət iştirak edib.

Sərgi startapları təmsil edən şəxslərə öz layihələrini potensial investorlara nümayiş etdirmək üçün yaxşı imkan yaradır. Bunlardan biri “Wand”dur (VOND – red.).  

Elçin Ağazadə (“Wand” layihəsinin meneceri): ““Wand” (VOND – red.) elektronik qurğudur. Bu qurğu ilə vərəqdə yazdıqlarınızı blutuz vasitəsilə smartfonlarınıza göndərə bilərsiniz. Vərəqdə yazdıqdan sonra mürəkkəb 30 dəqiqəyə quruyur. Bu müddətdə yazdıqlarınız bizim serverdə, yəni proqramımızda təhlükəsiz şəkildə saxlanılır”.

Dünya Bankının 2016-cı ildə apardığı araşdırmalara əsasən, Azərbaycanın telekommunikasiya və informasiya texnologiyaları sahəsini inkişaf etdirməsi üçün böyük potensialı var. Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının böyüməsi, yeni sahələrin inkişaf etdirilməsi məqsədilə ölkə iqtisadiyyatını şaxələndirməyə çalışır.

İlham Əliyev (Azərbaycan prezidenti): “Telekommunikasiya və informasiya texnologiyaları sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindən biridir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı yürüdülən siyasəti davam etdirməyi planlaşdırırıq və bu baxımdan telekommunikasiya və informasiya texnologiyaları sahəsinin inkişafı çox vacibdir”.

Bu prioritetlərə telekommunikasiya bazarının liberallaşdırılması, startapların maliyyələşdirilməsinin artırılması və elektron xidmətlərin genişləndirilməsi daxildir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az