20.10.2018 20:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
BVF: “Səmərəli iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatını inkişaf etdirir”

 
 



FARS, İran
21.12.2017


Beynəlxalq Valyuta Fondunun hesabatında deyilir: “Səmərəli makroiqtisadi siyasətin həyata keçirilməsi, eləcə də neftin qiymətinin artdığını nəzərə alsaq, Azərbaycan iqtisadiyyatı artan tendensiya ilə inkişaf edir”.

“FarsNews” İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Valyuta Fondunun (BVF) son hesabatında Azərbaycan iqtisadiyyatı haqda bu fikirlər yer alıb: “Səmərəli makroiqtisadi siyasət və dünya bazarında neftin qiymətinin nəzərəçarpacaq dərəcədə artması nəticəsində Xəzərin sahilində yerləşən bu ölkədə iqtisadi vəziyyət 2017-ci ildə daha sabit olub. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunda, kənd təsərrüfatı sahələsində artım müşahidə olunub. Qeyri-neft ixracının artması, neftin dəyərinin yüksəlməsi və idxalın azalması Azərbaycanın müsbət ticarət balansının artımını təmin edib”.

BVF-nin məlumatına görə, bununla yanaşı, Azərbaycanda illik inflyasiyanın səviyyəsi manatın digər beynəlxalq valyutalar qarşısında ucuzlaşması ilə hələ də yüksəkdir.

Qurum 2017-ci il üçün Azərbaycanda ümumdaxili məhsulun 0,03% artımını, 13%-lik isə illik inflyasiy proqnozlaşdırır. Bununla yanaşı, hesabat müəllifləri qeyd edir ki, Azərbaycanda yaxın gələcəkdə iqtisadi inkişaf perspektivi mübətdir.

Fondun hesabatına görə, 2018-ci ildə Azərbaycan 2%-lik iqtisadi artıma nail olacaq və orta perspektivdə bu ölkənin yataqlarından təbii qaz hasilatına başlanması ilə bu rəqəm 3,5-4%-ə çatacaq. Bununla yanaşı, qurumda hesab edirlər ki, gələn il Azərbaycanda inflyasiyanın səviyyəsi 7%-dək azalacaq və bu sahədə sabitlik yaranacaq. Qeyd edək ki, Azərbaycanın bank sistemində islahatlar aparıldığından ölkənin iqtisadi inkişafı ilə bağlı risklərin olması da tam normaldır.

BVF bildirir ki, neft bazarındakı kəskin ucuzlaşma Azərbaycan iqtisadiyyatında şok effekti yaratsa da, ölkə rəhbərliyinin çevik makroiqtisadi siyasətilə onun təsirləri məhdudlaşdırılıb, eləcə də öz bank sisteminin zəif nöqtələri aşkarlanıb və nəticədə manatın çevikliyi təmin olunub.

BVF-də hesab edirlər ki, Azərbaycan hökuməti qeyd olunan təzyiqlərə sonadək davam gətirməlidir. Çünki neftin qiyməti 2016-cı ilin əvvəlilə müqayisədə xeyli artsa da, onun 2011-2014-cü illərin səviyyəsinə qayıdacağı gözlənilmir.

Fondun proqnozlarına görə, 2018-ci maliyyə ilinin xərcləri əvvəlki ilə nisbətən xeyli artacaq, neftin bahalaşması isə Azərbaycanın öz maliyyə balansını yaxşılaşdırmasına yardım edəcək. Ümumi investisiya qoyuluşu, böyük həcmdə kapitalın cəlbi ilə bağlı müəyyən narahatlıqlar hələ də qalsa da, Azərbaycan hökuməti bu narahatlıqları aradan qaldırmaq üçün müəyyən maliyyə qanunları qəbul edir. 2019-cu ildən bu qanunların tətbiq ediləcəyi, ölkənin maliyyə siyasətinin onlara əsaslanacağı bildirilir. BVF hesab edir ki, həmin qanunların tətbiqi Avropa Şurasının üzvü olan bu ölkənin maliyyə siyasətinin etibarlılığının artması istiqamətində atılmış doğru addımlardır.

Hesabatda daha sonra deyilir ki, hazırda Azərbaycan hökuməti qarşısında duran əsas məqsədlərdən biri ölkənin bank sisteminin zəif tərəflərinin müəyyən edilərək aradan qaldırılması, eləcə də ölkədə kreditlərin verilməsi prosesini bərpa etməkdir. Belə maneələrin aradan qaldırılması ölkənin iqtisadi inkişafı baxımından səmərəli ola bilər.

Fondun qənaətinə görə, Azərbaycan hökuməti ölkədə maliyyə sabitliyini möhkəmləndirmək məqsədilə bank sisteminə nəzarəti artırmağa çalışır. Bank sistemindəki qaydaların bir qədər dəyişdirilməsi, maliyyə hesabatlarının vaxtında və lazımi formada verilməsi də nəzərdə tutulmuş işlər sırasındadır.

Hesabatda Azərbaycanın maliyyə strukturlarının, maliyyə qanunvericiliyi sisteminin, Azərbaycan Mərkəzi Bankının müstəqilliyinin təmin olunmasının vacibliyi vurğulanır, istənilən struktur islahatlarının həyata keçirilməsi alqışlanır.

“Azərbaycanda sosial müdafiə sahəsində və əmək bazarında vəziyyət yaxşılaşıb”, - deyə hesabatda vurğulanır: “Ölkədə pensiyaların verilməsi sahəsində də islahatlar aparılıb. Amma bu addımlar tam və kompleks şəkildə olmazsa, Xəzər hövzəsində yerləşən bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərə bilər”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: FARS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az