20.10.2018 20:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Türkiyə Ermənistana Naxçıvanla cavab verəcək?

 
 



Lragir.am, Ermənistan
23.12.2017


Müəllif: Naira Hayrumyan

Türkiyə ilə Ermənistan faktiki olaraq imzaladıqları Sürix protokollarından imtina ediblər. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Afinada bir daha bəyan edib. O, ölkə prezidenti Serj Sarqsyanın bununla bağlı BMT-də etdiyi çıxışını xatırladaraq deyib ki, “Yerevan 2018-ci ilin baharını da Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacaq”.

Nalbandyan bu fikrini belə əsaslandırıb: “Protokolların ratifikasiya edilməsi üçün Türkiyə Qarabağla bağlı şərtlərindən imtina etməlidir”.

Türkiyə Xarici İşlər Nazirliyinin Nalbandyana cavabı özünü çox gözlətməyib. Ankara Qarabağ münaqişəsinin həllilə bağlı şərtlərdən imtina etməyəcəyini bir daha bildirib. “Protokollar hələ də Türkiyə parlamentinin Xarici əlaqələr komitəsinin gündəmindədir. İlk növbədə 25 ildir davam edən, hələ də həllini gözləyən Dağlıq Qarabağ münaqişi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - deyə bəyanatda bildirilir.

Ermənistan-Türkiyə münasibətlərilə bağlı Yerevanın mövqeyində hər hansı dəyişiklik yoxdur. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Türkiyə XİN-in bəyanatını şərh edərkən deyib. “Bizim Ermənistan-Türkiyə münasibətlərinə dair mövqeyimiz dəfələrlə dilə gətirilib və son dəfə bunu bir neçə gün Edvard Nalbandyan Afinadakı çıxışında da təkrarlayıb. Beləliklə, mövqeyimizdə hər hansı dəyişiklik yoxdur”, - deyə Balayan qeyd edib.

Xatırladaq ki, Türkiyə Ermənistanın “soyqırım” iddialarını da qəbul etmir. “Nalbandyanın soyqırımla bağlı iddialarının əsası yoxdur. 1915-ci il hadisələri Avropa İnsan Hüquqları Məhkəməsinin də qeyd etdiyi kimi, ifadə azadlığı kontekstində müzakirə oluna bilər”, - deyə bəyanatda bildirilir.

Beləliklə, növbəti 2 ay ərzində hər hansı gözlənilməz hadisə baş verməzsə, heç nə dəyişməzsə, Ermənistan protokollarından imzasını geri çəkmək haqqı qazanacaq. Bunun nəyə aparıb çıxarağını, regional proseslərə necə təsir edəcəyini isə demək çətindir.

Protokollarda əsas komponentlərdən biri erməni-türk əlaqələrinin bərpası olsa da, Türkiyə Ermənistanla sərhədləri açmaqdan qəti şəkildə imtina edir. Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmiryolu istismara verilib və bunun ardınca Türkiyə Ermənistanın yüklərinin Gürcüstan ərazisinə daxil olmasına, bu yolla daşınmasına imkan verməyəcəyini bəyan edib.

Protokollarda daha bir hıdıf əlbəttə ki, Ermənistan-Türkiyə münasibətlərini Qarabağ münaqişəsindən ayırmaq idi. ABŞ-ın da daxil olduğu beynəlxalq vasitəçilər dəfələrlə Türkiyənin bununla bağlı ilkin şərt irəli sürməsinin qəbuledilməz olduğunu bildirib. Amma Türkiyənin Azərbaycanla çox ciddi əlaqələri var. Türklər Naxçıvanda ordu quruculuğunda da ciddi fəaliyyət göstərir. Odur ki, Türkiyə və Azərbaycanın Naxçıvanı hərbiləşdirməsi də regionda sabitliyə təhdid yarada bilər.

“Daşnaksutyun” partiyasına bağlı “Hay Dat”ın Ermənistan bürosunun rəhbəri Kiro Manoyan hesab edir ki, bu, regional sabitlikdə maraqlı olan qüvvələri narahat etməlidir. Çünki vəziyyətin ağırlaşması halında problemin həlli daha da çətinləşəcək və bu, gözlənilməz nəticələr verə bilər.

Bəs görəsən, Yerevanın Ermənistan-Türkiyə protokollarından imtinasına Türkiyə necə reaksiya verəcək? Bu halda Azərbaycana hərbi yardım daha da artırılacaqmı? Bəlkə buna cavab elə “Naxçıvan məsələsi” olacaq?

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Lragir.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az