21.01.2018 18:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
İlham Əliyev Azərbaycanı daha təhlükəsiz, sabit və firavan gələcəyə aparır

 
 



Əl-Fəcr, BƏƏ
26.12.2017


Müəllif: Şərif əl-Basil

Azərbaycan 26 illik müstəqilliyi dövründə siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət və humanitar sahələrdə böyük nailiyyətlər qazanıb və hərtərəfli inkişafa nail olub. Bu qısa müddət ərzində fəal və mühüm dövlətlər xəritəsində özünəməxsus yer tutan, bəşəri sivilizasiya və tarixdə mühüm aktorlardan birinə çevrilmiş Azərbaycan regional və beynəlxalq sülhün möhkəmləndirilməsində mühüm rol oynayır.

Artıq çoxları Azərbaycanı Cənubi Qafqaz və Avrasiya regionunda mühüm bir ölkə kimi tanıyır, prezident İlham Əliyevə isə həm daxili, həm də xarici müstəvidə xalqı üçün böyük nailiyyətlər əldə etmiş milli simvol kimi baxır. İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarıb, əhalinin yaşayış səviyyəsini və rifahını daha da yaxşılaşdırıb. Xalqının prezidentinə etimad və inamı, heç şübhəsiz, onun dövlət resurslarının inkişafı və mühafizə edilməsi, irimiqyaslı dövlət layihələrinin icrası, yeni iş yerlərinin yaradılması, gələcək nəsillər üçün sabit gəlir mənbəyinin təmin edilməsinə əsaslanan uzaqgörən siyasəti və məqsədyönlü strategiyası nəticəsində formalaşıb. Bu inamın kökündə, həmçinin, prezidentin gərgin fəaliyyəti, zəhməti və uğur qazanmaq bacarığı, eləcə də quruculuq enerjisi dayanır. Azərbaycanın hər yerində sirayət edən bu uğurlar bütün sahələrə müsbət təsir edib, vətənə bağlılıq və vətənsevərlik hisslərini gücləndirib, gənclərdə özlərinin və vətənin gələcəyinə inamı artırıb. Məhz bunun nəticəsidir ki, onlar daha çox çalışır, elmə, biliyə yiyələnərək ölkənin inkişafına yönəlmiş böyük layihələrdə yaxından iştirak edirlər.

Azərbaycan reallığı ilə maraqlanan hər bir oxucu ölkə prezidenti İlham Əliyevin xalqının rifahı naminə etdiklərini bilir. Həmçinin Azərbaycan diplomatiyasının beynəlxalq müstəvidə qazandığı uğurları dərk edir.

Azərbaycana bir neçə dəfə səfər edənlər ölkənin sürətlə dəyişməsini aydın şəkildə görə bilər. Ümumiyyətlə, bugünkü Azərbaycanla müstəqilliyin ilk illərindəki ölkəni müqayisə etsək, bütün sahələrdə böyük fərq görünər. Bu inkişafda Azərbaycan xalqının öndəri, mərhum lider Heydər Əliyevin böyük zəhməti var. Milli rəmzə çevrilmiş böyük liderdən sonra hakimiyyətə gəlmiş prezident İlham Əliyev sevdiyi, yolunda həyatını fəda etdiyi, inkişaf, sabitlik və sülh adasına çevirdiyi Azərbaycanda bütün sahələrdə dəyişikliyə nail olub. Prezident İlham Əliyevin ölkəsinə və xalqına dərin sevgisinə, xalqının arzularını və istəklərini həyata keçirməyə çalışmasına şahid olursan. 

İ.Əliyev Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlıq, dostluq münasibətləri qurmasını təmin edib və bunun sayəsində ölkə dünyanın siyasi və iqtisadi xəritəsində qabaqcıl mövqeyə yiyələnib.

Prezident İlham Əliyevin doğum günündə hər bir azərbaycanlı iftixar hissi keçirir, ölkəni müasir dövlətə, mədəniyyətlər və dinlərarası dialoqun, tolerantlığın əsas məkanına çevirdiyinə görə onunla fəxr edir.

İlham Əliyevin yalnız Azərbaycanda deyil, eyni zamanda beynəlxalq müstəvidə də böyük nüfuza malikdir. O, siyasi, iqtisadi, humanitar, idman və mədəni sahələrdəki uğurlarına görə bir sıra dövlətlərin və beynəlxalq təşkilatların orden və medallarına - “Kral Əbdüləziz” ordeninə, Küveytin ən ali “Mübarək əl-Kəbir”, Fransanın “Şərəf Legionu”, Rumıniyanın “Ulduz”, Gürcüstanın “Şərəf” ordenlərinə, həmçinin “Türkdilli respublikalarda onilliyin ən uğurlu dövlət xadimi” mükafatına, “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatına və s. layiq görülüb.

Prezident İlham Əliyev 1961-ci il dekabrın 24-də ziyalı ailəsində anadan olub, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, tarix elmləri doktorudur. Görünür, bütün bunlar ona ölkəsinin bütün dünya dövlətləri ilə əlaqələrini yüksək səviyyədə qurmaq bacarığı verib, bununla da özünəməxsus geosiyasi və geostrateji mövqeyə malik Azərbaycanı regionda aparıcı dövlətə çevirə bilib.

1991-ci ildə Sovet İttifaqından müstəqillik qazandıqdan sonra Azərbaycanın ən çətin dövründə onun atası, ümummilli lider Heydər Əliyev sabitliyi qoruyub-saxlayaraq ölkə tarixində misilsiz yol oynayıb. Atasının vəfatından sonra hakimiyyətə gələn İlham Əliyev onun siyasi kursunu uğurla davam etdirir, xalqının rifah halını yüksəltmək, ölkəsinin bütün beynəlxalq təşkilatlardakı mövqeyini gücləndirmək yolunda lazımi addımlar atır. Yeri gəlmişkən, prezident seçilməzdən əvvəl də İ.Əliyev ölkənin gələcəyinə mühüm töhfələr verib - Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edib, 2003-cü ildə AŞPA sədrinin müavini və eyni zamanda büro üzvü seçilib.

2003-cü il avqustun 4-də baş nazir vəzifəsinə təyin olunan İ.Əliyev 2003-cü il oktyabrın 15-də keçirilmiş şəffaf prezident seçkilərində ümumi səslərin 79.46 faizini toplayaraq qalib gəlib.

Azərbaycan Prezidentinin oktyabrın 31-də keçirilmiş andiçmə mərasimdən sonra ölkədə hərtərəfli inkişafın yeni mərhələsi başlayıb.  Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə salınıb, işsizlik kəskin azalıb, yeni iş yerləri açılıb, valyuta ehtiyatları, ÜDM artıb, enerji layihələrindən əldə edilən gəlir dövlətin iqtisadi inkişafına yönəldilib.

Prezidentin böyük əhəmiyyət verdiyi irimiqyaslı layihələrdən biri “Şahdəniz-2” layihəsi, eləcə də Azərbaycan qazını Gürcüstana aparacaq Cənubi Qafqaz qaz kəməri layihəsidir. TANAP layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Yeni açılmış Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya məkanı üçün perspektivli layihələrdən biridir. Bu dəmir yolu xətti qədim İpək Yolu üzərində qurulub. Bununla da Orta Asiya ölkələrinin Avropa və dünya bazarlarına çıxışı asanlaşacaq, bu yol ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınmasına imkan yaradacaq və regionda turizmin inkişafına da güclü təsir göstərəcək.

Neft ixrac edən bəzi ölkələr dünya bazarında qara qızılın qiymətinin düşməsindən əziyyət çəksə də, Prezident İlham Əliyev bu böhranın Azərbaycan iqtisadiyyatına təsirini azalda bilib. Neftdən asılılığın azaldılmasına dair konkret tədbirlər paketi icra olunub, gəlir mənbələri diversifikasiya edilib, ölkədə qeyri-neft sektorunun inkişafına təkan verilib.

Dövlətin nailiyyətlərini müdafiə etmək məqsədilə İlham Əliyev Azərbaycan ordusunun gücləndirilməsinə xüsusi diqqət yetirib. Azərbaycan ordusu hazırlıq, döyüş qabiliyyəti, hərbi texnika, silah və sursat baxımından regionuna ən güclü ordularından birinə çevrilib. Ordu Azərbaycan torpaqlarına qarşı istənilən  təcavüzün qarşısını almağa tam hazırdır.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev milli mənafeləri təmin edən, ölkənin beynəlxalq müstəvidə yerini möhkəmləndirən, milli və regional təhlükəsizliyi gücləndirən fəal və balanslı diplomatiya həyata keçirir. Azərbaycan bu gün Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə əlaqələrini dərinləşdirir. Prezidentin bu siyasəinin uğurlarından biri də Azərbaycanın 2012-2013-cü illərdə 155 səslə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi idi.

Bununla yanaşı ölkə Qoşulmama Hərəkatı, Afrika Birliyi kimi qurumlara da üzv olub.

Müxtəlif sivilizasiyalar və mədəniyyətlərə açıq ölkə olan Azərbaycan indiyədək bir sıra beynəlxalq forum və simpoziumlara ev sahibliyi edib. 2017-ci ili mayın 5-6-da Bakıda Mədəniyyətlərarası Dünya Forumu keçirilib. Burada dünyanın mötəbər təşkilatların (UNESCO, İSESCO, Avropa Şurası) nümayəndələri, siyasət adamları, dövlət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər iştirak edib. Forum beynəlxalq dialoq, anlaşma üçün münbit zəmin formalaşdırıb. 

Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, Formula-1 kimi mötəbər beynəlxalq yarışlara ev sahibliyi edib. 2017-ci il 12-22 may tarixində paytaxt Bakıda IV İslam Həmrəyliyi Oyunları uğurla keçirilib. Bu, Azərbaycan xalqının idmana, sağlam rəqabətə bağlı olduğunu bir daha sübut edir.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bir çox beynəlxalq mədəni, humanitar, iqtisadi, musiqi, elmi və idman tədbirlərini uğurla həyata keçirib. Bu tədbirlərin yüksək səviyyədə təşkilində ölkənin Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu olub. Azərbaycan EXPO 2025 beynəlxalq sərgisinin keçirilməsi üçün namizədliyini irəli sürüb. Hamı Mehriban Əliyevanın rəhbərliyi ilə bu tədbirin uğuruna inanır. Bu baxımdan, Azərbaycan Dubayda keçiriləcək Ekspo 2020 sərgisinə xüsusi diqqət yetirir - Azərbaycan bu sərgidə iştirakını təsdiqləmiş ilk ölkədir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

 

Mənbə: Əl-Fəcr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az