20.07.2018 18:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Tehran-Bakı-Ankara üçbucağını gücləndirmək üçün beşinci addım

 
 



IRNA, İran
26.12.2017


Müəllif: Əzəm Həmidpur

İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşləri elə bir prosesdir ki, Orta Şərq, Qafqaz və Anadolu regionları arasında rabitəni, nəqliyyat əlaqələrini inkişaf etdirməklə, üç ölkə, eləcə də bütün region üçün geniş siyasi-iqtisadi əməkdaşlığa yol açacaq.

IRNA agentliyinin məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda azərbaycanlı və türkiyəli həmkarları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüşüb. Bu, üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli görüşlərinin davamı kimi baş tutub. Urumiyyə, Naxçıvan, Van və Ramsər şəhərlərindən sonra, Azərbaycan paytaxtı sayca beşinci belə toplantıya ev sahibliyi edib. Bakıda növbəti görüşün Türkiyədə keçirilməsi qərara alınıb.

Görüşün sonunda birgə bəyanat qəbul olunub. Bəyanatda üçtərəfli məsləhətləşmələr çərçivəsində keçilmiş yoldan danışılır, İran, Azərbaycan və Türkiyə arasında əməkdaşlığın əhəmiyyəti vurğulanır.

Ümumi təhdid və çağırışlar, iqtisadi əməkdaşlıqda birgə maraqlar və s. üç ölkə rəsmilərinin görüşlərinin davam etdirilməsi üçün vacib stimuldur. Bakı bəyanatında İslam Əməkdaşlıq Təşkilatının dekabrın 13-də Türkiyənin təşəbbüsü ilə İstanbulda keçirilmiş fövqəladə toplantısının bəyanatının əhəmiyyəti də vurğulanıb. Bildirilir ki, İran, Azərbaycan və Türkiyə prezidentlərinin İstanbul sammitində iştirakı, qətiyyətli mövqeləri hər üç ölkənin Amerika səfirliyinin Qüdsə köçürülməsi, bu şəhərin İsrailin paytaxtl kimi tanınması məsələsində vahid mövqeyə malik olduqlarını göstərib.

3 ölkənin qonşu olması onların bənzər təhdidlərlə üz-üzə qalmasına səbəb olub. Söhbət o cümlədən radikllıq, terrorçuluq, ekstremizm meylləri, narkotik maddələrin qaçaqmalçılığı və s. gedir.

Bakı danışıqlarının daha bir əhəmiyyətli mövzusu, bəyanatda da xüsusi vurğulanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqaişəsi olub. Bəyanatda bildirilir ki, bu problem beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həll olunmalı, bu zaman dövlətlərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməlidir.

Analitiklərin fikrincə, üçtərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsi mövzusunun qabardılması bu məsələnin rəsmi Bakı üçün əhəmiyyətinin göstəricisidir. Azərbaycan Türkiyə ilə dərin və strateji əlaqələri, həmçinin rəsmi Tehranın Yerevanla yaxşı münasibətləri hesabına problemin həllində İran və Türkiyənin imkanlarından da istifadə etməyə çalışır.

Bundan başqa, görüşdə “5+1” formatında əldə olunmuş nüvə razılaşması 3 ölkə tərəfindən bir daha təsdiqlənib, onun birgə fəaliyyət planı diplomatiyanın uğuru, çoxtərəfli müzakirələrin effektiv modeli olduğu vurğulanıb. Nazirlər bir daha birgə fəaliyyət planı çərçivəsində əldə olunmuş razılaşmalara, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əməl olunmasının vacibliyini bildiriblər.

Bakı görüşünün siyasi-təhlükəsizlik aspektləri ilə yanaşı, birgə iqtisadi maraqlar baxımından da xüsusi əhəmiyyət var. Aydındır ki, hər üç ölkə neft-qaz və neft-kimya, habelə bankçılıq, rabitə, kənd təsərrüfatı, turizm və ekologiya sahələrində əməkdaşlığı perspektivli sayır. İqtisadi-ticari sahəsində qarşılıqla fəaliyyətin artırılmasından hər üç ölkə böyük üstünlüklər əldə edəcək. Bununla yanaşı, kommunikasiya və nəqliyyat sahəsi xüsusi rola malikdir. Bu baxımdan, mütəmadi aparılan danışıqların əhəmiyyətli hissəsi dəmir yolu şəbəkəsinin, hava nəqliyyatının və ümumiyyətlə, Fars körfəzini Anadolu və Qafqazla birləşdirən dəhlizlərin inkişafına həsr olunub.

Üç ölkə qarşısında duran yol xəritəsində, Astara-Rəşt, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin birləşdirilməsi, istismarı xüsusi yer tutur. Qərara alınıb ki, “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” dəhlizləri İran, Azərbaycan və Türkiyə üçün tranzit üçbucağı yaratsın.

Bununla əlaqədar əhəmiyyətli məqam ondan ibarətdir ki, bu əməkdaşlıq sözügedən üç ölkədən əlavə, ümumilikdə Orta Şərq və Qafqaz üçün də əlverişli imkanlar yaradır. Bu, Qərbi Asiyada iqtisadi-ticari əməkdaşlığın genişlənməsinə təkan verə, regionda formalaşmış iki qütb arasında ziddiyyətlərin azalmasına aparıb çıxara bilər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az